Hacı Məmmədovun əfv edilən rəisinin əməlləri: Qətllər, silsilə adam oğurluqları...

Hacı Məmmədovun əfv edilən rəisinin əməlləri: Qətllər, silsilə adam oğurluqları...Prezident İlham Əliyevin 16 mart 2018-ci ildə imzaladığı əfv sərəncamının şamil edildiyi şəxslərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətlər şöbəsinin rəisi olmuş Kamil Sədrəddinovdur. O, 2005-ci il martın 10-da keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs olunmuşdu.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, 1994-cü ildən 2005-ci ilin martında həbs olunana qədər onlarla qətl, adam oğurluğu, quldurluq və başqa cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov məhz Kamil Sədrəddinovun rəhbərlik etdiyi şöbədə baş əməliyyat müvəkkili işləyridi. Sabiq şöbə rəisinin özü də H.Məmmədovun bandasının əməllərindən xəbərdar olub heç bir tədbir görməməkdə, əksinə, bir sıra hallarda, o cinayətlərə şərik olmaqda ittiham olunurdu. Cinayət işinin materiallarından aydın olurdu ki, adam oğurluqlarına görə alınan pullardan K.Sədrəddinova da müəyyən pay çatıb.

O, ittihamlarla tam razılaşmasa da, özünü qismən təqsirli bilirdi.

K.Sədrəddinov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə ömürlük azadlıqdan məhrum edilmiş, polkovnik rütbəsi də alınmışdı. Prezidentin sərəncamıyla onun ömürlük cəzası 20 il həbslə əvəz olunub.

Hacı Məmmədovun bandasıyla bağlı cinayət işi üzrə ümumilikdə 10 nəfərə ömürlük həbs verilmişdi. Onların arasında K.Sədrəddinovla yanaşı, daha bir nəfər də vəzifəli şəxs vardı. Bu, Daxili İşlər Naziriyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirov idi. Düz iki il öncə – 2017-ci il martın 17-də prezidentin əfv sərəncamıyla Z.Nəsirovun ömürlük cəzası 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənmişdi. Aprel ayında isə o, cəzasının dörddə üçünü çəkməsi əsasıyla (11 il 9 ay) vaxtından əvvəl şərti azadlığa buraxıldı.

Z.Nəsirov isə özünü təqsirli bilmirdi. Deyirdi ki, keçmiş milli təhlükəsizlik naziri Hacı Məmmədovun onun təsiri altında olmasından öz məqsədləri üçün sui-istifadə edir. Nəsirov iddia edirdi ki, onun H.Məmmədovun əməllərindən xəbərdar olması, cinayət yoluyla ələ olunmuş pullardan ona da çatması, bəzi cinayətlərin sifarişinin ondan gəlməsi barədə Hacı Məmmədovun ifadələri yalandır və sifarişin nəticəsidir. Keçmiş generalın sözlərinə görə, bu yolla təzyiq göstərib onun özündən Daxili İşlər Nazirliyinin rəhbərliyi barədə yalan ifadələr almaq istəyirdilər. O isə həqiqətə uyğun olmayan ifadələri verməkdən imtina etdiyinə görə Eldar Mahmudov onu ömürlük həbslə cəzalandırdı.

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat və 20-dən artıq vəzifəli şəxsin həbsi, o cümlədən nazir E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra Hacı Məmmədov özü də Ali Məhkəməyə məktub yazaraq, Z.Nəsirov haqqında ifadələrinin yalan olduğunu bildirmişdi. Yazırdı ki, E.Mahmudovun sifarişi və təzyiqilə onun əleyhinə ifadə verib.

H.Məmmədov 2017-ci ilin dekabrında keçmiş MTN-in istintaq təcridxanasında özünü asaraq intihar edib. Onunla məhkum edilən bütün şəxslər məhkəmənin hökmündən sonra Qobustan həbsxanasına köçürülsələr də (ömürlük azadlıqdan məhrum edilən şəxslər orada saxlanılır), H.Məmmədov 12 il ərzində ancaq MTN-in istintaq təcridxanasında oldu.

H.Məmmədovun dəstəsi 2005-ci ilin fevralında Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlayandan sonra MTN-in keçirdiyi əməliyyat nəticəsində martın 10-da ifşa edilmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2365   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" -Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27 mart