Türkiyədə vətəndaş müharibəsi, işğal və... - 2025-ci il üçün hazırlanan PLANIN ŞOK SSENARİSİ

Türkiyədə vətəndaş müharibəsi, işğal və... - 2025-ci il üçün hazırlanan PLANIN ŞOK SSENARİSİTəlim qalmaqalları ilə sərt reaksiyalara səbəb olan NATO-da 2010-cu ildə təşkil edilən bir beynəlxalq təlimdə Türkiyəyə müdaxilənin sınaqdan keçirildiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu haqda Türkiyənin "Yeni Şəfəq" nəşri yazıb.

Xəbərə görə, NATO qərargahında təlim zamanı Türkiyə xəritəsindən istifadə edilərək "vətəndaş müharibəsi və kənardan müdaxilə" ssenarisinin həyata keçirilməsi müzakirə olunub. FETÖ-cülərin təsirli olduğu dövrdə müzakirə edilən ssenarinin 12 fevral MİT böhranı, Oslo prosesi, Gəzi hadisələri, 17-25 dekabr çevriliş cəhdi, xəndək terroru və 15 iyul çevriliş cəhdlərində addım-addım həyata keçirilməsi istənilib.

Təlimdə NATO-nun müdaxiləsi təqlid edilib. Plana görə, "qırmızı ölkə"nin qoşunları NATO-nu dəstəkləyəcəkdi.
FETÖ-cü zabitlərin NATO qərargahlarında aktiv vəzifə aldığı 2010-cu illərin əvvəllərində təşkil edilən təlimlərin ssenarisi "daxili qarışıqlıq yaşayan bir ölkəyə NATO müdaxiləsi" olaraq hazırlanıb.

Ssenaridə coğrafi, mədəni və əhali strukturu baxımından Türkiyəyə bənzəyən "qırmızı ölkə" istifadə olunub. Bu ölkə xəritədə Türkiyə xəritəsi tərs çevrilmiş, şərq-qərb bölgələrinin yeri dəyişdirmiş şəkildə Afrika qitəsinin mərkəzinə yerləşdirilib. Ssenariyə görə, 2025-ci ildə bu ölkədə daxili qarşıdurma baş verir.
Təlimin ssenarisinin şərtlərinə görə, "qırmızı ölkə"yə müdaxilə zamanı ölkənin silahlı qüvvələri NATO-nun müdaxiləsinə qarşı çıxmamalı, ölkədəki qarşıdurmanı bitirmək üçün NATO birliklərini dəvət etməli idi və NATO əsgərlərinə yardım göstərməli idi.

Ssenariyə görə, NATO əməliyyatının müvəffəqiyyətli olması üçün "qırmızı ölkə"nin qonşuları da heç bir halda müdaxilə etməməli idi, əks təqdirdə xalq NATO və xarici ölkə əsgərlərinə qarşı ayağa qalxa bilərdi.

Mvəffəqqiyyətlə keçirilən təlimdə Türkiyə hərbçiləri, o cümlədən NATO-da vəzifəli türk zabitləri (sonradan onların FETÖ üzvü olduğu ortaya çıxıb) iştirak etmişdilər. İddiaya görə, FETÖ bu təlimdən sonra Türkiyə Silahlı Qüvvələrinin komanda heyətini 2020-ci ilə qədər tamamilə ələ keçirməyə hədəfləyirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2225   Tarix: 21 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021