Hüquqşünas: "Ən xırda rüşvətə görə hakimlər ömürlük azadlıqdan məhrum edilməlidir"

Hüquqşünas: "Ən xırda rüşvətə görə hakimlər ömürlük azadlıqdan məhrum edilməlidir"Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində ölkədə ciddi islahatlar hazırlandığını qeyd edib. Bildirib ki, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub: "İslahatlar hərtərəflidir. İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub".

Qeyd edək ki, artıq ikinci dəfədir ölkə prezidenti məhkəmə-hüquq sistemində islahatların hazırlandığına dair açıqlama verir. Azərbaycanın məhkəmə sistemində çatışmazlıqların olduğu uzun illərdir həm yerli ekspertlər, həm də beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən əsas iradlardan biridir. Bir sıra beynəlxalq reytinqlərdə məhkəmə sistemindəki problemlər Azərbaycanın mövqeyinin pisləşməsinə gətirib çıxarır. Eyni zamanda xarici investisiyaların ölkəyə gəlişində əsas problemlərdən biri kimi məhz müstəqil məhkəmə hakimiyyətinin olmaması üzündən mülkiyyət hüququnun səmərəli müdafiə sisteminin olmaması qeyd olunur. Bütün bunlar Azərbaycanın məhkəmə sistemində köklü islahatların aparılmasını zəruri edir. Bu islahatlar haradan başlanmalı, hansı addımlar atılmalıdır? Musavat.com-un bu suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, məhkəmə-hüquq sistemində ilk addımlar hüquq təhsili ilə bağlı atılmalıdır: "Burada kompleks tədbirlər həyata keçirilməlidir. Özü də bunu beynəlxalq təşkilatların tövsiyəsinə görə deyil, ölkənin inkişafı naminə etmək lazımdır. Çünki ədalətli hüquq sistemi, məhkəmə yoxdursa, heç bir sahədə inkişafdan danışmaq mümkün deyil, xüsusilə də iqtisadiyyatda. Çünki müstəqil məhkəmə olmasa heç kim Azərbaycana gəlib investisiya qoymayacaq, necə ki, qoymur. Bu baxımdan, ilk növbədə kadr məsələsinə baxılmalıdır. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda məhkəmə sisteminin əsas problemlərindən biri hakimlərin hüquqi savadı, biliyi və dürüstlüyü ilə bağlıdır. Bilik və savaddan başlayaq: bu gün Azərbaycanda hüquq təhsilinin səviyyəsi çox aşağıdır. Hətta mən deyim ki, buna görə biz Orta Asiya respublikalarının çoxundan – Özbəkistan, Qazaxıstandan xüsusilə geri qalırıq. Təsəvvür edin, müstəqilliyimizin 28-ci ilidir, bizim hüquq təhsili alan tələbələrimizin dərsliyi yoxdur. Dərsliksiz təhsil alan tələbələrin bilik səviyyəsi necə olacaq? Bir çoxları xarici dildə olan dərsliklərdən istifadə edir: ingilis, alman və sair. Bununla da savadlı hüquqşünas yetişdirmək mümkün deyil. Azərbaycan hüquq sistemi alman sistemidir, kökündən belə qurulub. Buna görə də bizim hakimliyə namizədlər üçün Almaniyada, yaxud burada alman mütəxəssislərin kurslarını təşkil etmək lazımdır. Bu, çox vacibdir. İngilis, amerikanlar deyil, məhz alman hüququnu bilən mütəxəssislər"…

Dürüstlüyə gəlincə, hüquqşünasın sözlərinə görə, Azərbaycanda hakimlərin maaşı çox aşağıdır: "Yəni onların baxdığı işlərin müqabilində çox aşağıdır. Hakimlərdən əlavə, onların köməkçiləri də var ki, onlarsız hakimlərin effektiv işləməsi mümkün deyil. Bu köməkçilərin əmək haqqı 200-300 manatdan yuxarı deyil. Ali hüquq təhsili olan şəxslərin bu maaşla işləməsi mümkün deyil. Buna görə də hakimlərin çoxu məcbur olur ki, korrupsiya ilə məşğul olsun. Bununla həm özünün, həm köməkçisinin qazancını təmin edir, həm dərftərxana və digər xərclərini qarşılayır. Hətta poçt xərclərini də hakimlərin özləri qarşılayırlar. Mən vəkiləm. Biz vəkillərin arasında hakimlər 3 qrupa bölünür: çox az sayda hakimlər var ki, korrupsiya ilə məşğul deyil. İkinci qrup hakimlər korrupsiya ilə məşğul olsalar da, lap ədalətsiz qərarlara yol vermirlər.Yəni ədalətli qərar üçün pul alırlar, pula lıb ədalətsiz qərar çıxarmırlar. Üçüncü qrup hakimlər var ki, pul alıb nə istəsən edirlər. Bu vəziyyəti aradan qaldırmaq üçün bütün məhkəmə sistemində çalışanların əmək haqqı qaldırılmalıdır. Bu sistemdə ən aşağı maaş 1000 manat olmalıdır. Hakimlər isə ən aşağısı 5000 manat almalıdır. Yüksək hakimlər isə 15-20 min manat almalıdır. Bunun xarici təcrübəsi var – Sinqapur və digər ölkələr. Buna paralel olaraq, qanunvericilik dəyişdirilməlidir: hakim ən xırda rüşvətə görə azadlıqdan ömürlük məhrum edilməlidir. Yəni yüksək əmək haqqını veririk, amma sabah sən səhv etsən, cəzası ağır olacaq".

Ə.Həsənov qeyd edir ki, məhkəmə sistemində islahatlar baxımından bəzi addımlar ötən ilin sonlarından atılmağa başlayıb: "Prezident qanun imzaladı ki, bütün məhkəmələr öz qərarlarını onlar qəbul ediləndən bir ay sonra İnternetdə yerləşdirməlidilər. Hələlik bu qanunvericiliyə əməl olunmur, amma əslində bu, çox vacib amildir. Məhkəmə praktikasında xeyli sayda bir-birinə oxşar işlər var. Amma məhkəmələrimiz bu işlər barəsində rüşvət müqabilində bir-birindən kəskin fərqlənən qərarlar çıxarıblar. Yəni işə fərqli baxıb, qanunu tam fərqli tətbiq ediblər. Bu gün bizdə yalnız qanunvericilik elektron formada var. Amma ona istinadən çıxarılan məhkəmə qərarlarının elektron bazası yoxdur. Halbuki dünyada həm qanunvericilik, həm də onun ayrı-ayrı müddəaları əsasında çıxarılan məhkəmə qərarları birlikdə elektron şəkildə İnternetdə yerləşdirilir. Bu zaman hansısa bir maddəyə uyğun gələn iş üzrə hansı qərarın əldə oluna biləcəyini əvvəlcədən təxmin etmək mümkün olur: həm qanunvericiliyə, həm də presedent hüququna baxmaqla. Bu, hakimi də məhdudiyyətə salır, rüşvət müqabilində tam fərqli qərar qəbul edə bilmir, çünki ondan əvvəlki qərarlar açıqdır, əlçatandır. Həm də bir utanmaq hissi də var – hakim biləndə ki, çıxardığı qərarı bütün ictimaiyyət, həmçinin onun həmkarları da oxuya biləcək, istər-istəməz daha məsuliyyətli olmağa çalışacaq. Bu baxımdan, məhkəmə qərarları təxmin edilə bilən olmalıdır. Bu, bütün sahələrdə, xüsusilə də iqtisadiyyatda inkişafa nail olmaq üçün çox mühüm amildir".

Hüquqşünasın dediyinə görə, məhz məhkəmələrdə rüşvət olduğuna görə vəkillər də udduqları proseslər barədə məlumatları gizlədirlər: "Vəkil açıb deyə bilmir ki, filan prosesi udmuşam, çünki orada rüşvət amili rol oynayıb. Bu gün elə hakimlər var ki, eyni xarakterli iki iş üzrə tam əks qərarlar çıxarır. Qərarlar açıqlanmır deyə bundan heç kimin xəbəri olmur, bu isə hakimin əl-qolunu açır. Qərarların açıqlanması tələbələrin də işini asanlaşdıracaq, onlar qərarlar əsasında öyrənəcəklər hüququ".

Məhkəmə sisteminin siyasi hakimiyyətdən asılılığı məsələsinə toxunan mütəxəssis bildirir ki, dünyanın heç bir yerində tam müstəqilliyə nail olunmayıb: "Hətta məhkəmə sisteminin ən müstəqil olduğu ABŞ-da belə Ali Məhkəmənin hakimlərinin təyinatı zamanı respublikaçılar və demokratlar özlərinə yaxın namizədləri irəli salmağa çalışırlar. Məsələn, bu gün ABŞ Ali Məhkəməsində respublikaçıların mövqeyi güclüdür. Onlarda hakimlərin müstəqilliyini təmin edən əsas amillərdən biri hakimlərin ömürlük təyin olunmasıdır. Bununla belə, iki partiyadan hansınasa rəğbət bəsləyən hakimlər həmişə var. Lakin onlar ABŞ dövlət maraqlarından kənarda heç bir marağa uyğun qərar qəbul etmirlər. Parlamenti, prezidenti xalq seçir, amma hakimlər təyin olnur. Bu isə hər zaman müəyyən subyektivliyə yol açır. Sözümün canı budur ki, siyasi hakimiyyətdən tam müstəqil məhkəmə sistemi qurmaq mümkün deyil. Amma hakimlərin korrupsiyalaşmasının qarşısını almaq mümkündür və Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar ilk növbədə bunu hədəfləməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1489   Tarix: 21 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart