Qızıl Xaç Komitəsindən ermənilərin əsir götürdüyü Azərbaycan vətəndaşı ilə bağlı Açıqlama
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Qazax sakini Elvin Arif oğlu İbrahimovla Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri görüşmək üçün hazırda Ermənistan höküməti ilə danışıqlar aparır. Bunu Sonxeber.az-a açıqlamasında BQXK ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti orqanları Azəbaycan vətəndaşının girov götürülməsi barədə BQXK-nı məlumatlandırıb: "Hal-hazırda hakimiyyət orqanları ilə dialoq aparılır ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri saxlanılan şəxsə baş çəksinlər. Beynəlxalq humanitar hüquq normalarına görə, bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatıdır". İ.Hüseynova görüşün nə zaman tuta biləcəyilə bağlı bildirdi ki, təmsil olunduğu qurum bu barədə yalnız sözügedən görüş baş tutandan sonra məlumat verə bilər: "Dialoq aparılır, baş çəkmə barədə yalnız bu hal baş verdikdiən sonra məlumat verə bilər. Hətta saxlanıan şəxs barədə ad belə çəkmirik".
Qeyd edək ki, martın 15-dən 16-a keçən gecə Qazax rayonu Yuxarı Salahlı kənd sakini 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu Azərbaycan-Ermənistan dövlət sərhədini keçərkən erməni hərbçiləri tərəfindən girov götürülüb, sözügedən şəxs xəbərdarlıqlara məhəl qoymadığına görə ona atəş açılıb. Ayağından yaralanan E.İbrahimov tibbi məntəqəyə yerləşdrilib.
Rövşən Rəhimli
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1664 Tarix: 18 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMoskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl
22 aprelNövbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama
Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri
25 aprelGeneral Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM
23 aprelƏrdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"
"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə
23 aprelQırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden
24 aprel