"Qaynanam arxamda dayandı, həmin sürüşkən rolu oynadım" - Əməkdar artist "İtkin gəlin"dəki rolundan DANIŞDI

"Qaynanam arxamda dayandı, həmin sürüşkən rolu oynadım" - Əməkdar artist "İtkin gəlin"dəki rolundan DANIŞDIAkademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Hicran Nəsirova "İtkin gəlin" serialında oynadığı Dünya obrazının tarixçəsindən danışıb.

Sonxeber.az ölkə.az-a istinadən bildirir ki, "Şou ATV" verilişinin qonağı olan aktrisa bildirib ki, obraz ona həvalə edilərkən əvvəlcə etiraz edib:

"Heç vaxt ağlıma gəlməzdi ki, "İtkin gəlin"də Dünya obrazını oynayaram. Amma içimdə həmişə oxumaq, müğənni olmaq istəyi olub. Evdə oxuyurdum, səsimi atırdım başıma. Amma adam yanında oxumağa utanırdım. İllər keçdi, təsadüf nəticəsində aktyor sənətinə gəldim. İnstituta daxil olanda yüksək bal toplamışdım. Rektorumuz Rahib müəllim xəbər göndərdi ki, rejissor kursunda adam azdır, bəlkə ora keçsin? Bilirsiz, kimsəsizlik adamı sıxır. Yuxarı kursun uşaqları mənə dedilər ki, cəmi üç nəfər qəbul olur, səni sıxışdıracaqlar. O qorxudan rejissorluğa getmədim. Eləcə də dram kino aktyorluğunu oxudum və bitirdim. 1983-cü ildə "Evləri köndələn yar"a, 1993-də "İtkin gəlin"ə çəkildim. On ildən bir uğurlu rolum olur. Günlərin birində Lütfi Məmmədbəyov məni çağırdı, pyesi atdı qarşıma, dedi ki, apar oxu. Soruşdum ki, pyesdə nəyə fikir verim? Dedi ki, sən oxu, sabah deyəcəyəm. Səhəri gün gəldim ki, mən romanı oxumuşam, burada nəyi oynayacağam? Dedi ki, Dünyanı oynayacaqsan. Mən də içimdə özümü Əfsanəyə daha yaxın bilirdim. Dedim ki, mən hara, Dünya hara? Özüm də ailəli adamam. Dedi ki, oynayacaqsan. Yolda əsərin müəllifi Əlibala Hacızadəylə rastlaşdıq, Lütfi müəllim dedi ki, Dünyanı bu qız oynayacaq. Əlibala müəllim dedi ki, bu qara qız oynayacaq? O da Dünyanı əsərdə başqa cür yazıb. Lütfi müəllim dedi ki, sən onu rolda görərsən. Evə gəldim, rəhmətlik qaynanama dedim ki, Dünya rolunu veriblər, bəs mən bunu necə oynayım? Soruşdu ki, oynaya bilərsən, ya yox? Dedim, oynamağa canını da alaram e, amma çəkinirəm. Yoldaşımdan, qaynımdan çəkinirdim. Rol bir az sürüşkən idi. Dedi ki, oynaya biləcəksənsə, get oyna, arxanda dayanmışam. Ürəkləndim və həmin rolu oynadım. Qaynanam özü sənətşünas idi".

Qeyd edək ki, Lütfi Məmmədbəyovun quruluş verdiyi "İtkin gəlin" Azərbaycanın ilk serialı hesab edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2780   Tarix: 30 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral