Ermənilər artıq Qarabağ üçün ölmək istəmirlər - Deputat

Ermənilər artıq Qarabağ üçün ölmək istəmirlər - DeputatBaşabəla, avantürist, şovinizm xəstəliyinə yoluxmuş erməni siyasətçilərinin, Ermənistan rəhbərlərinin apardıqları antiinsani, antibəşər, antixalq siyasəti artıq sadə ermənilərin özlərini də bezdirib, usandırıb.

Artıq xalq xəstə təfəkkürlü erməni siyasətçilərinin və Ermənistan rəhbərlərinin insanlıq, bəşəriyyət, eləcə də, öz xalqları əleyhinə yönəlmiş siyasətlərindən cana doyublar. Son illər, xüsusilə də, axır aylar, 2018-ci ilin məlum aprel hadisələri, hakimiyyət çevrilişi bunu bir daha əyani sübut etdi ki, sıravi və sadə ermənilər kimə güvənəcəklərini, etibar edəcəklərini artıq ayırd edə bilmirlər.

Çünki hər dəfə verilən vədlərin populizmdən, saxtalıqdan, yalandan, avantüradan başqa bir şey olmadığını görür, xəyal qırıqlığına uğrayırlar.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

O, qeyd edib ki, hətta, illərdir əldən-ələ keçməklə, əzilib, cırılmış "Qarabağ kartı" da işə yaramır, insanlarda ruh, əhval-ruhiyyə yaratmır.

Onun sözlərinə görə, yəni, Ermənistan vətəndaşları Qarabağla verilən vədlərin yalan, illüziya olduğunun tam fərqindədirlər.

"Sadə və sıravi ermənilər artıq anlayırlar ki, Qarabağ heç zaman onların olmayıb, olmayacaq, Azərbaycan bütün məsələlərdə və sahələrdə güclü, qüdrətli, nüfuzlu, sözü, çəkisi ilə hesablaşılan bir ölkə olaraq, nə erməni siyasətbazlarına, nə avantürist Ermənistan liderlərinə, nə Ermənistanın havadarlarına, nə də "odlu-alovlu" bəyanatları ilə bir müddət erməni xalqının rəğbətini qazanan, ancaq gündən-günə nüfuzunu, mövqelərini itirən Paşinyan və onun komandasına bu sevinci daddırmayacaq, onların arzularının çin olmasına imkan verməyəcək.

Onlar Qarabağı ən yaxşı halda ancaq və ancaq yuxularında, xəyallarında görəcəklər.

Ərazilərinin hələ də 20 faizi düşmən-erməni tapdağında olmasına baxmayaraq, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq.

Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, öz suveren hüquqlarından və beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, öz ərazi bütövlüyünü, suverenliyini təmin edəcək, qana susamış erməni cəlladlarını birdəfəlik silib, süpürüb tarixin zibilliyinə atacaq.

Artıq sadə və sıravi ermənilər bunun fərqindədir. Ona görə də ermənilər, erməni anaları və ataları öz övladlarının boş-boşuna Qarabağ münaqişəsinin qurbanına çevrilməsini, üstlərinə qara tabutların gələməsini istəmirlər.

Onlar hər vəchlə öz övladlarını Qarabağda xidmətdən etməkdən və orada vuruşmaqdan yayındırmağa cəhd edirlər. Orduda baş verən fərariliklər, hətta, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş qaldıran etirazlar, sonu görünməyən intiharlar vəziyyətin neçə gərgin, kritik olmasının əyani sübutudur.

Kimsə artıq Qarabağ üçün boş yerə canını fəda etmək istəmir. Hesab edirəm ki, yaxın dönəmlərdə bu cür hallar, etirazlar daha kütləvi və qarşısıalınmaz bir xrakter alacaq. Bu gün etiraz edənlər sabah daha aqressiv, daha radikal olacaqlar.

Bunu xəstə təfəkkürlü, illərdir, əsrlərdir insanların beyinlərini zəhərləməklə məşğul erməni siyasətçilər, dövlət rəhbərləri də anlasalar, bir o qədər onlar üçün yaxşı olar.

Anlamasalar, həm özləri, həm də arxaları ilə süründürkləri xalqları daha böyük fəlakətlərlə qarşılaşacaqlar, növbəti aprellər, növbəti cünnütlər yaşayacaqlar ...".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1994   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021