Bakıda dəhşətli qəza: avtobus parklanmış maşınlara çırpıldı, başqa birinin üstündən keçdi - FOTO/Yenilənib

40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.

Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. O, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.

Qeyd edək ki, bu gün 40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.(bakupost.az)

Bakıda dəhşətli qəza: avtobus parklanmış maşınlara çırpıldı, başqa birinin üstündən keçdi - FOTO/YenilənibBakıda dəhşətli qəza: avtobus parklanmış maşınlara çırpıldı, başqa birinin üstündən keçdi - FOTO/Yenilənib

Hadisə   Baxılıb: 3810   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR