Afəti yenə ələ saldılar - VİDEO

Afəti yenə ələ saldılar - VİDEOMüğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncü-şeş" mahnısı növbəti dəfə gülüş obyektinə çevrilib.

Sonxeber.az bildirir ki, BAKU.WS-in məlumatına görə, ifaçı bu dəfə ATV-də yayımlanan "Bacanaqlar" serialının hədəfinə tuş gəlib.

Ekran işinin bir bölümündə qonaq qismində rəqqasə Oksana Rəsulova iştirak edib. O, serialın qəhrəmanlarına hind rəqsini öyrətməyə çalışıb. Ancaq rəqsə öyrətdiyi mahnı Afət Fərmanqızının İmadəddin Nəsiminin "Pəncü şeş" qəzəli ilə sintez etdiyi hind mahnısı "Tune Maari Entriyaan" olub.

Onların sosial şəbəkədə yayılan videosu maraqla və gülüşlə qarşılanıb.

Xatırladaq ki, bir müddət əvvəl "Bu şəhərdə" komandası Afət Fərmanqızını parodiya etmişdi.

Şou-biznes   Baxılıb: 3670   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR