"Əli İnsanovun azadlığa çıxandan sonra verdiyi açıqlama sırf onun daxilində olan məkrliyidir"

"Əli İnsanovun azadlığa çıxandan sonra verdiyi açıqlama sırf onun daxilində olan məkrliyidir"Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam nəticəsində 399 nəfər azadlığa buraxılıb. Sərəncam 431 nəfərə şamil olunub. Azadlığa çıxanların arasında keçmiş Səhiyyə naziri Əli İnsanov da var.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Cavid Osmanov qeyd edib ki, ölkə prezidenti tərəfindən imzalanan əfv sərəncamı çox humanist bir addımdır: "Bu əfv sərəncamı Novruz bayramı ərəfəsində bir çox ailələrin sevincinə səbəb oldu. İmzalanan əfv sərəncamının əsas mahiyyəti cənab prezidentimizin hər bir azərbaycanlıya göstərdiyi qayğıdır. Eyni zamanda törətdiyi cinayət əməlinə görə peşman olan insanların bağışlanmasıdır. Bilirik ki, cənab prezidentimizin rəhbərliyi dövründə bir neçə dəfə bu cür əfv sərəncamları imzalayıb. Bundan əlavə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu məsələ vaxtaşırı qaldırılıb. Təəssüf ki, bəzi əfv olunub azadlığa çıxanlar cənab prezidentimiz əvəzinə, ayrı-ayrı ölkələrə və beynəlxalq təşkilatlara öz təşəkkürünü bildirib. Təbii ki, bu, onların məkrli fikirləridir. Cənab prezidentimiz öz böyüklüyünü göstərərək hər bir Azərbaycan vətəndaşının prezidentidir. Əli İnsanovun azadlığa çıxandan sonra verdiyi açıqlama sırf onun daxilində olan məkrliyidir. Biz bilirik ki, cənab prezidentimiz heç vaxt heç kimdən asılı olmayan siyasət yürüdür. Cənab prezidentimiz heç bir dövlətin və qurumun təsiri ilə əfv sərəncamı imzalamayıb. Bu, sadəcə olaraq, cənab prezidentimizin humanist addımıdır. Çünki bu, birinci əfv sərəncamı deyil".

Deputat vurğulayıb ki, Meydan televiziyasının rəhbəri Emin Milli cənab prezidentimizin bu addımına da münasibət bildirib: "Artıq onlar da anlayırlar ki, arxalarında dayananların təsiri altında düz yolda deyillər. Bəlkə də yalan danışmaqdan doyublar".

"Əli İnsanovun azadlığa çıxandan sonra verdiyi açıqlama sırf onun daxilində olan məkrliyidir"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8212   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart