Evini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEO

"2003-cü ildə Yasamal rayonu, Ayna Sultanova ev 29 ünvanında gözəl bir ev alanda çox sevinmişdik. Lakin bilmirdik ki, sonradan bu evdə yaşamaq bizim üçün böyük problem olacaq".

Bu sözləri BAKU.WS-ə şikayətində paytaxt sakini Səbuhi Təvəkkül oğlu Təvəkkülov bildirib. Onun sözlərinə görə, aldığı evdə ailəsilə firavan yaşayışına zəhər qatan isə "Yasamal-M" tikinti şirkəti olub.

"2016-cı ildə "Yasamal-M" MMC şirkətindən gəldilər və dedilər ki, evdən çıxın. Səbəb isə həmin şirkətin bizim və qonşuluqdakı evlərin yerində 16 mərtəbəli bina tikmək istəyi idi", - deyə Səbuhi Təvəkkülov bildirib.

Şikayətçi deyir ki, şirkətdən onların evinin müqabilində yeni ev təklif etsələr də, bu onun üçün məqbul variant olmayıb:

"Bizim evin sahəsi 100 kv-dir və tam təmirlidir. İndi onun yerinə Kürdəxanıda tikdikləri yeni binada ev təklif ediblər. Yol uzaq olduğu üçün razı olmadıq. O zaman bildirdilər ki, sökülən evlərin yerində yeni bina tikəcəklər.

Həmin bina 2 ildən sonra hazır olacaq. Həmin binadakı evdən təmirsiz və sənədsiz mənzil verəcəklərini deyiblər. Ona da razı olmadıq".

Səbuhi Təvəkkülovun sözlərinə görə, tikinti şirkəti razılaşmadıqları üçün onları evlərindən zorla çıxarmağa çalışıblar. Şikayətçi bir neçə dəfə şirkəti məhkəməyə verib. Lakin tikinti şirkəti məhkəmənin qərarını gözləmədən ötən gün ev sahiblərini qorxutmaq üçün işə başlayıb.

"Dünən evimin üstünü sökməyə başlayıblar. Dünən saat günorta 4 radələrində evdən zəng vurdular ki, evdə oturmaq olmur. Evdə 2 aylıq körpə də var. Uşaq yatmışdı, tez onu qucağıma aldım.

FHN-ə zəng vurmaq istəyirdim ki, qəfil tavan uçdu. Yaxşı ki, körpəni hadisədən bir neçə dəqiqə əvvəl şarpayıdan götürmüşdüm".

Səbuhi Təvəkkülov deyir ki, tikinti şirkəti qəsdən belə edir:

"Onlardan nə üçün belə etdiklərini soruşduqda, deyirlər ki, evdən köçün".

Hadisədən dərhal sonra ev sahibləri aidiyyatı qurumlara zəng ediblər. Evə baxış keçirilib və məsələ araşdırılmağa başlanılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin ərazi komissarı Sərdar müəllim bildirib ki, məsələ araşdırılacaq.

"Hadisə ilə bağlı rəhbərliyə müraciət etdik. Rəhbərlikdən bildirdilər ki, tikinti şirkətinə tapşırılsın ki, vətəndaşların təhlükəsizliyi təmin edilsin. Bir də, Yasamal rayon İcra Hakimiyyətinə tapşırdıq ki, işi nəzarətə götürsün", - deyə nazirlik rəsmisi bildirib.

Yasamal rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, məsələ araşdırılır.

"Uçulan evin şəkilləri çəkilib və məsələ araşdırılmaq üçün İcra Hakimiyyətinin aparatına göndərilib", - deyə məlumat verilib.

Məsələ ilə bağlı "Yasamal-M" MMC şirkətilə də əlaqə yaratdıq. Şirkətin ərazi üzrə komendantı Emin Paşayev BAKU.WS-ə bildirdi ki, hazırda bu məsələ məhkəmədədir.

"Tikinti işi aparılır. Həmin ev sahibi ilə də razılaşa bilməmişik. Bu telefon söhbəti deyil. Heç kimə ziyan vurulmayıb. Hazırda tikinti işləri gedir. Bu iş məhkəmədədir", - deyə şirkət əməkdaşı bildirib.

Emin müəllim əlavə edib ki, tikinti zamanı mənzilə vurulan ziyanla bağlı bir söz deyə bilməyəcək.

Məsələni diqqətdə saxlayacağıq. Ümid edirik ki, şirkətin maddi qazanc əldə etmək istəyi vətəndaşın şəxsi mülkiyyətin toxunulmazlığı hüququnu üstələməyəcək və məsələ öz obyektiv həllini tapacaq!

Evini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEOEvini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEOEvini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEOEvini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEOEvini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1654   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021