Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - Şərh

Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - ŞərhErmənistandakı ağır sosial-iqtisadi durum artıq silahlı qüvvələrə də sirayət etməkdədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, aprel döyüşlərindən sonra bəlkə də ilk dəfədir ki, Ermənistan ordusunda çox ciddi böhranın yaşandığı haqqında məlumatlar yayılır:

"Xüsusilə də Ermənistanda geniş rezonans doğuran hadisə erməni əsgərlərin öz zabitlərinə qarşı qiyam qaldırması ilə bağlıdır. Ermənistanda əsgərlərin öz zabitlərinə etiraz olaraq hərbi hissəni tərk etməsi yerli kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisəyə çevrilib və iş o yerə gəlib çatıb ki, Sarkisyan rejimi zamanı olduğu kimi Ermənistanda yenidən əsgər analarının etirazları başlayıb".

Deputatın sözlərinə görə, diqqətdən yayınmayan digər məqam isə odur ki, qiyama cəhd edən və hərbi hissəni tərk edən əsgərlərin tutulması və onların cəzalandırılaraq Dağlıq Qarabağa cəbhə xəttinə göndərilməsi faktını məhz Ermənistan mətbuatı yayır:

"Fikir verirsinizsə, qiyam qaldıran əsgərlərin cəza yeri məhz Dağlıq Qarabağdır. Bununla da növbəti dəfə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində iştirakı və Ermənistan hərbi qulluqçularının birbaşa Dağlıq Qarabağda hərbi xidmət keçməsi ilə bağlı faktlar Ermənistan mətbuatı tərəfindən dilə gətirilir".

E.Nəsirov hesab edir ki, bu hadisə çox mətləblərdən xəbər verir: "İlk növbədə onu göstərir ki, təkcə erməni əhalisi ac-yalavac deyil, eyni zamanda, Ermənistan silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir və əsgər və zabitlər arasında çox böyük uçurum var, bu gün erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır. Belə bir əsgərdə hansı döyüş ruhu ola bilər? Bu, Ermənistan rəhbərliyi üçün çox ciddi siqnaldır: əgər vəziyyət belə davam edərsə və Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tezliklə konstruktiv mövqe ortaya qoymazsa, istisna deyil ki, çox uzaq olmayan bir perspektivdə, ümumiyyətlə, Ermənistanın ali baş komandanı silahlı qüvvələrsiz qala bilər və yaxud silahlı qüvvələrin olması belə nominal xarakter daşıyar".

Millət vəkili vurğulayıb ki, heç bir döyüş ruhunun olmadığı, əsgərin zabitə heç bir etimad və etibarının olmadığı ordu əslində ordu sayılmaz.

Qeyd edək ki, Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib. Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

Ermənistan KİV-ləri yazır ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsini cəzalandıraraq Dağlıq Qarabağa cəbhə xəttinə göndəriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1767   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

15 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

"Hər iki xalq bu müharibədən yorulub, sülh prosesi əmin-amanlıq gətirəcək" - Ekspert

Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv şəkildə birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvil

15 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə ölkəmizi təbrik edib. "Qafqazinfo" xəbər verir ki, türkiyəli nazir bu barədə Bakıda keçirilə

15 mart