Putin əsas generalını qəfil Əsədin yanına yolladı - Dəməşqdə sürpriz görüş

Putin əsas generalını qəfil Əsədin yanına yolladı - Dəməşqdə sürpriz görüşMartın 19-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Dəməşqə gəlib. Rusiya mediası bu səfəri "sürpriz" adlandırıb. Səfər zamanı Şoyqunun Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşdüyü və Putinin "xüsusi" mesajını Əsədə çatdırdığı qeyd olunur.

Eyni zamanda xəbərlərdə Şoyqunun Bəşər Əsədlə regional məsələlər, həmçinin, terrorla mübarizə mövzularını müzakirə etdiyi bildirilir.

Maraqlıdır ki, Rusiya müdafiə nazirinin səfərindən bir gün əvvəl Dəməşqdə Suriya, İran və İraq baş qərargah rəislərinin birgə toplantısı keçirilib. Generallar Dəməşqdə bir sıra mühüm mesajlar veriblər. O cümlədən kürd məsələsi, Suriyada terrora qarşı mübarizə, İraq-Suriya sərhədinin açılması kimi məsələlərə aydınlıq gətiriblər.

Eyni zamanda generallar Dəməşqdə Suriyada terrorla mübarizə və xarici ölkə silahlı qüvvələrinin Fəratın şərq sahillərindən çıxarılması məsələlərini müzakirə ediblər. Suriya müdafiə naziri Əli Abdullah Əyyub generalların görüşünün yüksək səviyyədə keçdiyini və ölkələr üçün əhəmiyyətli olduğunu bildirib. General Əyyub deyib ki, Suriya dövlətinin rəsmi dəvəti olmadan ölkə ərazisində yerləşən xarici ölkə gücləri qanunsuz və işğalçıdır. O, bildirib ki, rəsmi Dəməşq sülh və ya hərbi güc istifadə etməklə İdlib də daxil, ölkənin bütün ərazilərində suverenliyini bərpa edəcək. Suriya müdafiə naziri xatırladıb ki, hazırda ABŞ ordusu ölkənin şərqində Tənaf bazasında və kürdlərin nəzarətində olan bölgələrdə yerləşib. O, kürdlərlə məsələnin ya danışıqlar, ya da güc yolu ilə həll olunacağını bildirib.

Yeri gəlmişkən, səfər çərçivəsində İran ordusu baş qərargah rəisi general Məhəmməd Baqiri Suriya-İraq sərhədindəki İŞİD-lə müharibə cəbhəsinə baş çəkib, Deyr əz-Zordakı mövqeləri yoxlayıb.

İran və İraq generallarını Bəşər Əsəd də qəbul edib. Əsəd deyib ki, Suriyanın İran və İraqla hərbi əməkdaşlığı xüsusən də terrorla mübarizə dövründə daha da güclənib.

Məsələ ondadır ki, İran, İraq, Suriya və Rusiya hərbi rəsmiləri daha əvvəl də ölkələrdən birində toplanaraq bölgədəki birgə hərbi əməliyyatları koordinasiya ediblər. Ancaq ilk dəfədir ki, hər 3 ölkənin baş qərargah rəisləri Suriyada toplanıb əməliyyat şəraitini müzakirə edir, döyüş xəttinə səfər edir və müvafiq qərarlar qəbul edir.

Toplantının məhz 3 ölkənin iştirakı ilə keçirilməsi təsadüfi deyil. Məlum olduğu kimi, hazırda İranın Suriyada hərbi gücləri var. Digər tərəfdən, İraq ordusu da ötən ilin payızında Suriya hökumətinin icazəsi ilə ara-sıra Suriya ərazisinə keçərək İŞİD mövqelərini vurur. Ötən ay İraq ordusunun (Həşd-Şabi qüvvələri – K.R.) Suriya sərhədinə qüvvə topladığı və sərhədi keçməyə hazırlaşması haqda xəbərlər yayıldı. Hətta sonradan bildirildi ki, "Həşd-Şabi"nin Suriyaya daxil olmasına ABŞ mane olub. O da deyilirdi ki, bu əməliyyatın əsas koordinatoru iranlı general Qasim Süleymanidir. Görünür, əməliyyatın amerikalılar tərəfindən qarşısının alınmasının əsas səbəblərindən biri də məhz bu amil olub.

Ancaq ən çox diqqət çəkən məqam Dəməşqdə keçirdikləri mətbuat konfransında generallar İraq-Suriya sərhədinin yaxın günlərdə açılacağı ilə bağlı xəbərdarlıq etmələri idi. Belə görünür, Dəməşq toplantısının da əsas məqsədi məhz budur: İraq-Suriya sərhədinin açılması.

Çünki İraq-Suriya sərhədinin böyük bir qismi əvvəlcə İŞİD-in, daha sonra isə kürdlərin nəzarətində olub. İndi də əsas magistral xətlər məhz kürdlərin və nisbətən cənuba doğru Tənaf bölgəsində amerikalıların nəzarətindədir. Bu isə yalnız İraqın deyil, həm də İranın Dəməşqə, oradan da Livana və Fələstinə keçən yolunu bağlayır. Digər tərəfdən, amerikalılar son bir aydır kürdlər vasitəsilə İŞİD-in Fəratın şərq sahilindəki sonuncu sığınacağı hesab olunan Bağuz və ətrafını ələ keçriməyə çalışır. Koalisiya aviasiyası kürdlərə Bağuzun alınması üçün ciddi dəstək verir, demək olar ki, hər gün bölgəni aramsız olaraq bombalayırlar. Bombardman o qədər şiddətli və aramsızdır ki, mülki əhalini bölgədən çıxarmaq mümkün olmur. Üstəlik mülki əhalini qalxan kimi istifadə edən terrorçular çoxlu sayda insanın ölümünə səbəb olurlar. Lakin bütün bunlar əməliyyatın davam etməsinə mane olmur. Görünür, bu bölgənin daha tez ələ keçirilib, kürdlərin orda məskunlaşması çox vacibdir.

İran, İraq və Suriya isə kürdlərin cənuba doğru genişlənməsini istəmirlər. Dəməşqdə iclas keçirən generallar vurğunu məhz xarici qüvvələrin Suriyadan çıxarılması və terror təşkilatlarına qarşı mübarizə məsələlərini müzakirə ediblər. Terror təşkilatı "coğrafiyasına" isə kürdlər də daxildir. Belə anlaşılır ki, adı çəilən ölkələr yaxın zamanlarda Suriyanın şərqində aktivləşəcəklər.

Ancaq ən çox diqqət çəkən isə Rusiyanın hərəkəti oldu. Məlum oldu ki, ilk dəfə Rusiya regional müttəfiqlərinin toplantısına qatılmayıb. Baxmayaraq ki, daha əvvəl nisbətən aşağı formatda olan toplantılarda Rusiya MN təmsilçiləri də iştirak edib. Ancaq indi Ptin Dəməşqdə qərargah rəisləri toplantısına nümayəndə göndərməsə də, sabahısı gün özünün ən yüksək hərbi təmsilçisini Əsədin yanına yollayıb.

Hələlik Şoyqunun Əsədlə nəyi danışdığı məlum deyil. Lakin aydın məsələdir ki, Putin yüksək rütbəli nümayəndəsi vasitəsilə Rusiyanın tələblərini Əsədə çatdırıb. Moskva indi Əsədin Suriyanın şimal-şərqində amerikalılarla toqquşmaya girməsini istəmir. Çünki belə bir toqquşma olarsa, istər-istəməz Rusiya da münaqişəyə qatılmalı olacaq. Bu isə indiki vaxtda Moskvaya sərf etmir. Digər tərəfdən, Moskva indi Dəməşqin İranla birlikdə İsraillə qarşıdurmaya getməsini istəmir. İsraillə Rusiya arasında münasibətlər onsuz da ötən ilin sentyabrında Rusiya təyyarəsinin vurulmasından sonra pisləşmişdi. Yalnız bu ayın əvvəlində Netanyahunun Moskva səfərində iki ölkə arasında münasibətlər yenidən qaydaya salınıb. Bu səbəbdən, indi Putin Əsədin yenidən İsraillə qarşıdurma yaradıb Rusiya-İsrail münasibətlərini korlamasını istəmir.

Son məlumatlara görə hazırda Rusiya Suriyanın şimalında Xmeymim hərbi bazasında yeni əməliyyat hazırlıqlarını başladıb, yeni bombardmançılar gətirilib. Ehtimal olunur ki, yaxın günlərdə Rusiya Suriya ordusu ilə birlikdə İdlibdə hərbi əməliyyata başlayacaq. Buna görə də indi Putin Suriyada "başqa mövzulara" vaxt itirmək istəmir. Ancaq istənilən halda yazda Suriyada hərbi əməliyyatların yeni mərhələsinin başlayacağı məlumdur.

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1888   Tarix: 21 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel