Dağlıq Qarabağda Novruz şənliyi keçirilib

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib"...Biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır". Prezident İlham Əliyev bu sözləri il yarım əvvəl Tərtər rayonunda Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışı zamanı deyib.

Burada ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, 1978-ci ildə ermənilərin özləri tərəfindən inşa edilmiş "Marağa-150" abidəsi yerləşir. Məhz həmin tarixdən 150 il əvvəl onlar İran Marağasından Qarabağa köçürülüblər. Sonralar növbəti ərazi iddiaları irəli sürərkən ermənilər abidəni qəsdən dağıdıblar. Lakin bu ərazi işğaldan azad edilib və mühüm tarixi-siyasi əhəmiyyət daşıyan abidənin ətrafında bərpa işləri aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda – vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirib. Bayram tədbiri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin "Marağa-150" abidəsinə baş çəkməsi ilə başlayıb.

Dövlət Komitəsinin sədri qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Bütün müraciətlər qeydə alınıb. Sonra qəsəbədə yaşayan Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün, ahıl qadın Pakizə Məmmədovanın mənzilinə baş çəkilib, ailənin problemi ilə yerindəcə maraqlanılıb. P.Məmmədovanın oğlu Cahid Məmmədovun məşğulluqla bağlı müraciətinə baxılacağı və müvafiq tədbir görüləcəyi bildirilib.

Dövlət Komitəsinin sədri sonra Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün Ceyhun Cəlilovun toyunda iştirak edib, yeni ailə quran gənclərə xeyir-dua verib.
Daha sonra rəsmi qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri başlayıb. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, MKSİF-in direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları iştirak edib. Qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edib, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndirib.

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s.-yə qonaq edilib.

İşğaldan azad edilmiş torpaqda bayram tonqalları qalanıb.
Bayram şənliyi Bakıdan gəlmiş muğam ustalarının konserti ilə başa çatıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1562   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel