Qulaq falına çıxmaq cəhalətdir - RƏY

Qulaq falına çıxmaq cəhalətdir - RƏYÇərşənbələr bitir, Novruz bayramı yaxınlaşır. Bayram yaxınlaşdıqca süfrələrə rənglənmiş yumurtalar, bəzədilmiş xonçalar, səməni və digər bayram atributları düzülür. Bayram axşamı isə hər kəs bir-birinə papaq atır, qapılara qulaq pusduya çıxır.

Cəmiyyətdə bunu el-obanın bayram adəti kimi qiymətləndirənlər də var, qeyri-etik davranış kimi hesab edənlərdə.

Nəzərə alsaq ki, bayram axşamı hər kəsin süfrəsində müxtəlif çeşidli yeməklər, şirniyyatlar olmur papaq atmaq adəti bir çox insanı pis vəziyyətdə qoya bilər.

Eləcə də qulaq pusdu dediyimiz adətə görə, dilək tutub bayram axşamı tanımadığın insanların qapısını dinləməlisən. Əgər xoş söhbət eşidərsənsə, diləyin yerinə yetəcək. Yox əgər söz-söhbətə şahid olarsansa, bu il də dilədiyinə çata bilməyəcəksən deməkdir.

Bəs görəsən bayram süfrəsinə yumurtaları nə üçün boyayırlar? Bayram axşamı qulaq falına çıxmaq, qapı pusmaq olar yoxsa olmaz?

Bu barədə Oxu.Az-a açıqlama verən AMEA-nın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılbəyli bayram adəti kimi bilinən bəzi ritualların əhəmiyyətsiz olduğunu deyib:

"Novruz Bayramı elimizin, obamızın qədim və gözəl bayramlarındandır. Lakin təəssüf olsun ki, bayram günlərində "adət" adı altında heç bir əhəmiyyəti olmayan qeyri-etik davranışlara yol verirlər.

Qulaq falına çıxmaq insanların elmsiz, cəhalət dövründən qalma rituallardandır. Bayramın başqa gözəl tərəflərini qeyd etmək, təbliğ etmək lazımdır.

Bizim vaxtımızda bayramlarda insanlar bir-birinin evinə qonaq gedər, süfrəsindən pay aparardı. İmkansız ailələrə köməklik göstərilərdi.

Yoxsa M.P.Vaqif demişkən "Bayram oldu, bizim evdə axta zoğal da yoxdur" bu nəyə lazımdır ki? Bütün bunların gəldiyi tarixi mən belə ifadə edərdim ki, insanları düzgün yoldan yayındırmağa çalışırlar.

Düşünürəm ki, insanlar bu kimi qeyri-etik davranışlara yol verməklə dindən, əxlaqdan uzaqlaşırlar.

Qulaq pusdu heç də etik davranış deyil. İslamda başqasının şəxsi həyatına iznsiz müdaxilə etmək, sözünü və hərəkətlərini güdmək pis qarşılanır. Papaq atma özü də bayram adəti kimi olmamalıdı. Bütün bunların heç bir tarixçəsi də yoxdur".

Yumurtaların rəngli boyanmasına münasibət bildirən Q.Sayılbəyli bunun da heç bir əhəmiyyətinin olmadığını diqqətə çatdırıb:

"Novruz bayramı digər xalqlarda da qeyd edilir. Bahar bayramı əslində Körfəz xalqlarında da mövcuddur. Baharın gəlişini daha yaxşı, maraqlı qarşılamaq mümkündür. Bayram coşqusu ilə qeyd edilməsi lazım olan yerdə qapı pusdu, papaq atdı kimi "adətlər" mənə görə uyğun deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1373   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel