Qarabağa xidmətə göndərilən erməni əsgərinin sonudur?

Qarabağa xidmətə göndərilən erməni əsgərinin sonudur?Xəbər verildiyi kimi Ermənistan ordusunun Mehridə yerləşən polkunda bir neçə gün əvvəl əsgərlər bunt qaldırıb. Bunun səbəbi hərbi hissənin Qasparyan familiyalı zabitinin əsgərlərdən birini təhqir etməsi olub. Yüzlərlə çağırışçı əsgər onun müdafiəsinə qalxıb və hərbi hissəni özbaşına tərk ediblər.

Yolda onları polk komandiri qarşılayıb və dilə tutaraq geri qaytara bilib. Lakin daha sonra bunt qaldıran əsgərləri sıraya düzərək onların arasından 20-yə qədərini seçiblər. Hərbi formalarını cırıblar və avtobusa dolduraraq Qarabağa, təmas xəttinə göndəriblər. Həmin əsgərlərin valideyinləri martın 23-də Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər və Müdafiə Nazirliyinə yollanıblar, müdafiə naziri David Tonoyanla görüş tələb ediblər.

Sonxeber.az "virtualaz.org"a istinadən xəbər verir ki, valideyinlərin müdafiə naziri ilə görüşü baş tutmayıb, orada narazı valideyinlərin bir qrupunu Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan qəbul edib.

Ovanisyan jurnalistlərə bildirib ki, bunt baş vermiş polkun əsgərləri qruplar halında ayrı-ayrı hərbi hissələrə köçürüləcəklər.Çünk belə hərəkətlər birlikdə törədilir və deməli bu cinayətkar sövdələşməni dağıtmaq lazımdır.

Ovanisyanın bildirdiyinə görə, hadisə ilə bağlı polk komandiri və digər yuxarı vəzifəli zabitlər cəzalandırılıblar. Onlar vəzifələrindən azad olunublar. 9 nəfərin barəsində isə istintaq aparılır.

O iddia edib ki, qiyamın səbəbi əsgərlərdən birinin zabitə "öz qaydasını qəbul etdirmək" cəhdi olub. Və başqa əsgərləri də öz tərəfinə cəlb edib. Müdafiə Nazirliyinin foyesində narazı valideyinlərlə Ovanisyan arasında mübahisə yaranıb. Valideyinlər övladlarının Qarabağa göndərilməklə cəzalandırılmasına etiraz edib. Ovanisyan isə deyib ki, əsgərlərin Qarabağa göndərilməsi cəza deyil: "Cəzalandırılıblar nə deməkdir? Bir hərbi hissədən digərinə köçürülmə cəza deyil. Üstəlik onlar təkcə Qarabağa göndərilməyiblər, bütün sərhədyanı hərbi hissələrə paylanıblar. Dördü Berdə, bir neçəsi Sisyana göndərilib".

Lakin əsgərlərin valideyinləri bu cavabla kifayətlənməyiblər. Bildiriblər ki, püşkatma ilə onların övladları Mehridə xidmət etməli olduğu halda Qarabağa göndərilməli deyildi. Ovanisyan bu zaman özünü saxlaya bilməyib və öz sözləri ilə desək "çox pis cavab" verib: "Əgər kimsə düşünürsə ki, Ermənistanın Qarabağa aidiyyatı yoxdur, səhv edir".

O, əlavə edib ki, qaydaları pozanları təkcə Qarabağa yox, Ermənistan ərazisindəki digər hərbi hissələrə də göndəriblər. "Mən özümü təhqir olunmuş sayıram. Sizin dediyinizə görə kimsə Qarabağda xidmətə göndərilirsə deməli onun sonudur?"-Ovanisyan deyib.

Valideyinlərlə Ovanisyan arasındakı mübahisə zamanı Ermənistan ordusu barədə daha bir biabırçı fakt ictimailəşib. Məlum olub ki, hərbi xidmətə göndərilənlər üçün formanı onların valideyinləri alırmış. Və bu zaman imkanı yaxşı olan valideyinlər övladlarına daha yaxşı, keyfiyyətli uniforma alıb göndərirlər. Bunt qalxmış hərbi hissənin zabiti Qasparyan isə belə əsgərlərdən birinin uniformasını cırıb.

-Bəs hansısa Qasparyanın uniformanı cırmaq haqqı vardı?-əsgər analarından biri soruşub.

-Siz həmin uniforma üçün nə qədər pul vermişdiniz?-Ovanisyan ona deyib.

-Bu vacib deyil.

-Xeyr. Bunun prinsipial əhəmiyyəti var! O, belə hərbi forma daşımaq hüququna malik deyil. Hətta mən özüm də belə forma geyinməyi özümə rəva görə bilmərəm, siz ona həmin formanı necə göndərmişdiniz?-Ovanisyan əsəbi halda deyib.

-Nəyə görə ailə hərbi qulluqçular üçün forma, yaxud nəsə başqa şey alıb göndərməlidir?-müxbirlərdən biri mübahisəyə qarışıb. Ovanisyan bildirib ki, ümumiyyətlə valideyinlər belə etməli deyillər: "Mən 21 ildir ordudayam, yaxşı bilirəm ki, adam istəsə valideyinlərinin göndərdiyi hərb formasız da xidmət keçə bilər".

Xatırladaq ki, Ermənistan ordusunda təchizatın bərbad durumda olduğu, əsgərlərə heç it də yeməyən yeməklərin verildiyi, hərbi formalarının köhnə olduğu barədə faktlar bundan əvvəl də məlum idi. O cümlədən baş nazir Nikol Paşinyan demişdi ki, Qarabağda xidmət edən oğlu tez-tez evə zəng vurub yemək istəyir. Çünki hərbi hissədə verilən yeməkləri yemək mümkün deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1695   Tarix: 26 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021