Səudiyyə sarayında nə baş verir?

Səudiyyə sarayında nə baş verir?Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə oğlu və vəliəhdi Məhəmməd bin Salman arasında münasibətlər soyuqlaşıb. Bu barədə iddianı Britaniyanın "Qardian" qəzeti yazıb. Qəzet iddia edir ki, son iki həftədir vəliəhd yüksək səviyyəli hökumət toplantılarında iştirak etmir. Eyni zamanda onun iqtisadi sektorda bəzi səlahiyyətləri əlindən alınıb.

Yazıda qeyd olunur ki, kral Salman ötən həftə Nazirlər Kabinetinin toplantısında vəliəhdin iqtisadi sahədəki səlahiyyətlərini məhdudlaşdıran qərar qəbul edib. O da iddia edilir ki, kral vəliəhdi nazirlərin toplantısına dəvət etsə də, vəliəhd toplantıya qatılmayıb. Bildirilir ki, hələlik rəsmən elan olunmayan qərara əsasən krallığın xaricdəki sərmayələrinin idarəsi vəliəhddən alınaraq kralın ən çox güvəndiyi müşaviri Musaid əl-Aybana verilib.

Qəzetin yazısında o da qeyd olunur ki, vəliəhd son günlərdə kral Salmanın Rusiya XİN rəhbəri Lavrovla, Ümumdünya Səhiyyə Təşkilatının sədri və ölkənin baş müftisi ilə görüşlərdə iştirak etməyib.

Qeyd edək ki, 2015-ci ilin yanvarında kral Salmanın taxta çıxmasından sonra "ulduzu parlayan" Məhəmməd bin Salman hakimiyyət pillələrində sürətlə irəliləyib. Əvvəlcə vəliəhd müdafiə naziri, daha sonra isə baş nazirin müavini, iqtisadi islahatlara rəhbərlik, həmçinin korrupsiyaya qarşı mübarizə komissiyasının sədri, nəhayət, birinci vəliəhd postuna yüksəlib. Vəliəhd-şahzadə ölkəsində bir sıra islahatçı qərarların müəllifi kimi tanınıb və Qərbdə böyük maraq doğurub. Ancaq 2018-ci il oktaybrın 2-də səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsi və daha sonra öldürülməsi vəliəhdin nüfuzuna ciddi zərbə vurub. Dünya mediası bu hadisədə əsas günahkar kimi vəliəhdi göstərib. Doğrudur. Səudiyyə Ərəbistanı bu faktı təkzib edir, ancaq Qaşıqçı işinə görə saxlanılanlar arasında vəliəhdə yaxın şəxslərin olması Məhəmməd bin Salman üzərinə ciddi şübhə kölgəsi salıb.

Ancaq Qaşıqçı qalmaqalında Səudiyyə sarayı və Vaşinqton vəliəhdi qorusa da, danılmaz faktdır ki, bu hadisə ümumilikdə krallığın və perpektivli vəliəhdin karyerasına ciddi zərbə oldu. Vaşinqtonun yeni Fələstin planında əsas tərəflərdən biri olan vəliəhdi Tramp administrasiyası qorumaqda davam etsə də, belə görünür ki, kral Salman vəliəhdin ərköyünlüyünə dözmək istəmir.

Kral və vəliəhd arasındakı daha bir fikir ayrılığı kralın ötən ay Misirə səfəri zamanı baş verdi. Yenə "Qardian" qəzetinin yazdığına görə, Misirdə olarkən müşavirləri krala çevriliş təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Məhz bu xəbərdarlıqdan sonra kralı Misirdən geri dönüşdə müşayiət edəcək mühafizə qrupu gözlənilmədən işdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanı DİN-nin gəndərdiyi 30 xüsusi təyinatlı mühafizəçi kralı qorumağa başlayıb. Daha bir maraqlı detal ondan ibarətdir ki. Misir səfərindən qayıdan kralı qarşılayanlar arasında vəliəhd gözə dəyməyib. Qərb mediası isə kralın Misirdə dəyişdirilən mühafizəçilərinin vəliəhdə yaxın heyət olduğunu yazırdı.

Mediada yer alan iddialara görə, kral Salman Misirdə olduğu zaman vəliəhd Məhəmməd bin Salman "kralın vəkili" imzası ilə iki təyinat həyata keçirib. Bunlardan biri Rima bin Bəndər bin Sultanı Səudiyyə Ərəbistanının Vaşinqton səfiri təyin olunması haqda, ikincisi isə vəliəhdin öz qardaşı, daha əvvəl Vaşinqtonda səfir olmuş Xalid bin Salmanı müdafiə nazirinin müavini postuna təyin etməsi barədə fərman olub.

Qərb mediası iddia edir ki, kral onunla məsləhətləşmədən onun adından fərman verilməsi və xüsusən də kiçik oğlu Xalidin çox gənc və təcrübəsiz olması səbəbindən müdafiə nazirinin müavini təyin olunmasına qəzəblənib. O da diqqət çəkir ki, Səudiyyə Ərəbistanında bir neçə on ildir ki, heç bir təyinat "kralın vəkili" imzası ilə baş verməyib. Üstəlik, Misirdə olan kral və müşavirləri 23 fevraldakı iki təyinat barədə yalnız televiziya xəbərlərində eşidib. Bu isə vəziyyəti bir az da dramatikləşdirib. Doğrudur, kral ənənəyə əsasən ölkəni tərk edərkən fərman imzalayaraq ölkə idarəçiliyini vəliəhdə verir. Lakin bu zaman bir qayda olaraq strateji təyinatlar baş vermir. Versə də, imza krala məxsus olur, onun vəkilinə deyil.
O da iddia olunur ki, vəliəhdin fevral ayında Məkkədə müsəlmanların müqəddəs ziyarətgahı olan Kəbə evinin damına çıxıb gəzməsi xalqda narazılıq doğurub, bəzi din xadimləri isə bununla bağlı krala şikayət edib.

Hələlik baş verənlərin nəticəsi haqda danışmaq tezdir. "Gün üzünə" çıxan faktlara əsaslanaraq uzaqgedən nəticələr çıxarmaq tələsilik olar. Nəzərə almaq lazımdır ki, nə qədər narazılıq olsa da, vəliəhd kralın doğma oğludur və onu bu yüksək posta özü gətirib. Mümkündür ki, kral özü də bu mərhələdə vəliəhdin kənara çəkilməsini, çox gözə dəyməsini istəmir. Təbii ki, tam əksinin baş verməsi də realdır. Unutmaq olmaz ki, bura Şərqdir. Şərq isə "incə məsələdir".

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1729   Tarix: 21 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Ukraynada qadınlar da orduya çağırılır: Sakinlərdən reaksiya - VİDEO

Ukraynada uzun zamandır müzakirə edilən "Kütləvi səfərbərlik haqqında" qanunun qadınların orduya cəlb olunması bəndi ixtisar olunmaqla qəbul edildikdən sonra Müdafiə Nazirliyi yeni təşəbbüslə çıxış edib. Belə ki, Ukrayna cəbhəsində ehtiyac yaranarsa, qadınlar da orduya səfərbər ediləcək. Bə

21 aprel
.

Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO

Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb. Bu barədə keçirilə

22 aprel
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasını

23 aprel
.

Rusiyanın bu bölgəsində insanlar təcili təxliyə edilir

Rusiyanın Kurqan vilayətinin Belozersk dairəsində yerləşən kəndlərin sakinləri Tobol çayında suyun səviyyəsinin qalxması səbəbindən təcili təxliyə edilir. xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb. "Söhbət Ekimovo, Reçkino və Pamyatnoyedən gedir. Dərhal, evakuasiya edin"

22 aprel
.

Məşhur yarışmanın iştirakçısı keçmiş sevgilisi tərəfindən öldürdü: "Instagram"da paylaşdığı... -FOTO

Türkiyənin məshur "İşte benim stilim" yarışmasının iştirakçısı olan Yağmur Taktaş keçmiş sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, stil yarışmasının iştirakçısı Yağmur Taktaşın Amerikada keçmiş sevgilisi tərəfindən öldürüldüyü iddia edilib. Keçmiş sevgilinin qətldə

22 aprel
.

Üç yaşlı uşaq gül dəstəsinə görə xəstəxanalıq oldu

Rusiyanın Novosibirsk vilayətində üç yaşlı qız zanbaq buketinə görə xəstəxanaya düşüb. bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Üç yaşlı qızın anası baş verənlərdən danışıb. Qadının sözlərinə görə, o, küçədən bir buket gül alıb evə gətirib. Onun üç yaşlı qızı çiçəklərlə maraqlanıb və daha sonr

22 aprel