"Qız övladlarınıza nəzarət edin": Bakıda naməlum elan – Foto
Sosial şəbəkələrdə yayımlanan elan ciddi müzakirələrə səbəb olub.
Belə ki, mənbəyi və kimin tərəfindən yazıldığı məlum olmayan elanda valideyinlərə səslənilir, onların qız övladlarına nəzarət olunması xəbərdarlığı edilir. Hətta qeyd edilir ki, müəyyən yerlərdə gənc və azyaşlı qızlar oğlanlarla görüşür, onlara kirayə evlər verilir və s.
Məsələ ilə bağlı Bizimyol.info-ya danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu kimi mənbəyi məlum olmayan elanların yayılması qadınların qısqanılmasına, selektiv abortların sayının artmasına gətirib çıxardır:
"Belə elanlar olur və bu zaman Daxili İşlər Nazirliyi buna diqqətlə yanaşır. Mətbuatda, sosial şəbəkədə yayımlanan məsələni isə dərhal nəzarətdə saxlayırlar. Lakin mən bu cür xəbərdarlıqlardan, elanlardan narahatam. Bu kimi elanlar qadınların qısqanılmasına gətirib çıxardır. Hətta deyərdim bu məqsədyönlü və düşünülmüş variantlardır.
Qız uşaqlarınızı məhdudlaşdırın, onları heç yana buraxmayın. Bu qadınların qərarqəbuletmə imkanlarını məhdudlaşdıran addımlardır. Əgər real təhlükə varsa, onu yazıb ora yapışdıran adam zəng etməlidir Daxili İşlər Nazirliyinə, yaxud qadın Qeyri-Hökumət Təşkilatlarına. Bu cür mənbəyi məlum olmayan elanlar narahatçılıq və şübhə doğuran məsələdir.
Elə hadisələr olub ki, gənc qızları müəyyən yollara cəlb ediblər. Lakin bu vətəndaş bu əməli bilirsə və bunu gizlədirsə, demək ki, o vətəndaş da o əməldə iştirak edir. Belə olan təqdirdə qızlara qarşı qısnamanın yaranmasının şahidi olacağıq. Sonra selektiv abortlarının sayının artmasının şahidi olacağıq. Bu da qız uşaqlarının sayının azalması ilə nəticələnəcək, onların təhsildən yayınmasına gətirib çıxardacaq".
Bizimyol.info-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Babayev isə qeyd edib ki, məsələ araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 9216 Tarix: 20 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb
Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya
19 aprelBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprelKirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA
Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib
19 aprelDiqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...
Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni
20 aprelXocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə
19 aprelBakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını
20 aprel