Əli İnsanov yeni təşkilat yaradır

Əli İnsanov yeni təşkilat yaradırPrezident İlham Əliyevin əfv sərəncamı ilə 14 il sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov təşkilatlanmağa başlayıb.

Əli İnsanova yaxın qaynaqlardan verilən məlumata görə, keçmiş nazir özünə yaxın bildiyi şəxslərə ictimai-siyasi düşərgədə "nəbz yoxlaması" aparmaq barədə tapşırıq verib. Məlumatda bildirilir ki, bu "nəbz yoxlaması"ndan sonra Ə.İnsanova verilən məlumatlara əsasən, keçmiş nazir siyasi fəaliyyətinin istiqamətini müəyyənləşdiriləcək. Keçmiş nazir araşdırmanın yekunlarına uyğun olaraq, ya yeni siyasi partiya, ya da siyasi hərəkat yaratmaq barədə qərar verəcək.

Sonxeber.az "Bakupost"a istinadən xəbər verir ki, keçmiş nazir ilkin olaraq müxalifət daxilində illərdir aktiv fəaliyyət göstərən qərbi azərbaycanlı şəxslərin münasibətini öyrənməyə, yeni siyasi təşkilatlanmaya gedəcəyi halda, onların hansı addım atacağını, onunla birlikdə hərəkət edib-etməyəcəklərini dəqiqləşdirməyə çalışır. Artıq bununla bağlı ilkin araşdırmaya da başlanılıb. Belə ki, müxalifətdəki bir sıra nüfuzlu ictimai-siyasi şəxslərə keçmiş nazirin mesajları çatdırılıb və onlardan geridönüş gözlənilir.

Mənbə bildirir ki, Ə.İnsanov bu məlumatların yekununda ətrafına böyük bir siyasi kütlə - güc toplayacağı halda yeni siyasi partiya yaradacaq. Yetəri qədər dəstək toplaya bilmədiyi qənaətinə gələcəyi təqdirdə isə o, yeni siyasi hərəkat yaradıb, müxalifətə əməkdaşlıq təklif edəcək və zamanla güclənməyə çalışacaq.

Ə.İnsanovun bu barədə yekun qərarını bu ilin iyun ayına qədər verəcəyi və yayın sonuna qədər siyasi fəaliyyət formasını tam müəyyənləşdirmək istədiyi bildirilir.

Qeyd edək ki, artıq siyasi müxalifətdə təmsil olunan və əslən Qərbi Azərbaycandan olan bir sıra ictimai-siyasi xadimlər Əli İnsanova açıq dəstəklərini ifadə ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 10158   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart