Duzla aparılan müalicələr - Dahi Hippokratın üsulu ilə

Duzla aparılan müalicələr - Dahi Hippokratın üsulu iləEl arasında duza pisliklərdən və bəd qüvvələrdən qoruyucu vasitə kimi baxırlar: onu ocağın üstünə atır, çiyin üzərindən keçirir, başa hərləyir və bəzən səfərə çıxanlar özləri ilə duz götürürlər. Evdə bəd nəzər olanda nənələrimiz tavada duz qızdırır və onu otaqlarda gəzdirirdilər. Hətta bəzən duza itirilmiş gücü və astral enerjini bərpa edən qüvvə kimi inanırlar. Lakin adi xörək duzu həm də sağaltmaq və şəfa vermək gücünə malikdir.

Dahi Hippokrat öz praktikasında duz islatmalarından, tanınmış rus cərrahı Hikolay Piroqov, cərrah İ.İ.Şeqlov İkinci Dünya müharibəsi zamanı yaraların müalicəsində duz məhsullarından istifadə etmişdilər. Duz məhlulu ilə islatmalar mikrobları və toksinləri yaradan çıxarır, onu tez təmizləyir və iltihabı azaldır. İngilis duzu (maqnezium sulfat) islatması mastopatiyalara və əziklərin sağalmasına müsbət təsir edir. Xalq təbabətində müxtəlif xəstəliklər zamanı çox təsirli müalicəvi vasitə kimi, həmçinin kəskin və xroniki iltihablar, irinli yaralar zamanı tətbiq olunur.

Duzlu su məhlulunun tətbiq sahələri

Burun axanda və baş ağrıları zamanı gecələr alına və boyun arxasına dairəvi sarğı qoyulması saat yarımdan sonra axmanı dayandırır, səhər tezdən isə başağrısı çəkilir. Soyuqdəymənin ilk əlamətlərində də sarğı tətbiq edilir. İnfeksiya udlağa və bronxlara keçibsə, onda eyni vaxtda 3-4 qat yumşaq, nazik parçadan kip halda sarğı başa və boyuna, eləcə də ikiqat burun dəsmalından ibarət sarğı gecə səhərədək kürəyə qoyulur və 4-5 prosedurdan sonra müalicə öz təsirini göstərir. Öd duruluğunda da qaraciyər nahiyəsinə duzlu suda isladılmış parça qoyulur, 10 saatdan sonra sarğı açılmalı və həmin yerə yarım saat isti isitqac qoyulmalıdır. Bunun nəticəsində öd yolları genişlənir, qatılaşmış öd durularaq sərbəst şəkildə bağırsağa ötürülür.

Duzlu su məhlulundan sarğı kimi istifadə olunsa da, ondan təpitmə kimi tətbiq etmək qadağandır. Duzun suda qatılığı 10 faizdən artıq, 8 faizdən aşağı olmamalıdır. Duzlu sulu məhlulla sarğı zamanı qatılığa ciddi nəzarət edilməlidir. Qatılıq normanı ötəndə sarğı qoyulduğu yerdə toxuma kapilyarlarının dağılmasına səbəb olur. Sarğı materialının seçilməsi də əsas şərtlərdən biridir. Sarğı mütləq məsaməli, bütün maddələr-yağ qalıqları, maz, spirt və yoddan təmizlənmiş olmalıdır. Həmin maddələrin sarğı qoyulan yerə düşməsi yolverilməzdir. Tez yuyulan kətan və ya pambıq parçadan istifadə edilməsi daha yaxşıdır. Onlar olmayanda tənzifdən də istifadə etmək olar. Tənzif tətbiq edilərkən səkkizqat, digər materiallar dördqat qatlanmalıdır. Sarğı zamanı məhlul lazımi istilikdə hazırlanmalıdır, parçanı nə çox quru, nə də çox yaş etmək olmaz. Sarğı üzərinə heç nə qoyulmamalı, leykoplastrla bərkidilməlidir. Qanaxmadan başqa digər ağ ciyər proseslərində xəstəliyin mənbəyini dəqiq biləndə sarğını kürəyə salmaq lazımdır. Sarğı sinəyə tənəffüsü çətinləşdirəcək qədər kip qoyulmamalıdır. Qarına sarğı qoyulması da həmin qaydada aparılmalı, gecə onu açmaq və ya sarğını boşaltmaq olar, səhər açandan sonra parçanı isti suda yaxalamaq lazımdır. Nəm sarğıların kürəyə yaxşı oturması üçün həmin nahiyədəki parça qatları arasına yumşaq mütəkkə qoyulur və sarğıyla birgə bağlanır.

Xörək duzunun su ilə 1 faizli məhlulu xəstə orqandan bütün ziyanlı maddələri çıxarır. Sarğının hava keçirən və məsaməli materialdan olması müalicənin səmərəsini artırır. Duzlu sarğı xəstə orqana və ya qoyulduğu nahiyəyə lokal təsir göstərir. Duzlu su sarğının qoyulduğu yerdən dərialtı laylara tədricən təsir edərək bütün xəstəlik törədən mikrobları, virus və bakteriyaları üzə çıxarır. Sarğı hesabına xəstə orqanizmin toxumalarında mayenin yenilənməsi, patogen faktordan təmizlənmə və patoloji prosesin aradan qaldırılması baş verir. Xörək duzunun sulu, hipertonik məhlulu ilə isladılmış sarğı öz təsirini 7-10 günə, bəzən də bir qədər gec göstərir.

Duzlu su məhlulunun hazırlanma qaydası

Duzlu məhlulu hazırlamaq üçün 1 litr qar və ya yağış suyu, yaxud distillə olunmuş qaynar su götürülür. Həmin suya 90 qram xörək duzu tökülür, yaxşı qarışdırılandan sonra 9 faizli duzlu su məhlulu alınır. Səkkiz qat tənzif həmin duzlu su məhlulu ilə isladılır,1 dəqiqə saxlayandan sonra damcılamamaq üçün yüngülcə sıxılır. Tənzif xəstə nahiyəyə qoyulur, yatmazdan qabaq onun üzərinə qoyun dərisindən parça qoyulur. Ağrıyan nahiyəni pambıq parça və ya tənziflə sarımaq, lakin polietilen maddələrdən istifadə etməmək, səhərə qədər saxlamaq lazımdır. Səhər sarğılar açılır və növbəti gecə təkrarlanır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1934   Tarix: 24 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ana 8 yaşlı oğlunu suda boğmaq istədi

Ukraynın Vinnitsa şəhərində kursant şəhərin mərkəzində anası tərəfindən boğulan uşağı xilas edib. xarici mediaya istinadla xəbər verir ki, Vinnitsa vilayətinin polisindən bildirilib ki, həmin gün oğlunu suda boğmaq istəyən qadın barədə məlumat verilib. Bu, Daxili İşlər Universitetinin 17 yaşlı kursant

19 aprel
.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel
.

Dəhşətli qətl: Gündüz çağı küçənin ortasında... - VİDEO

Türkiyədə ötən gün yaşanan qətl hadisəsini törədən şəxsin anbaan saxlanılma görüntüləri yayılıb. İstanbulun Sarıyer rayonunun Tarabya məhəlləsində baş verən hadisə zamanı əcnəbi vətəndaş 58 yaşlı Yaşar Yanıkyürek adlı sürücünün idarə etdiyi taksiyə minib və aralarında ödənişlə bağlı mübahisə düşüb. Əcnəb

19 aprel
.

"Microsoft" fotoşəkilləri "həddən artıq real" videolara çevirən tətbiq təqdim edib

Microsoft, insanı fotoşəkildən (hətta Mona Lizadan) "danışan baş"a çevirməyə imkan verən VASA-1 süni intellekt platformasını təqdim edib. xəbər verir ki, yeni xidmətin imkanlarını nümayiş etdirən video süni intellekt üzrə ekspert Min Çoi tərəfindən yayımlanıb. VASA-1 səs yazısı əsasında təsvir

18 aprel
.

Kişi arvadını və qayınatasını öldürdü

Türkiyədə ailə qətliamı olub. xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı kişi həyat yoldaşının ailəsinin evinə gedərək mübahisə başladıb. Mübahisə zamanı 35 yaşlı həyat yoldaşı və 63 yaşlı qayınatasını bıçaqlayaraq öldürüb. İkiqat qətl şübhəlisi olan kürəkən, hadisənin ardından polis qruplar

19 aprel
.

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v

18 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO

İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcını

19 aprel