Xəzər Universitetindən istefa verən müəllim haqda ŞOK İDDİALARA CAVAB

Xəzər Universitetindən istefa verən müəllim haqda ŞOK İDDİALARA CAVABXəzər Universiteti mənim 160 manatlıq məvaciblə bağlı etirazıma guya cavab verib. Bunu cavab adlandırmaq olmaz, şər-böhtan yağdırıb. Onların açıqlamasında 5-6 nüans var ki, hamısı yalan və iftiradır.

Bu sözləri Axar.az-a Xəzər Universitetindən 1 qrup qarşılığında 160 manat məvacib aldığı səbəbindən istefa verən Mail Yaqub universitetin mövzu ilə əlaqədar yaydığı açıqlamaya cavabında deyib. O qeyd edib ki, deyilən məqamlar həqiqət olsa belə, bu, universitetin əleyhinədir:

"Birincisi, açıqlamada bildirilir ki, mənim işdən çıxmağımın səbəbi gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər etməyimdir. Əgər belə idisə, illərdir niyə məni çıxarmırdınız? Deməli, bunu bilə-bilə məni universitetdə saxlayaraq təhsil ocağına xəyanat etmisiniz. İkincisi, məndən 10 dəfə çox maaş alan müəllimlərin olduğunu iddia ediblər ki, bu da tamamilə ağ yalandır. Çünki dediklərin görə, 1 qrupa ən çox maaş mənə yazırdılar. Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlərinə 1 qrup qarşılığında 110-120 manat pul yazırlar".

M.Yaqub bildirib ki, universitetin "cavab" açıqlamasında daha bir məqam "mənim əxlaqsız hərəkətlərimə görə" kafedradan uzaqlaşdırılmağımdır:

"Orada 2013-2015-ci illərdə kafedra müdiri olmuşam. Kafedra müdirliyindən isə 500 manat maaş yazmaları və Hamlet İsaxanlının ora gətirdiyi iranlı rektorun iclasda məni təhqir etməsi səbəbindən öz istəyimlə istefa verdim. İsaxan İsaxanlı qalmağımla bağlı təkid edirdi. Amma verdikləri məbləğ mənim bir aylıq xərcim deyildi".

Mail Yaqub universitetdə yalnız fəlsəfə dərsinin azərbaycanca tədris olunmasına da fikir bildirib:

"Bildirirlər ki, bircə "Fəlsəfəyə giriş" dərsi Azərbaycan dilində tədris olunur. Qətiyyən belə deyil. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur. 11 ildir "Fəlsəfəyə giriş", "Əxlaq fəlsəfəsi", "Din fəlsəfəsi", "Sosiologiya və müasir Avropa fəlsəfəsi" adlı 5 fənn tədris edirəm. Məndən başqa da Azərbaycan dilində dərs verən kifayət qədər müəllim var. İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Universitetdən yığdığı pullara istirahət mərkəzləri yaradırlar, mənə isə şər-böhtan yağıdırırlar. "Xəzər"də rektor sadəcə sözçüdür, heç kimdir. Universitetin bütün qərarlarını iki şəxs qəbul edir: İsa İsaxanlı və Hamlet İsaxanlı. İstefadan öncə rektorla danışıb vəziyyəti ona izah elədim, məqsədim, sadəcə, məvacibin artırılması idi. Qarşılığında isə fikrimi belə almadan, məndən xəbərsiz başqa müəllim çağırıb fənnimi ona verdilər".

Qeyd edək ki, M.Yaqub Xəzər Universitetində tələbələrdən külli miqdarda təhsil haqqı yığılmasına rəğmən müəllimlərə qəpik-quruş verildiyini bildirərək, bu ali məktəbdən istefa verib. Bunun ardınca isə tələbələrdən yığılan külli miqdarda vəsaitin universitetin nüfuzunun artmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə deyil, təsisçi Hamlet isaxanlının Mərdəkanda dəbdəbəli və bahalı otel inşaasına xərcləndiyini açıqlayıb.

M.Yaqubun son açıqlamasından sonra Xəzər Universiteti Mərdəkandakı dəbdəbəli otelin hansı vəsaitlə tikilməsinə deyil, M.Yaqubun "əxlaqsızlığa görə" işdən deyil, kafedra müdiri vəzifəsindən çıxarılması barədə bəzi media qurumlarına açıqlama verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1121   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021