Bakıda dəhşət — Keçmiş arvadını başqa kişi ilə öpüşən yerdə tutdu və...

Bakıda dəhşət — Keçmiş arvadını başqa kişi ilə öpüşən yerdə tutdu və...Həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirli bilinən İsmayılov Ramin Səfər oğlu Bakı Apellyasiya məhkəməsinə şikayət edib.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxılaçaq.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi 2018-ci il may ayının 21-də Xətai rayonu Nahimov küçəsindəki evlərdən birində törədilib. Mənzildə 1954-cü il təvəllüdlü Ətir Şirinova və qızı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib.Qadınların cəsədini Ətir Şirinovanın evə qayıdan oğlu aşkarlayıb. Qətlin Günay İsgəndərovanın keçmiş həyat yoldaşı İsmayılov Ramin Səfər oğlunun törətdiyi məlum olub. Qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs daha sonra Ağdam rayonuna gedərək orada polisə təslim olub.
Məhkəmədə ifadə verən Ramin İsmayılov deyib ki, 2006-cı ildə rəsmən boşanıb:

"Mən oğlumla Ağdama getmişdim, atamın səhhətinə problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Arvadım anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim, bu nə hərəkətdir, edirsən. Dedi, Xəyyam mənim sevgilimdi. Anası da dedi, qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var".
Ramin İsmayılov qeyd edib ki, həyat yoldaşının başqa adamla münasibətdə olduğunu öyrənib:
"Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, sobanın içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram.
Bir də özümə gəldim ki, "Avtovağzal"dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu".

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə Ramin İsmayılov ömürlük azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2118   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021