Prezidentin mühüm islahatı: AzTV-də nə dəyişdi?

Prezidentin mühüm islahatı: AzTV-də nə dəyişdi?Prezident İlham Əliyevin hətta rəqiblərini belə təəccübləndirən islahatlar dalğası müxtəlif sahələrlə yanaşı, televiziyanı da əhatə etdi. Onun islahatlar planına televiziyanı da daxil etməsi əhalinin təkcə maddi-sosial deyil, psixoloji-mənəvi durumunun da qayğısına qalmasını göstərən amillərdən sadəcə biri idi.

Bu sözləri axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə həyata keçirilən islahatların önəmindən danışan A.Camalqızı bildirib ki, bu xüsusda Prezidentin televiziya sahəsinə diqqətini nəzərdən qaçırmaq olmaz:

"Televiziya və radionun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə Milli Televiziya və Radio Şurasına 3 milyon manat vəsaitin ayrılması, gənc, savadlı, istedadlı kadr Rövşən Məmmədovun Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-yə sədr əvəzi təyin edilməsi Prezidentin bu sahəyə xüsusi nəzarətinin olduğunu sübuta yetirir.

Rövşən Məmmədovun gəlişi ilə bir neçə peşəkar şəxsin, o cümlədən xalq artisti Ramiz Həsənoğlunun telekanala qayıtması mediada və ictimaiyyətdə təqdirlə qarşılandı. Gənc kadrın televiziyanın bu vaxta qədər mövcud olan müsbət ənənələrinin bərpası yönündə atdığı addımlar, əlbəttə ki, dəstək görməyə bilməzdi. Təsadüfi deyil ki, hətta peşəkarlar, xalq artistləri böyük layihələrlə bu telekanala üz tutdu".

Aynur Camalqızı Rövşən Məmmədov təyinatından sonra Azərbaycan telekanalları arasında öz fərqli üslubu ilə seçilən və yayımladığı proqramlarla vətəndaşların da rəğbətini qazanan AzTV-nin efirində mühüm yeniliklərin olduğunu vurğulayıb:

"Televiziyanın İnformasiya Proqramları Studiyasının təqdim etdiyi "Xəbərlər" proqramının formatında müsbətə doğru dəyişikliklər, yeniliklər oldu. Xüsusən, "Xəbərlər"in "Xüsusi reportaj" layihəsi auditoriyada böyük marağa səbəb olub. Verilişlərin, proqramların yeni dizaynı tematikliyini qorumaqla yanaşı, cəlbediciliyini təmin edib.

Siyasi verilişlərdən "Rakurs", "Planet" kimi proqramlar yeni studiyalarda təqdim edilir. Bundan başqa, sənədli və televiziya filmləri istehsal edən "Azərbaycantelefilm"in uğurlu fəaliyyətini təmin etmək üçün mühüm addımlar atılıb. "Telefilm" artıq bir sıra tamaşaların hazırlanmasına start verib.

Bütün bunlar xüsusilə diqqət çəkir və ümumilikdə Azərbaycan televiziyasının gələcəyinə ümidlə baxmağımıza zəmin yaradır".

Əməkdar jurnalist bildirib ki, telekanalda yayımlanan "Əsas məsələ", "Nəsillərin debatı" kimi verilişlər izləyicilər arasında maraq doğurub, hətta tez-tez sosial şəbəkədə müzakirə mövzusuna çevrilir:

"Lakin tamaşaçılar daha çox yeniliklər görmək istəyir. Televiziya rəhbərliyinin bu gözləntiləri qarşılamağa çalışacağı şübhə doğurmur. Hətta bildiyimə görə, artıq televiziya əməkdaşlarının hazırlığını artırmaq məqsədilə müxtəlif kurslar təşkil edilib. İxtisasartırma xarakterli kurslarda Rusiyadan tanınmış televiziya jurnalistləri Oleq Şommer və Mariya Qladkixlə birgə məşğələlər təşkil edilib".

A.Camalqızı sonda qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan iqtisadi islahatlar və əldə olunan dinamik inkişaf Azərbaycan televiziyasında gün keçdikcə özünü daha müsbət yöndən göstərəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2460   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart