Anqlo-saksonların "beş göz"ünün biri zəifləyib, yoxsa Rusiyanın əli uzanıb?
Dünən Yeni Zelandiyanın Kreystçörç şəhərində iki məsciddə ibadət edənlərə qarşı törədilmiş və 49 nəfərin həyatına son qoymuş terror aktı dünya miqyasında ajiotaj doğurub, müxtəlif şərhlərə yol açıb. Sonxeber.az-ın məlumatına görə, politoloq Şahin Cəfərli sosial şəbəkədə məsələyə münasibət bildirib.
***
"Cəmi 5 milyon əhalisi olan Yeni Zelandiyanın kəşfiyyat imkanları çox genişdir.
Anqlo-sakson ölkələrinin kəşfiyyat xidmətlərinin "Beş göz" (Five Eyes - FVEY) adlanan ittifaqı var. Bu barədə anlaşma 1940-cı ildə əvvəlcə ABŞ və Britaniya arasında əldə olunub və 1946-cı ildə məxfi UKUSA razılaşması ilə rəsmiləşdirilib. (United Kingdom – United States of America Agreement.) 1948-ci ildə Kanada, 1956-cı ildə Avstraliya və Yeni Zelandiya bu sənədə qoşulublar. Bu çərçivədə adı çəkilən ölkələrin əsas kəşfiyyat strukturları - CIA, MI-6, CSIS (Kanada), ASIS (Avstraliya) və GCSB (Yeni Zelandiya) arasında fasiləsiz rejimdə məlumat mübadiləsi həyata keçirilir. Avropa ölkələrinin anoloji strukturları ilə də əlaqə və koordinasiya var, amma bu səviyyədə yox. Fransa 2009-cu ildə "Beş göz"ə qoşulmaq istəsə də, onu qəbul etməyiblər.
Bəs necə olur ki, dünyanın dörd tərəfində tor qurmuş bu güclü ittifaq öz içərisindəki terror hazırlıqlarından xəbər tutmur?
Yəqin ona görə ki, bu birliyin əsas diqqəti xarici kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinə yönəlib. Məsələn, 2-ci dünya savaşından sonra əsas hədəf ideoloji düşmən SSRİ idi. 11 sentyabr hadisəsindən sonra asimmetrik təhdidlərə - qlobal terrorizmə qarşı mübarizə prioritet olsa da, son illərdə gözlər yenə geosiyasi rəqiblərə - əsasən Çinə və Rusiyaya zillənib.
Daxildə hazırlanıb həyata keçirilən terror aktlarının qarşısını almaq ilk növbədə daxili təhlükəsizliyə məsul olan qurumların işidir. Bu sahədə boşluqlar olduğu görünür".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 2162 Tarix: 16 mart 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Deputat Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını təklif edib
"Gəncədən Avropanın şəhərlərinə ucuz reyslər açılmasını təklif edirəm. Əminəm ki, bu uçuşların təşkili üçün ilk milli "lowcoster" Buta Airways öz töhfəsini verə bilər".. . "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyevdeyib.. . O, Gəncədə Cavad xanı
15 mart 2019Prezident Yeni Zelandiyadakı terror barədə: Bu amansız...
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib. . . Sonxeber.az xəbər verir ki, başsağlığının mətnində deyilir:. . "Hörmətli xanım Baş nazir,. . Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananla
15 mart 2019Baş nazirin işdən azad etdiyi Akif Əli danışdı
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.. . Sonxeber.az xəbər verir ki, o, "report"a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: "Bir müddət əvvəl cənab Baş nazirdə
15 mart 2019Əgər Ermənistan bunu etməsə, mövcudluğu sual altındadır !
Paşinyan sülh istiqamətində ciddi addımlar atmağa qorxur. . Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya mediasına verdiyi açıqlamasında bildirib ki, "Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yalnız siyasi iradə qalıb". O, Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanl
15 mart 2019Baş nazir Novruz Məmmədovun ŞAD GÜNÜ
Bu gün Azərbaycanın Respublikasının baş naziri Novruz Məmmədovun 72 yaşı tamam olur. . . Sonxeber.az-ın məlumatına görə, Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. . 1964-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu
15 mart 2019Deputatlar Oqtay Əsədovun müdafiəsinə qalxdı - "Sauna" qalmaqalına REAKSİYALAR
Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi - 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır. Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.. . . Moskva polisinin Narkotik Nəzarət
14 mart 2019