Çeçen qadın İŞİD-ə qoşulmağından danışdı: Əvvəl qorxurdum, sonra xoşuma gəldi...

Çeçen qadın İŞİD-ə qoşulmağından danışdı: Əvvəl qorxurdum, sonra xoşuma gəldi...Çeçen qadın Layla Qazıyeva "İraq-Şam İslam Dövlət" (İŞİD) adlı terrorçu qruplaşmaya necə qoşulmasından danışıb. Başına gələnləri "Reuters"ə açıqlayan Laylanın sözlərinə inansaq, o, təsadüfən gedib onların arasına düşüb.

Sonxeber.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Layla Qazıyeva 17 yaşı olanda Çeçenistandan Fransaya qaçıb. Deyir ki, öz ölkəsindəki zorakılıqlara görə Çeçenistanı tərk etmək məcburiyyətində qalıb. O, 2005-ci ildə həyat yoldaşından boşanıb. Səbəb isə ərinin dinə münasibəti olub. Bundan sonra Layla sosial şəbəkələrdə tanış olduğu daha bir neçə qadınla birlikdə Türkiyəyə səyahətə gedib. Üç uşağını isə Fransada, ərinin yanında qoyub. Ona deyib ki, qısamüddətli ezamiyyətə gedir.

"Türkiyədə olanda yol yoldaşlarım sahil boyunca gəzməyi təklif elədilər. Gəzdirdik, bir də ayıldım ki, Suriya ərazisindəyik. Həmin ərazi də İŞİD-in nəzarətində idi. Mən hara getdiyimizi çox gec başa düşdüm", - çeçen qadın belə deyir.

Bir neçə ay sonra Layla İŞİD-in döyüşçüsü olan bir çeçenə ərə gedib, birlikdə İraqın mosul şəhərinə gəliblər. Orada onun bir oğlu dünyaya gəlib.

Qadının dediyinə görə, əvvəl çox qorxurdu, amma zaman keçdikcə döyüşçülərin arasında yaşamaq onun xoşuna gəlməyə başlayıb. Qazıyeva və ərinə yaşamaq üçün İraqda yaxşı ev veriblər, onları qida və tibbi xidmətlə təmin ediblər: "Sanki Fransadakı kimi yaşayırdım. Dini ayinləri yerinə yetirməyimə də maneə yox idi".
Oğlu dünyaya gələndən az sonra onun ərini öldürüblər. Dul qalan Qazıyeva İraqın şimal hissəsinə - döyüşlərdən daha uzaq yerlərə köçüb. 2017-ci ilin avqustunda İraq ordusu Mosulu terrorçulardan azad edib, onların ölkənin şimalındakı nöqtələrinə hücum etməyə başlayanda bir çox terrorçuların arvadları kimi, Qazıyeva da Türkiyə istiqamətində qaçıb: "Türkiyə sərhədi yaxınlığındakı ərazilərə nəzarət edən kürd döyüşçülər bizə sərhədi keçirəcəklərinə söz vermişdilər. Amma son nəticədə bizi təslim olmağa məcbur edib, İraq hökumətinə verdilər".

Bundan sonra 2000-ə qədər qadın və uşaqla birlikdə Qazıyeva da İraq həbsxanasına düşüb və 2018-ci ildə ona ömürlük həbs cəzası verilib. Nə qadının özü, nə də övladı Fransa vətəndaşı deyil. Ona görə də Çeçenistanda doğulub böyüdüyünü nəzərə alıb, ancaq Rusiyanın köməyinə ümid edə bilər.

"Reuters"in məlumatına görə hazırda İraq həbsxanalarında 1000-dən çox uşaq var, onların 185-i 9-18 yaşı olanlardır. Cəzaçəkmə müəssisələrindəki ağır şəraitə görə son illərdə orada 7 uşaq ölüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1730   Tarix: 23 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nişada bıçaqlı dava düşdü: 4 nəfər yaralanıb

Mişan mərasimində dava düşüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanan 4 nəfər xəstəxanaya yerləşdirilib. Nişan mərasimində yallı zamanı dava düşüb. Nəticədə 4 nəfər bıçaqlanıb. Həmin şəxslər xəstəxanaya aparılıb. Polis hadis

17 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

Rusiyada bankomatı partladıb içindəki pulları apardılar - VİDEO

Rusiyanın Omsk şəhərindəki "Sberbank"ın filiallarından birinin bankomatı partladılıb. Bu barədə RT məlumat yayıb. Hadisə zamanı bankomat partladılsa da, xəsarət alan olmayıb. Faktla bağlı "külli miqdarda oğurluğa cəhd" maddəsi ilə cinayət işi açılıb. Bildirilir ki, bankomatı partlada

17 aprel
.

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib. Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilini

17 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Yeni kəşf edilən planetin bir tərəfi həmişə qaranlıq olaraq qalır

Bu super-dünya bir tərəfi daim qaranlıq tərəfə malik olduğu təsdiqlənən ilk planet kimi qeydə alınıb. Təsəvvür edin ki, qərb yarımkürəsində həmişə gecə, şərq yarımkürəsində isə həmişə gündüz olur və Londonda yaşayan insanlar Günəşi ancaq Tokio kimi bir şəbərə uçub görə bilirlər. xarici mətbuata istinadə

16 aprel
.

Körpə övladını acından öldürən bloqerə hökm oxunub

Rusiyanın Soçi şəhərinin Lazarev Rayon Məhkəməsi tanınmış rusiyalı bloqer Maksim Lyutıya səkkiz il iş kəsib. Qeyd olunub ki, internetdə qida pəhrizini fəal şəkildə təbliğ edən bloqerin 2023-cü ilin fevralında oğlan uşağı dünyaya gəlib. Bloqer heç vaxt körpəni qeydiyyat şöbəsində və ya uşaq klinikasınd

16 aprel
.

4 yaşında ikən qaçırıldı, 52 il sonra ailəsinə qovuşdu

Aura Guerrero Leon 1972-ci ildə Kolumbiyanın Boqota şəhərində 4 yaşında qaçırılan uşaq 52 ildən sonra ailəsinə qovulub. xarici mediaya istinadən xəbər verir ki, 1972-ci ildə itkin düşən ​​ailəsi tərəfindən illərdir axtarılan Aura adlı şəxs ailəsinə qovuçub. Noticias Caracol xəbər agentliyinə danışa

17 aprel
.

"Microsoft" fotoşəkilləri "həddən artıq real" videolara çevirən tətbiq təqdim edib

Microsoft, insanı fotoşəkildən (hətta Mona Lizadan) "danışan baş"a çevirməyə imkan verən VASA-1 süni intellekt platformasını təqdim edib. xəbər verir ki, yeni xidmətin imkanlarını nümayiş etdirən video süni intellekt üzrə ekspert Min Çoi tərəfindən yayımlanıb. VASA-1 səs yazısı əsasında təsvir

18 aprel