Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun

Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susunAzərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xeyirxah, humanist, ölkənin hər bir vətəndaşının sevincinə, kədərinə şərik olan, xalqının gələcəyini, xoşbəxtliyini düşünən bir insandır.

Bu insanpərvərlik, qayğıkeşlik onun bu günlərdə imzaladığı əfv fərmanında da bir daha özünü göstərdi.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Tahir Rzayev dilə gətirib.

"Əziz Novruz bayramı ərəfəsində yüzlərlə ailəyə böyük sevinc gətirən bu sərəncam nəinki həbsdən azad olan insanlar, eləcə də, ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılandı və geniş əks-səda yaratdı" -deyən, millət vəkilinin sözlərinə görə, məlum sərəncam bir daha göstərdi ki, siyasi, dini baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkə rəhbəri üçün əzizdir:

"Eyni zamanda, İlham Əliyevin özünün də söylədiyi kimi, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir".

Millət vəkili bununla yanaşı, məlum sərəncamdan, böyük humanizm aktından sonra bəzi müxalif siyasi qüvvələrin və günahları bağışlanılaraq, əfv edilən sabiq məhkumların tələsik, emosioanal, hikkəli, gərginliyə xidmət edən açıqlama və hərəkətlərindən üzüldüyünü, təəssüfləndiyini bildirib:

"Əfv elə bir addım, elə bir aktdır ki, o, yalnız dövlət başçısının səlahiyyətində olan bir məsələdir.

Onu amnistiya aktı ilə qarışdırmaq və tam mənada eyniləşdirmək olmaz.

Düzdür, hər ikisi də nəticə etibarı ilə humanizmə, insanpərvərliyə dayanır, xidmət edir, onlarla, yüzlərlə, hətta, minlərlə insan azadlığına, ailəsinə qovuşur, cəmiyyətə inteqrasiya edir, amma əfvin bir fərqi var ki, o birbaşa ölkə prezidentinin şəxsi səlahiyyətində olan bir məsələdir.

İstəsə bunu edə bilər, istəməsə, etməz və kimsə də ona qarışa bilməz.

İlham Əliyev də elə siyasi liderlərdən, elə müdrik və humanist dövlət rəhbərlərindəndir ki, əfv etmək və bağışlamaq qüdrətinə malikdir. Bu səbəbdən də, artıq bir neçə ildir ki, əfv, humanizm siyasəti davamlı xarakter alıb, bir növ dövlətçilik atributuna çevrilib.

Ancaq bəzi müxalif siyasi qüvvələr və şəxslər, xüsusilə, günahları, xətaları, yol verdikləri cinayət əməlləri bağışlanan insanlar bunu qiymətləndirmək, minnətdarlıq etmək əvəzinə, yenə də kin, qəzəb, nifrət püskürülər.

Yenə də şəxsi ambisiyalar, yenə də dar və cılız iddialar, yenə də bir an belə dinməyən və sönməyən ehtiraslar...

Ad çəkmədən həmin qüvvələrə və insanlara demək istəyirəm, artıq yetər, hər bir şeyin bir əndazəsi, həddi, çərçivəsi var. Minnətdarlıq etməyi, yaxşılığı qiymətlərdirməyi bacarmırsınızsa, heç olmasa, susun, sakit oturun yerinizdə, könülləri bunlandırmayın.

Onsuz da sizlərin dövrü, zamanı çoxdan keçib, cəmiyyət necə lazımdırsa, sizlərlə bağlı öz mövqeyini, öz qiymətini verib. Həmçinin, cəmiyyət özü müdrik seçimini edib, istər 1993-cü ildə, istərsə 2003-cü ildə və sonrakı dönəmlərdə.

Odur ki, çalışın özünüzə uyğun bir işin qulpundan yapışın, yoxsa, ziyanını çəkən yenə özünüz olacaqsınız".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1062   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021