Sabahın havası: yağış, qar, duman
Martın 22-nə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.
Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, gündüz mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 5207 Tarix: 21 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşFinal" çayın dəstəyi ilə tanınmış aparıcı Çində
"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy
24 aprelSabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB
İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı
24 aprelABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"
24 aprel"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb
23 aprelBərdədə qaçırılan 23 yaşlı qız tapılıb
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl
24 aprelAzərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi
"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm
23 aprel