Biri unitazı dollarla doldurub üstünə.., o biri "Rolex"i çəkiclə əzir... - Oliqarx törəmələrinin qudurğanlıqları

Biri unitazı dollarla doldurub üstünə.., o biri "Rolex"i çəkiclə əzir... - Oliqarx törəmələrinin qudurğanlıqlarıZənginliyi ilə öyünən Rusiya oliqarxının oğlu "təbii ehtiyacını" içərisində 3 000 dolların olduğu əlüzyuyanın çanağına ödəyir. Onun bu səhnənin əks olunduğu çarxı oliqarx törəmələrinin abırsız hoqqaları sırasında sonuncu yeri tutur.
Sonxeber virtualaz.org-a istinadən bildirir ki, bu çarxı "İnstaqram"da naməlum şəxs yerləşdirib. Onun bloqu Sovet İttifaqının dağılmasından sonra başgicəlləndirici dərəcədə varlanmış böyük işbazların ailələrindən çıxan "qızıl gənclərin" hoqqalarına həsr olunub.

Bir hazırcavabın qeyd etdiyi kimi, "bu majorlar nə başla dostluq edirlər, nə də pulla".

Başqa bir postda Mariya adlı cazibədar qız özünü şəxsi təyyarəsinin yanında göstərir. Bu sözlər ona aiddir: "Sizin illik qazancınız hər gün mənim bank hesabıma axır".

Qeyd edək ki, bu gün Rusiyada orta illik maaş 5 500 funt təşkil edir.

Mariya həmçinin idman avtomobilinin sükanı arxasında "yaxalanıb".

Başqa bir rus zəngin "Rolex"ini ləkəli qaba qoyur, çəkiclə əzir və üstünə süd tökür.

Daha bir zəngin varis, Şimali Qafqazdan olan şirin həyat həvəskarı- Londonda, İsveçrədə və İtaliyada lüks yerlərin daimi müştərisi Dubayda VIP-adamlar üçün klubda görünür.

O, idman avtomobilini "Kristal" şampan şərabı ilə yuyur. Həmin şərab 1876-cı ildə xüsusi olaraq rus çarı III Aleksandr üçün yaradılmış resept üzrə hazırlanır və butulkasının qiyməti 150 funtdur.

Oliqarxın oğlu, hansı ki, haqqında yalnız çarın adaşı olduğu məlumdur, belə deyib: "Üç butulka çatmayacaq!"

Onun, həmçinin qarda "Kristal" butulkaları ilə poza aldığı şəkilləri də var.

Kremlin lideri Vladimir Putin gözə kül üfürməyə öyrəşmiş soydaşları barədə narazılığını gizlətməyib. Və gənc sahibkarları inandırmağa çalışıb ki, gəlir özü yalnız o nöqteyi-nəzərdən əhəmiyyətlidir ki, sonrakı inkişafa imkan verir:"Qəbiristanlıqda ən zəngin oğlan olmaq-ən şən hekayət deyil".

"Ümumiyyətlə ən əhəmiyyətlisi, ən əsası, ən vacibi həyatda özünü realizə etməkdir - bu, həyatdan məmnunluq gətirir", -deyə Rusiya lideri bildirib.

Qəzetin oxucuları bütün bunlara maraqlı şərhlər yazıblar.

LilleyBeau: Bu sərvət zəhmətkeşlərin təri və qanı ilə əldə edilib. Buyurun, bu da sizə kommunizm.

Kudugold: Onların əcdadları 1917-ci ildə Rusiyada kommunizm qurdular ki, hamı bərabər olsun. Amma sonradan çarların yerinə bu "yeni ruslar" gəldilər.

JoeAmerican: Bütün bu uşaqlar - ya pozaçılar, ya da sadəcə başqasının puluna kef edənlərdir. "İnstaqram"ın Amerika ulduzları ilə də eyni vəziyyətdir.

Aspen90: Bəsdir onları reklam etdiniz. Onlara elə sizin diqqətiniz lazımdır və siz də, necə deyərlər, onların əlinə oynayırsınız.

MOAR: Milyarderlərin uşaqlarına vəsiyyət etməkdən niyə yan keçdikləri aydındır-onlarda yad sərvətə heç bir hörmət yoxdur.

DrQuad: Hər şeyi, nə lazımdırsa, almaq olar-beyindən başqa. Bu uşaqlarda o yoxdur. Valideynləri onlarla fəxr edə bilərlər: "düzgün dəyərlərlə" özlərinə layiqli əvəz böyüdüblər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1587   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən böyük təyyarəsi yaradılacaq

"WindRunner" yük təyyarəsi yaradıcılarının planlaşdırdığı kimi, dünyanın ən böyük təyyarəsi olacaq. Onun ölçüləri futbol meydançasının ölçüsünü üstələyir. Belə bir təyyarəyə iki kilometr uzunluğunda uçuş-enmə zolağı lazımdır. "WindRunner" nəhəng külək turbinli qanadları ilə bərp

17 mart
.

GMO və yem məhsulları ilə bağlı YENİLİK

Yeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiy

16 mart
.

Torpaq bazarında canlanma gözlənilir - VİDEO

Azərbaycanda torpaq bazarında canlanma gözlənilir. -ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, mövsümlə əlaqədar ölkədə torpaq sahələrinə təlabat yenidən artacaq. Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə əsasən yaz və yay aylarında üstünlük verildiy

24 mart
.

Almaniyada tənha qocalar üçün avtomobil qiymətinə robot "nəvələr" satılır

Almaniya startapı qocalar evləri üçün robot "nəvələr" istehsal etməyə başlayıb. Sınaq məqsədilə belə məhsullardan biri Şvabiyanın Albershauzen şəhərindən olan təqaüdçülərə verilib. Qocalar evinin sakinləri "Emma"ya maşın kimi deyil, nəvələri kimi baxırlar. 70 santimetrlik robotla

17 mart
.

İctimai yerlərdə Wi-Fi-dən istifadə zamanı bunları etməməlisiniz - XƏBƏRDARLIQ

Ekspertlər Wi-Fi olan ictimai yerlərdə gizlənə biləcək təhlükələrdən danışıblar. Bəziləri haqqında heç təsəvvürünüz belə yoxdur. xarici KİV-ə istinadla xəbər verir ki, ictimai Wi-Fi şəbəkələrindən istifadə edərkən, sadəcə internetə baxdığınızdan və ya daha ciddi bir şey etməyə çalışdığınızdan asılı olmayaraq

24 mart
.

Toy gecəsi gəlini ilk dəfə görən bəy özünü kanala atdı - ŞOK SƏBƏB

Çində baş verən bu hadisə görənləri heyrətə saldı. xarici KİV-ə istinadən xəbər verir ki, ailəsinin "tapdığı" qızla evlənməyə hazırlaşan gənc, qızın üzünü görüncə şok keçirib. Çin adət-ənənələrinə görə, toy gününə qədər evlənəcəyi qızın üzünü görməsi qadağa sayılan şəxs qızı görüncə intiha

17 mart
.

Xocavəndin əsrarəngiz Tuğ kəndi: Yeni görüntülər - VİDEO

"İctima TV" Xocavənd rayonunun Tuğ kəndindən görüntülər yayımlayıb. Kadrlarda kəndin dumanlı yolları, evləri və ermənilər tərəfindən dağıdılan infrastrukturu əksini tapıb. Qeyd edək ki, kənd 2020-ci il 9 noyabr tarixində işğaldan azad edilib.( )

17 mart
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24 mart
.

Alimlər əzbərləməyin ən asan yolunu tapdılar

ABŞ-ın Çikaqoda şəhərindəki Şimal-Qərb Universitetinin amerikalı psixoloqları insan yaddaşının həm şüurlu, həm də şüursuz mexanizmlərini tədqiq ediblər. Onlar belə nəticəyə gəliblər ki, ikinci növ daha çox məlumatı yadda saxlamaq üçün vacibdir. Tədqiqat "Proceedings of the National Academy of Sciences"

17 mart