Azərbaycanda şəhid oğlu olan bəydən ibrətamiz addım - Toy libasında şəhidləri ziyarət etdilər - FOTO

Dünən, 17 mart 2019-cu il tarixində Qazax rayon Daş Salahlı kəndində yaddaqalan və əlamətdar toy mərasimi keçirilib.

Sonxeber.az "Sherg.az"a istinadən xəbər verir ki, bu kənddən olan Şəhid Fidat Məmmədovun oğlu Ulvi Məmmədov ailə həyatı qurub.

Mərasimdə kənd əhli, F.Məmmədovun cəbhə yoldaşları, bəyin ürək və gərək dostları iştirak ediblər. Şəhid oğlunun özünə etdiyi toyu unudulmaz və möhtəşəm edən bəyin təşəbbüsü və dostlarının dəstəyi ilə həyata keçirilən bir xoşməramlı,eyni zamanda təsirli, qürurverici, duyğulu bir hadisə olub.

Belə ki, bəy gəlin gətirən zaman toy kortejinin evə deyil, Şəhidlər Xiyabanına yol almasını istəyib. Və bu istəkdən sonra bəyin dostları şəhid oğlunun arzusunu yerinə yetirərək toy kortejini şəhidlər xiyabanına sürüblər. Lakin təkcə gəlin maşını Şəhidlər Xiyabanına daxil olub, sonra səbəbkarlar maşından düşərək toy libasında başda F.Məmmədov olmaqla 12 qəhrəmandan ibarət olan Daş Salahlı şəhidlərini ziyarət ediblər.

Bəy və gəlin, bəyin qohum-əqrəbası və dostları şəhid məzarları üstünə qərənfillər düzüblər. Cəmi Şəhidlərimizin ruhuna dualar oxunub, salavatlar çevriləndən sonra kortej yola düzələrək evə gəlib. Bəy və gəlinimiz Şəhidin ocağına qədəmlərini yenə də bəy və dostlarının təşəbbüsü ilə sifariş verilən dahi Məhəmməd Hüseyn Şəhriyarın "Azərbaycan" şeirinə bəstələnən mahnı ilə sədaları altında basıblar.

Və bütün məclis əhli ayağa qalxaraq bu GÜLLƏRİ alqış atəşinə tutublar. Bundan başqa F. Məmmədovun silahdaşları, çiyindaşları da mərasimdə aktiv iştirak ediblər.

Səbəbkarlara xeyir-dua verdikdən sonra onlar da "Azərbaycan" mahnısını sifariş verib bəylə gəlini və ümumən F.Məmmədovun ailəsini rəqsə dəvət ediblər.

Bundan sonra bəyin dostları da çıxışlar edərək bu, milli və vətənpərvər ovqatı düz toyun sonuna qədər davam etdiriblər.

Bəyin ən aktiv dostarından olan Həsənov Qara "Sherg.az"a açıqlamasında qeyd edib ki, o, bu toya məxsusi hazırlaşıb:

"Bu yurdda, bu ocaqda toyun olmasını səbirsizliklə gözləyirdik. Bura elə bir kişinin, elə bir qəhrəmanın həyatı, yurdudur ki, burada insan yalnız qürur duya bilər, yaxşı mənada təsirlənə bilər. F. Məmmədov peşəkar döyüşçü olaraq bu vətən və xalq yolunda sözün həqiqi mənasında son damla qanına qədər savaşıb. Böyük rəşadətlər və inanılmaz döyüş nümunələri gösərib.

Və "Malış" ləqəbli bir əsgəri düşmənin əlindən alaraq onu əsirlikdən xilas edib. Bu döyüş zamanı ağır yaralanıb. Yəni son damla qanına qədər vuruşub. F. Məmmədov öz qanını, canını bu torpaqdan, bu millətdən, bu vətəndan əsirgəməyən qəhrəman bir kişi olub. Sənə kişi deyirəm eee, qardaş ! Belə bir ifadə var: torpağa su qatarsan, palçıq olar, qan qatarsan vətən olar. Fidat əmim və digər qəhrəmanlarımız bu torpağa öz qanlarını qataraq Vətənə çeviriblər.

Əlbəttə, F.Məmmədov tək bu evin, bu ocaq, bu yurdun deyil, F. Məmmədov bütöv Respublikanındır, türk xalqınındır. Bu mənada hesab edirəm ki, F.Məmmədov kimi böyük şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalanların yalnız doğum günü. Belə ucalıqların ölüm günü olmur. Ona görə ki, bu millət, bu xalq şəhidlərimizi daim dərin ehtiramla yad edir. Onlar bizim bütün varlığımıza hopublar. Şəhidlərimiz bizim düşüncələrimizdə, beyin və qəlblərimizdə taxt qurublar. Mən elə bilirəm ki, şəhidlərimiz dünyanın ən müqəddəs, ən duru, ən saf insanlarıdırlar. Onlar dahidirlər".

Q.Həsənov bəy və gəlinin şəhidlərimizi ziyarət etməsindən də söz açdı:

"Əlbəttə, bu fikir Ülvi qardaşımızın daim yaddaşında idi. Toydan bir neçə gün əvvəl mənə və digər dostlarına bildirmişdi. Biz dostlar - Mən, Vüqar, elə sənin özün, Nadir, Xəliddin, Arzu, Amil, Firudin və başqaları Ülvinin bu istəyini gerçəkləşdirməyə bilməzdik. Ona görə də, biz bu işi cani- könüldən təşkil etdik. Əlbəttə, bəyimiz və biz dostlar bu addımımızla bütün dünyaya bir ismarıc verdik ki, Azərbaycanda çox vətənpərvər gənclik yetişib. Bu gəncliyin vətənpərvərlik ruhunu, milli damarını, vətənə olan sevgisini və döyüş əzmini sındırmaq mümkün deyil. Çünki bu vətən bir dəfə məşəqqət yaşayıb.

Biz gənclər bu ağrını ikinci dəfə xalqımıza, vətənimizə yaşatmağa haqqımız yoxdur. Əminəm ki, günü bu saat, bu dəqiqə, bu an Ali Baş Komandan cənab İlham Əliyev irəli komandası verərsə, nəinki bu toyda, bu rayonda olan gənclər ölkənin bütün gəncləri silaha sarılmağa hazırdırlar. Biz bunun ən bariz nümunəsini aprel qələbəmizdə gördük. İnanıram ki, şəhidlərimizin qanını yerdə qoymayacağıq.

Və biz Ali Baş Komandanın o əmrini səbirsizliklə gözləyirik. Vətən daim qorunmağa ehtiyac duyandır. Biz vətəni sevməyi də bacarırıq, onu qorumağı da... Öz adıma və elə sənin də yerinə söz verirəm ki, səfərbərlik elan olunarsa, ən azı 12 nəfər düşməni murdar edəcəm ! Amin ! Sonda bir daha uca Allahdan Ülvi qardaşıma xoşbəxt, firavan və mənalı ömür arzulayıram. Allah Ülvi qardaşımıza bir oğul nəsib eləsin, o da balasına atasının adını qoysun və Fidat əmimin də ruhu şad olsun !"

Qeyd edək ki, Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil alıb. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olub. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil alıb. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə qəhrmancasına şəhid olub.
Azərbaycanda şəhid oğlu olan bəydən ibrətamiz addım - Toy libasında şəhidləri ziyarət etdilər - FOTOAzərbaycanda şəhid oğlu olan bəydən ibrətamiz addım - Toy libasında şəhidləri ziyarət etdilər - FOTOAzərbaycanda şəhid oğlu olan bəydən ibrətamiz addım - Toy libasında şəhidləri ziyarət etdilər - FOTOAzərbaycanda şəhid oğlu olan bəydən ibrətamiz addım - Toy libasında şəhidləri ziyarət etdilər - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2281   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel