"Əvvəlcə arvadını, sonra isə özünü bıçaqladığını dedi" - Həyat yoldaşını öldürən şəxsin cinayəti

"Əvvəlcə arvadını, sonra isə özünü bıçaqladığını dedi" - Həyat yoldaşını öldürən şəxsin cinayətiQətl törətməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

SonxeberAZ musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə yaralıların aparıldığı xəstəxananın sanitar işçisi Rüstəm Zahidov ifadə verib.

Şahid bildirib ki, xəstəxanaya gətirilən zaman Mahir Qocayev özündə olub və hadisə haqqında qısa məlumat verib: "Mən ondan soruşdum ki, sizə nə olub? Dedi ki, əvvəlcə qızı, sonra da özümü bıçaqlamışam".

Amma Mahir Qocayev xəstəxanaya aparılan zaman şokda olduğunu və nə dediyini xatırlamadığını bildirib. Məhkəmədə yaralıları xəstəxanaya çatdıran maşının sürücüsü də ifadə verib.

Şahid bildirib ki, yol boyu onlar heç nə danışmayıblar: "Məni Mahir Qocayevin bacısı çağırdı, mən də maşınla getdim və onları xəstəxanaya apardım. Hadisənin necə olması haqqında məlumatlı deyiləm".

Mahir Qocayev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib və deyib ki, əvvəlcə arvadı Ülviyyə Allahverdiyeva onu bıçaqla vurub. Qocayev deyib ki, həyat yoldaşının əlindən bıçağı alandan sonra onu vurub.

Hakim xatırladıb ki, ekspertiza rəyində Mahir Qocayevin öz-özünü bıçaqladığı qeyd edilir. Həyat yoldaşını sevdiyini bildirən Qocayev deyib ki, ilk olaraq Ülviyyə Allahverdiyeva onu bıçaqlayıb.

Həbs edilən Qocayevin anası İradə Əliyeva məhkəmədə şahid qismində dindirilib. O, hadisəni digər qızından eşitdiyini bildirib: "Onların bir-birini bıçaqladığını dedi".

Hakim isə şahidə istintaqdakı ifadəsini xatırladıb. Məlum olub ki, İradə Əliyeva istintaqa verdiyi ifadəsində oğlunun əvvəlcə arvadını, sonra isə özünü bıçaqladığını deyib. Bu xatırlatmadan sonra İradə Əliyeva müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi və anası S.Allahverdiyevaya söz verilib. O, heç bir şikayətinin olmadığını deyib. Fikrini isə belə əsaslandırıb ki, qızının qalan övladını düşünür.

Hadisə ötən il oktyabrın 25-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi 63 ünvanında baş verib. 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu keçmiş arvadı, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızını qətlə yetirib. Mahir Qocayev cinayəti törətdikdən sonra intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib.

Hadisənin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etməsi olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1115   Tarix: 24 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021