41 ilə sığan sevinc və kədərin hekayəsi

41 ilə sığan sevinc və kədərin hekayəsiXəbər verdiyimiz kimi, Azərbaycanın məşhur meyxana ustadı Aydın Xırdalanlı 41 yaşında ağır sürən qaraciyər serrozundan dünyasını dəyişib.

Onun həyat və yaradıcılıq yolu barədə danışmaq istəyirik.

Sonxeber oxu.az-a istinadən bildirir ki, Aydın Quliyev 1977-ci ildə Abşeronun Xırdalan şəhərində dünyaya gəlib. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb.

Onun sənət yolu 1995-ci ildən başlayır. Aydın 2001-ci ildə ANS telekanalında reytinqləri alt-üst edən "De, gəlsin" yarışmasının qalibi olub.

Aydın Xırdalanlının bu müsabiqədə iştirakı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Aydının sözügedən müsabiqədə səsləndirdiyi "Vətən işğalı", el arasında "Qarabağ" kimi tanınan meyxanası dillər əzbərinə çevrilib.

Bu yarışma Aydın Xırdalanlının karyerasında böyük tramplin rolunu oynayıb.

Alkoqol və narkotikdən asılı vəziyyətə düşən Aydın sağlamlığı ilə bağlı ciddı problemlərlə üzləşib.

2012-ci ilin mart ayında meyxanaçı sərxoş halda idarə etdiyi "Nissan-Murano" markalı avtomobillə Xətai rayonu ərazisində, AMAY Ticarət Mərkəzinin qarşısında qəza törətmişdi.

Meyxanaçı hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılmışdı.

2017-ci ildə meyxanaçının sosial şəbəkədə yayılan şok fotosu isə izləyiciləri kədərə boğub. Köhnə Aydından əsər-əlamət belə qalmamışdı. Həddən artıq arıqlamış və dişləri tökülmüşdü.

Aydın Xırdalanlı yayılmış fotosuna belə bir aydınlıq gətirmişdi.

"İnsanların gözü məni kök görməyə öyrəşib. Həmişə kök görüblər məni, indi bir az arıqlamışam. Kök olanda ürəyim sıxılırdı. Əslində heç köklük də deyildi. Pivə içirdim, şişirdirdi məni. İndi pivə içmirəm, normal vəziyyətə düşürəm.

Dişlərimi düzəltdirirəm. İştaham da yoxdur. Yaxşı yemək yeyə bilmirəm. Əslində o qədər də arıq deyiləm. Qarnım da var. Şükürlər olsun ki, heç bir xəstəliyim də yoxdur. Hər şey qaydasındadır".

2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb.

Aydın müsahibələrinim birində bunları vurğulayıb.

"Gənclərə bir tövsiyəm var ki, nəinki narkotik, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar".

Meyxana ustası Aydın Xırdalanlının yazıb ərsəyə gətirdiyi "Sonra gələrsən yanıma", "Sən məni hər cürə aldatdın", "Əvvəl ki kimi", "Məhəbbətini canımda gizlətmişəm", "Bəndəliyin şərti itaətdir" kimi məşhur meyxanalar onu hər zaman sevənlərinin qəlbində yaşadacaq.

Allah Rəhmət eləsin !


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1849   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021