Neft pulları əhali arasında düzgün bölüşdürülür? - Ekspertdən fərqli YANAŞMA

Neft pulları əhali arasında düzgün bölüşdürülür? - Ekspertdən fərqli YANAŞMAProblem Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) özündə deyil, büdcəyə köçürdüyü vəsaitlərin xərclənməsində var. Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin vətəndaşlar arasında ədatli bölüşdürülməməsi, yaxud düzgün xərclənməməsi ilə bağlı fikirlərə münasibət bildirirkən deyib.

Onun sözlərinə görə, əslində ARDNF-nin özündə problem yoxdur: "ARDNF yaradılarkən beynəlxalq təcrübəyə əsaslanılıb, bir çox ölkənin bu yöndə atdığı addımlar və beynəlxalq qurumların təklifləri, tövsiyyələri nəzərə alınıb. Bütün neft gəlirləri bir mərkəzdə akkumlyasiya olunur, yığılır. Oradan da əsasən dövlət büdcəsinə transfert olunur. Son 15 ili götürsək, dövlət büdcəsinin orta hesabla ən azı yarısı Neft Fondu hesabına formalaşdırılır. Bu da dolayı bölgü yollarından biridir. Yəni vəsaitlər dövlət büdcəsinə köçürülür, oradan da maaşların, təqaüdlərin, sosial təminatların ayrılmasına, yaxud böyük investisiya layihələrinə xərclənir".

N.Cəfərli hesab edir ki, problem büdcədən sonrakı mərhələdə başlayır: "Yəni problem ARDNF-nin özündə deyil, büdcəyə köçürdüyü vəsaitlərin xərclənməsində var. Əsas problem onun xərclənməsində şəffaflığın təmin edilməməsindədir. Neft Fonduna gələn pulların və xərclənən vəsaitin həcmi də məlumdur. ARDNF digər qurumlarla müqayisədə daha şəffafdır. Lakin büdcəyə transfert olunan milyardların sonrakı taleyi ilə bağlı suallar yaranır".

Neft gəlirlərinin vətəndaşlar arasında ədalətli və ya hansı bir şəkildə bölünməsi məsələsinə gəlincə, ekspert vurğulayıb ki, bu, əslində populist yanaşmadır: "Çünki hazırda Neft Fondunda 40 milyard dollara yaxın vəsait var, tutaq ki, bütün vəsait insanlar, 10 milyona yaxın əhali arasında bərabər şəkildə bölüşdürüldü, bəs dövlət büdcəsi sonra nə ilə formalaşdırılacaq? Ölkə iqtisadiyyatının gücü çatmayacaq ki, özü-özünün büdcəsini formalaşdırsın. İkincisi, inflyasiya sürətlənəcək. Mal və xidmət bolluğu , istehsalın çox çeşidliyi yoxdursa, bu, qiymətlərə təsir edəcək. Obrazlı desək, bu gün 1 manata aldığımızı, sabah 5 manata alacağıq".

İqtisadçının sözlərinə görə, hökumətin və ictimai nəzarətin üzərinə düşən əsas problem o olmalıdır ki, Neft Fondundan ayrılan vəsaitin sonrakı taleyi ilə bağlı məsələlər daha şəffaf şəkildə araşdırılsın və büdcəyə edilən transfertlərin xərclər bölümünə daha diqqətlə yanaşılsın, şəffaflılıq, hesabatlılıq artırılsın: "Bu sahədə hökumətin atdığı addımlara ictimai və ya parlament nəzarəti olsun. Əsas problem budur, yoxsa Neft Fondunun özü, neft pullarının ədalətli bölgüsü ilə bağlı problem ikinci dərəcəlidir. ARDNF əslində öz funksiyasını son illər yerinə yetirir. Yığılan vəsaiti büdcə vasitəsilə bölüşdürülməsini həyata keçirir. Ancaq sonrakı mərhələdə ciddi problemlər var".

O əlavə edib ki, başqa bir məsələni müzakirəyə çıxarmaq olar: "Neft Fondu böyük həcmdə vəsaitləri xarici banklarda çox aşağı faizlə saxlayır. Ola bilsin elə bir mexanizm yaradılsın ki, Neft Fondu vəsaitinin bir hissəsi yerli investisiya vasitəsilə, yaxud tərəqqi bankı yaratmaqla yerli istehsalın artımına, iş yerlərinin sayının çoxaldılması üçün dayanıqli biznes nümayəndələrinə çox aşağı faizlə və uzunmüddətli kredit verilə bilər. Söhbət oliqarxlara, hansısa böyük şirkətlərə deyil, məhz kiçik və orta sahibkarlığa çox aşağı faizlə və uzunmüddətli kreditlər verilə bilər. Bu da ədalətli bölgünün bir formasıdır. Belə bir addımlar atmaq mümkündür, ancaq Fonda yığılan vəsaitin insanlar arasında bölüşdürülməsi ədalətli deyil, populist yanaşmadır".

N. Cəfərli deyib ki, Neft Fondundan birbaşa ən böyük ayırmalar dövlət büdcəsinədir: "Builki dövlət büdcəsinin 49,8 faizi Neft Fonundan ayrılıb. Büdcədənkənar birbaşa ARDNF-dən maliyyələşən layihələr də var. Bu, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, su kəmərləri, nəqliyyat xətlərinin çəkilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, böyük kommunikasiya layihələri, xaricdə təhsillə bağlıdır. Çox təəssüf ki, xaricdə təhsillə bağlı az vəsait ayrıldı və bir müddət sonra dayandırıldı".

Ekspert müqayisə üçün bildirib ki, 1 trilyon dolları vəsait olan Norveç Neft Fondunda - dünyada ən böyük investisiya və yığım fondudur – neft gəlirlərinin xərclənməsi ilə bağlı iki əsas istiqamət götürülüb: "Birincisi, hökumətə kəskin məhdudiyyət qoyulub ki, illik gəlirin 4 faizindən artığını xərcləyə bilməz. Bu da hökumətdə stimul yaradır ki, digər sahələri inkişaf etdirsin, neft fonduna arxayın olmasın. Təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün Neft Fonduna əlavə vəsaitin ayrılması üçün icazə verilib. Ona görə Norveçdə təqaüdlər çox yüksəkdir. Növbəti istiqamət gənclərlə bağlıdır – təhsil qrantları, pulsuz ali təhsilə çıxış...".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1616   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel