"Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb" — Millət vəkili

"Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb" — Millət vəkili"Əli İnsanovun səsləndirdiyi fikirlər Azərbaycanda sabitliyi pozmağa doğru yönəlik, məkrli planlara xidmət edən bəyanatdır. Ancaq bu insanlar hələ də anlamaq istəmirlər ki, artıq xalq belə pafoslu bəyanatları qəbul etmir. Xalq bu şəxslərin artıq kim olduğunu və hansı məqsədlərə xidmət etdiyini yaxşı bildiyindən, onlara əhəmiyyət vermir".
Bunu "Ölkə.Az"a açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, xalq əslində Əli İnsanovun bu ahıl yaşında ölkə başçısının göstərdiyi humanist addıma görə ona təşəkkür edəcəyini gözləyirdi.
"Ancaq Əli İnsanov xalqı bir xəyal qırıqlığına uğratdı. Xalq bir daha bu insanın cəmiyyət üçün deyil, bir daha öz şəxsi maraqlarını əsas götürərək xalqın adından sui-istifadə halının şahidi oldu",- C.Osmanov qeyd edib.

Deputat əlavə edib ki, ölkə başçısı İlham Əliyev əfv sərəncamı imzalayaraq siyasi düşüncə və əqidəsindən asılı olmayaraq cinayət əməlinə görə həbs edilmiş insanalır əfv etməklə Azərbaycanın dünyada demokratik dəyərlərə sadiqliyini sübut etdi:

"Ölkə başçısı bununla yürütdüyü siyasətlə demokratik dəyərlərə, insan və hüquq azadlıqlarına sadiqliyini, həmçinin bu siyasəti yürüdərkən insanlıq və humanizmi meyar kimi götürdüyünü nümayiş etdirmış oldu. Azərbaycan müstəqil və demokratik ölkə olduğundan siyasətini də müstəqil yürüdür. Ona görə də nə hər hansı ölkə, nə də beynəlxalq təşkilat Azərbaycana təzyiq edib, kimlərinsə azad olunmasına nail ola bilməz. Əgər beləydisə, o zaman Əli İnsanov niyə bu gün əfv olunurdu? Niyə 13 il həbsdə qalırdı? Azərbaycan belə təzyiqlərdən çəkinsəydi, o zaman onu həbs etməzdi. Əgər bu baş verməyibsə deməli, deyilənlər Azərbaycan dövlətinə qarşı atılan iftiradır. Yəni bu insanlar öz ənənlərinə sadiq qalaraq cəmiyyəti çaşdırmaq, görülən və atılan nəcib əməllərə kölgə salmağa çalışırlar.

Bu insanlar atılan nəcib addımlardan, Azərbaycandakı mövcud demokratik dəyərlərdən öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə cəhd edirlər . Əli İnsanov da bu qəbildən olan insanlardan biridir. Lakin o, unudur ki, Azərbaycan xalqı 15 il bundan öncəki xalq deyil. Xalq belə insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb".

Deputat bildirib ki, belə bəyantlarla uzun illər ərzində hakimiyyətlə xalq arasında yaranmış birliyi poza bilməz:

"Artıq xalq kimin kim olduğunu yaxşı bilir. Əli İnsanov kimilər isə belə bəyantlar səsləndirməklə ancaq müəyyən müddət özlərini gündəmdə saxlamağa çalışır. Əslində Əli İnsanov bu fikirləri ilə öz mahiyyəti ortaya qoymuş oldu.

İnsanov onu əfv edən şəxsə deyil, Amerikaya və Azərbaycanı sevməyən qüvvələrə mesaj ünvanladı ki, mən sizin burada sabitliyi pozmaq niyyətlərini həyata keçirməyə hazıram. Xalqın isə belə insanlara layiqli cavabı olacaq və yox deyəcək. Zəhmətlər hesabına qurulan sabitliyi kimsənin pozmaq cəhdlərinə, niyyətlərinə imkan verməyəcək. Onların bu cəhdlərini gözündə qoyacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1783   Tarix: 24 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel