"Kəramət bütün sutkanı içir, bunda qız oturar?" – MÜSAHİBƏ

"Kəramət bütün sutkanı içir, bunda qız oturar?" – MÜSAHİBƏ"Şərif Ağayar Əlincə Qalasında etibarını itirəndə mənə çoxdan fəxri ad verilmişdi"

"Demişəm Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm... Məni o alçaq öldürdü. Ona nifrət edirəm". Ötən gün bu statusu ilə gündəmə gələn şair Qəşəm Nəcəfzadə, bir neçə saatdan sonra məlum statusunu sildi... Statusunun düzgün anlaşılmadığını deyir şair.
Şair Qəşəm Nəcəfzadə məlum məsələlərlə bağlı News24.az-ın suallarını cavablandırır.

- Dünən sosial şəbəkədə yazdığınız məlum statusun əsas səbəbi nə idi?

- Son on gündür ki, Kəramətə görə təzyiqim qalxıb. İnsanlar evdə hansı problemlərin olduğunu bilmir. Bu səbəbdən məni qınayanlarda oldu ki, niyə oğlu haqqında belə bir şey yazıb. Oğlumu qızışdıranlar var. Kənardan Kəraməti qabağa verib, onun tarixdə qalacağını, dövrümüzün Cəlil Məmmədquluzadəsi, Sabiri olduğunu deyirlər. Onu içki məclislərində öyrədib, hər şeyi yazdırırlar. Hesab edirəm ki, Kəramət nə yazırsa, onların hər birini birtərəfli yazır, deyir. Məsələni araşdırmır. Məsələn, Kəramətin meyxananın kimsəyə lazım olmamasını deməsi düzgün deyil. O, meyxanada olan problemlər barədə - rus sözlərinin işlənməsini, zəif və ya yaxşı meyxana deyənlərin olduğunu deməli idi. İstəməzdim ki, meyxananın hec kəsə lazım olmaması ilə bağlı fikirlərini hörmətli meyxanaçımız Aydın Xırdalanlının dəfn olunduğu gün desin. Bu mənə təsir elədi. Amma yazdığım statusda fikirlərimi təkcə buna görə deməmişdim. Məni o yandırır ki, Kəramət bütün məsələlərdə çox inadkar və cəsarətlidir. Amma bunları səriştəsiz edir. Fikirlərini naşı şəkildə dediyi üçün bu da məndə və bir çoxlarında qıcığa səbəb olur.

- Oğlunuzla aranızda vaxtaşırı belə narazıqlıqlar olur. Ata kimi ona məsləhətlər verirsiniz?

- Ata olanlar məni başa düşməlidir. Kiminsə oğlu onu, arvadını, nəslini söydürsə, kimsə dözməz. Kəramət niyə məni söydürməlidir? Özü də söyənlər küçə adamlarıdır. Hətta bəziləri məni tanıyıb, qəslə söyür. Amma bu oğluma kar eləmir. O mənim sözümə qulaq asmır! İnsan hər şeyini itirərkən sonuncu gülləsi qalanda onu özünə sıxır. Belə olmaz axı. O iş yerini, səhhətini, ailəsini, dostlarını qorumalı idi. Bu gün əksər dostları belə ona qarşı çıxır. Kəramət ikinci ailəsindən də ayrılıb. O, dostlarının yanında məndən çox olur. Onlar onun niyə ailəsindən ayrıldığını bilmirlər? Amma onu məndən qoruyurlar...

- Bəs ikinci ailəsindən nə səbəbə ayrıldı?

- İçki ucbatından! Mənim ata kimi nələr çəkdiyimi heç kəs bilmir. Oğul evləndirmişəm ki, bunları yaşayım? İki nəvəmə də həsrətəm. Yanıb yaxılıram. İnsanlar isə əvəzində mənim oğluma qarşı çıxdığımı deyir. Kəraməti məndən çox istəyirlər? Məni qınayanlar çoxdur. Zəng edib deyirlər ki, sizdən gözləməzdik. Kəraməti mənə tərifləyirlər. Amma yaxşı oğlan insanları təhqir etməməlidir. Mənə zəng edib söyürlər ki, oğluna sahib çıx!

- Məlum statusu niyə sildiniz?

- Yaxşı qarşılanmadığını gördüm. İnsanlar məni baş düşmür. Onların əksəriyyəti çox səviyyəsizdir. Səviyyəlilər isə danışmır.

- Statusunuzda qeyd etmişdiniz ki, "ölsəm tabutuma Kəraməti yaxın qoymayın"

- Həmin vaxt çox kövrəlmişdim. Ölmək istəmirəm!.. Gör, məsələ nə dərəcədə ağır olub ki, ata bu sözləri deyib. Ömrüm boyu əxlaqlı müəllim olmuşam. Üç övlad böyütmüşəm. Hər birini evləndirib, evlə təmin etmişəm. Nəvələrim hər gələndə evimizdə toy-bayram olur. Hazırda yoldaşımla ikimiz qalırıq. Ömrüm boyu siqaret və içki içməmişəm, yeddindən gec evə gəlməmişəm. Artıq 60 yaşım tamam olacaq. Bu cür adam yaşının kamil çağında bu sözləri yazırsa, hər adam fikirləşməlidir ki, mən nələr çəkmişəm. Ondan başqa da övladlarım var. Amma şükür ki, çox fərqlidirlər!
Kəramət heç bir tövsiyyə qulaq asmır. O, tövsiyyəyə qulaq assa, mən niyə status yazıram ki? Kəramət nə mənim, nə anasının, nə də qohumların sözünü eşitmir. Elə başa düşməsinlər ki, bunu əvvəl yazdıqlarma görə deyirəm. Xeyr. Ayrı problemlər var. İçki onun ailəsini dağıtdı. Hətta işini, dostlarını belə əlindən aldı. İnsanları təhqir edib söyüşlər söyür. Mənə də bu barədə deyirlər. Olmaz axı belə. Ya müxalifət, ya da iqtidar ol. Daha ortalıqda niyə quyruq bulayırsan? İnsan öz iş yerini qorumalıdır. Hazırda Bakı Dövlət Universitetində işləyir. Heç onun yazdığı statuslar onun işlədiyi yerə yaraşır?

- Kəramət statusunuzdan xəbərdar oldumu? Sizə zəng eləmədi?

- Yox. Mən onunla bir dəfəlik qurtarmışam. Ayrı vaxtlarda ata balaya, bala ataya cavabdeh deyil. Belə olanda isə tez deyirlər ki, atadır günahkar. Bizim cəmiyyətimiz məsələnin onlara sərf edən tərəfdən yapışırlar. Kəraməti iki ay müalicə elətdirdim. Lazım olan bütün dərmanları aldım. Amma qiymətləndirilmədim.

- Kəramətin eks həyat yoldaşları və övladları ilə münasibətiniz necədir?

- Yaxşıdır. Amma onunla barışmaq istımirlər. Kəramət özü də istəmir. Nəvələrimi mənə göstərirlər, amma uzaqdadırlar. Nəvələrim bizi istəyir. Burada böyüyüblər. getdikləri yer onlara yaddır. Ata heç vaxt səhv eləməz. Ailəsini dağıtmaz. İkinci həyat yoldaşını boşadığı üçün günah Kəramətdədir. Bu adam fasiləsiz, bütün sutkanı içir. Ayıq vaxtı olmur. Bu insanda qız oturar?

– Şərif Ağayarın dünən sizin yazdıqlarından sonra yazdığı "Qəşəm müəllimə deyən olsa ki, Anar fəxri ad alanların siyahısına səni də salıb, səhhəti düzələcək" statusundan xəbərdarsınız?

- Şərif Ağayar Əlincə Qalasında etibarını itirəndə mənə çoxdan fəxri ad verilmişdi. Dövlətimizə, Anar müəllimə də minnətdaram. Bu ayrı şeylərdir. Cinlə şeytanı qarışdırmasınlar! Kəramət yazıçılıqla məşğul olsaydı, o dini əsərlər, romanlar yazsaydı, kitabların çap etdirsəydi, universitetdən çıxmasaydı, içməsəydi, arvadlarını boşamasaydı və min dənə belə status yazsaydı, deyərdim sənə qurban olum. Onun arxasında olacağımı deyərdim. Amma bu adam hər şeyini itirib. Arvadı, evi yox. Verdiyim evidə xaraba qoyub. Gəl bundan sonra sənə yazdıqlarına görə inansınlar. Əlbəttə ki, ona özü kimi içki düşkünləri inanacaq. Bir atanın övladına edəcəyi hər şeyi onun üçün etmişəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1961   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021