Azərbaycanda 170 manata ət satılır

Azərbaycanda 170 manata ət satılırAdambaşına düşən ət istehlakına görə Azərbaycan dünya ölkələrindən çox geridədir

Bu gün dünyanın bir çox ölkələrində ətin qiyməti keyfiyyətinə, heyvanın cinsinə və digər amillərə görə tənzimlənir. Avropa Birliyinə üzv dövlətlərdə, həmçinin ABŞ-da da bu təcrübə həyata keçirilir. Təqdim olunan qiymətlər, üzərindəki təsnifat, yağlılıq dərəcəsi, heyvanın cinsinə nəzər yetirməklə həm münasib qiymətə ət seçmək, həm də ətin keyfiyyətli olub-olmamasını müəyyənləşdirmək mümkündür. Həmçinin bir müddət öncə Türkiyədə də ətin qiyməti ilə bağlı yeni siyasət müəyyənləşib.

Maraqlıdır, bu proqram Azərbaycanda tətbiq olunarsa, nə kimi töhfələr verə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-Azərbaycan-a açıqlamasında belə bir proqramın ölkəmizdə tətbiqinin təsirlərindən danışıb: "Elə ət məhsulları var ki, onların qiyməti kifayət qədər yüksəkdir. Bu cür ət məhsulları Cənubi Amerika və Avstraliyadan gətirilir. "Mərmər at" deyilən bir anlayış var. Bu ətin kilosu çox bahadır, bəzi hallarda 100 dollardan da yüksək olur. Bunun da bəlli səbəbləri var. O səbəbdən düşünürəm ki, bütün ət məhsullarının müəyyən kateqoriyalarla təsnifləşdirilməsi müsbət hal kimi qiymətləndirilə bilər".

N.Cəfərli qeyd edib ki, bu siyasətin reallaşdırılması üçün Azərbaycanda infrastruktur yaradılmalıdır: "Bir sıra ölkələrdə ətin qiyməti onun keyfiyyəti, kalorisi, cinsi, yağlılığı və digər amillərdən asılı olaraq dəyişilir. Bu siyasət həmin ölkələrdə uğurla reallaşdırılır. Lakin Azərbaycanda bu siyasətin uğurla reallaşdırılması üçün bir infrastruktur formalaşmayıb. Bunun üçün ilk olaraq potensial istehsalçıların qeydiyyatı aparılmalıdır".

"Azərbaycanda ət bazarında yerli məhsullar üstünlük təşkil etdiyi üçün çox zaman kənd yerlərində fermerlər kəsdikləri əti qapılarında satırlar. İstehsalçıların qeydiyyatı olmadığı üçün biz ölkədə nə qədər ətin istehsal olunması haqda dəqiq rəqəmlərə sahib deyilik . Bundan sonra isə ətlər markalanmalıdır. Növbəti mərhələdə isə prosesin daha asan reallaşması üçün elektron fəaliyyətə keçirilməlidir" – deyə ekspert əlavə edib.

N.Cəfərli hesab edir ki, bu siyasət ölkəmizdə də tətbiq edilərsə, ətin markalaşması prosesi istehsalçıların qeydiyyata alınması ilə paralel həyata keçirilməlidir: "Markalaşma olduqdan sonra ətin təbiiliyi, yağlılığı, heyvanın cinsinə görə qiymət fərqləri yarana bilər. Avropada elə ərzaq dükanları var ki, orada heyvanın yemində heç bir qatqıdan istifadə olunmayan kənd təsərrüfatı məhsulları satılır. Bu məhsullar sırasında ət məhsulları da var və qiymətlər digərləri ilə müqayisədə fərqlidir".

"Azərbaycanda da belə bir praktikanın həyata keçirilməsi ilk olaraq alıcılar üçün daha müsbət addım kimi qiymətləndirilə bilər. Çünki yalnız bu zaman alıcı almaq istədiyi ətin tərkibi haqda məlumatlı olacaq" – deyə o qeyd edib.

Bu gün Azərbaycanda ətin keyfiyyəti və tərkibindən asılı olmayaraq qiyməti 10-14 manat arasında dəyişilir. Ölkədə orta aylıq əmək haqqının 544.1 manat olması isə əhaliyə kifayət qədər ət istehlak etməyə imkan vermir. Məhz bu səbəbdən də Azərbaycanda adambaşına düşən ət istehlakı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. chartsbin.com-un hesabatına görə, ölkəmizdə ət istehlakında adambaşına düşən illik rəqəm 32 kiloqramdır.

İllik olaraq ət istehsalı ilə bağlı rəqəmlərə nəzər saldıqda Azərbaycanın bir sıra ölkələrdən geridə olduğunu görə bilərik. ourworldindata.org-un yayımladığı son hesabata görə, Azərbaycanda 122.370 ton ət istehsal olunub. Rusiyada bu rəqəm 3.77, İranda 2.8, Türkiyədə 1.91, Ukraynada 1.17, Cənubi Afrikada 1.71 milyon ton ət istehsal olunur. ABŞ-da isə bu rəqəm qat-qat yüksək olaraq, 20.39 milyon təşkil edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10859   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel