"İlham Əliyev 10 ildən çoxdur danışıqlar aparır, mən isə bu işdə təzəyəm..." - Paşinyan

"İlham Əliyev 10 ildən çoxdur danışıqlar aparır, mən isə bu işdə təzəyəm..." - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə görüşüb və onların bir sıra mövzular, o cümlədən Qarabağ barədə suallarına cavab verib.

Sonxeber.az "virtualaz.org"a istinadən xəbər verir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ danışıqlarına dair "böyük həcmdə informasiyalar aldığını" deyib. Onun sözlərinə görə, həmin informasiyalar yenə də "böyük həcmdə" əlavə informasiyalar tələb edir.

Ermənistan rəhbəri bildirib ki, hazırda o danışıqlar prosesində nələrin baş verdiyini təhlil edir.

"Proses çox mürəkkəbdir, bir sıra incəlikləri var. İlham Əliuev 10 ildən çoxdur bu prosesdədir, həmsədrlər üçün isə danışıqlar prosesi onların işidir. Bu işdə yeganə təzə adam mənəm və əlbətdə ki, mənə proseslə bağlı hər şey maraqlıdır. Çox şey qaranlıqdır. Lakin əgər hamıya hər şey aydın idisə dialoq nəyə gərək olardı? Danışıqlar bir sıra məqamları aydınlaşdırmaq üçündür. Bir sıra ziddiyətli məsələlər var. Kazanda (2011-ci il) nə baş verib? Vyanada? Ki-Vestdə? Əgər hamı desə ki, nə baş verib, o zaman suallar da olmazdı. Mən prosesin yeni iştirakçısı kimi bütün suallara cavab tapmalıyam və partnyorların dəstəyinə ümid edirəm"-Paşinyan belə deyib.

Ermənistanın baş naziri habelə bildirib ki, jurnalistlərə bir sirri açmaq istəyir. Belə ki, o baş nazir səlahiyyətlərinin icrasına başlayandan sonra danışıqlar prosesi barədə məlumat almaq üçün keçmiş xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.

"Mən əvvəlki illərdə aparılmış müzakirələr barədə bəzi informasiyaları almaq üçün keçmiş XİN rəhbəri Edvard Nalbəndyanı dəvət etdim. Bir sıra incəlikləri xarici liderlərlə də müzakirə etmişəm"-o deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1934   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021