"Mən onun çiynində qəbrə getmək istəyirdim" – Qripdən dünyasını dəyişən dünya çempionunun atası

"Mən onun çiynində qəbrə getmək istəyirdim" – Qripdən dünyasını dəyişən dünya çempionunun atasıARB TV-nin "Bu qədər" proqramında bu dəfə dünya və Avropa çempionu Xamis Məmmədovun həyatından danışılıb.

Valideynləri və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:

Gülxar Məmmədova – Anası: "Ana bətnində olarkən çox narahat olurdum. Təpik, yumruq vururdu. Əvvəlki uşaqlar belə deyildi, məni belə narahat etmirdi. Dedilər, səhər canını tapşırıb. Gecə yuxuda özüm onun yasinini oxumuşam. Onunla son dəfə görüşə bilmədim".

Rüstəm Məmmədov – Atası: "Onun uşaqlıq illərini yadıma salanda kədərlənirəm. Mənə gəlib, "karateyə getməyə icazə ver" dedi. Əvvəlcə razı olmadım, bir neçə dəfədən sonra razılıq verdim. İdman zalı tikdirirdi, başa çatdıra bilmədi. Arzuları yarımçıq qaldı. Məni aldatdı. Qızım da, oğlum Vəkil də məni aldatdı. Deyib ki, anama, atama deməyin, xəstədilər bilməsinlər. Oğlunun kiçik toyuna hazırlaşırdı, qismət olmadı. Mən onun çiynində qəbrə getmək istəyirdim".

Rəşadə Məmmədova – Həyat yoldaşı: "Övladlarının ikisinin də davamçısı olmasını istəyirdi, amma qıza baxanda deyirdi ki, bunda öz uşaqlığımı hiss edirəm. Soruşsalar ki, dünyanın ən yaxşı atası kimdir? Mən öz atamdan da əvvəl Xamisi deyərdim. Övladlarını sevindirmək üçün hər yola əl atardı. Onda gördüyüm atalıq tamam başqa idi. Hamımız evdə xəstələnmişdik. Onun qızdırması var idi, xəstəxanaya qalmaq üçün yox, qızdırmasını salmaq üçün iynə vurulsun deyə getdi. Getdi, 1saat sonra zəng vurub dedi ki, həkim deyir, qalmalısan xəstəxanada. Qardaşı bilirdi, nə qədər məcbur etdilər çıxmadı xəstəxanadan. Xamis özü getdi girdi xəstəxanaya, amma oradan ölüsü çıxdı. Məni xəstəxanaya qoymadı, dedi, uşaqlar xəstədi onlara bax, gəlmə. Axırıncı dəfə xəstəxanadan mənə şəkil göndərdi və zəng vurdu. Vurduğu axırıncı zəng idi. Danışdıq, axırıncı sözü "yuxum gəlir, yatıram" oldu. Qızım hələ də onun yolunu gözləyir. "Ana, Atam sağalmadı? Gəlsin də xəstəxanadan" deyir. Qız elə deyəndə oğlan ağlayır, çünki başa düşür. Qızım isə hələ də atasının yolunu gözləyir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2101   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021