Aprel döyüşlərində Azərbaycan ordusunda fərari olmayıb - Polkovnik Ramaldanov

Aprel döyüşlərində Azərbaycan ordusunda fərari olmayıb - Polkovnik Ramaldanov"2016-cı ilin aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü sübut etdi. Baş verən döyüşlər Ermənistanın qələbə mifini qırdı".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə aprel döyüşlərindən danışarkən deyib. Deputat qeyd edib ki, aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilər Azərbaycanın müharibəyə tam hazır olduğunu və böyük qələbələr qazanacağından xəbər verir:

"Ermənistan Azərbaycan qüvvələri üzərində qələbə qazandığını və Azərbaycanın heç bir zaman ona təzyiq göstərə bilməyəcəyini zənn edirdi. Döyüşlər birinci olaraq Ermənistanın qələbə mifini dağıtdı, ikincisi, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələrindən qüdrətli olduğunu və Azərbaycanın işğalda olan ərazilərin azad edilməsində daha qətiyyətli olduğunu göstərdi.

Həmçinin, hadisə Azərbaycan və Ermənistan cəmiyyətində tam fərqli əks səda verdi. Bu, Azərbaycanda dövlətçiliyimizin təntənəsi, əsgərimizin gücünü, qətiyyətini göstərirdisə, Ermənistanda isə özlərinin yaratdıqları Ermənistan mifini darmadağın etdi. Ermənistan cəmiyyəti dövlətinin zəifliyini, Silahlı Qüvvələrinin bərbad vəziyyətdə olduğunu , komandirlərin səriştəsizliyini, dövlət vəsaitlərinin mənimsədildiyinin fərqində oldu. Eyni zamanda Ermənistan vətəndaşları hiss etdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün apardıqları mübarizə öz nəticəsini verir. Aprel döyüşləri 2 min hektar ərazinin işğaldan azad edilməsi, həm də strateji yüksəkliyin götürülməsi ilə nəticələndi. Bu isə Azərbaycanın qüdrətini, gələcəkdə danışıqlar nəticə verməsə, 3 il əvvəlkindən də böyük qələbələr qazanacağı qüdrətində olduğunu göstərir. Qeyd edim ki, beynəlxalq aləmdə də bizim mövqeyimiz dəstəkləndi, Ermənistan təkləndi.

Azərbaycan vətəndaşında dövlətinə bağlılıq daha da artdı. Qələbələrimiz xalq-hakimiyyət, xalq- ordu birliyimizin nəticəsində mümkün oldu. Eyni zamanda bu müddət ərzində də biz ordumuzun güclənməsi üçün addımlar atdıq. Ötən ilin may ayında Naxçıvanda Günnüt kəndinin və ətrafındakı 11 min hektar ərazinin işğaldan azad edilməsi Aprel döyüşlərinin əks sədası kimi qiymətləndirmək olar. Bu gün biz aprel hadisələrinin ildönümünü böyük ruh yüksəkliyi, ordumuza sevgi ilə qeyd edirik.

Ermənistan üçün vaxtaşırı xəbərdarlıqlar edilir. Əgər danışıqlar baş tutmursa, Ermənistan təxribatlara əl atacaqsa öz cavabını alacaq. Son baş tutan danışıqlarda isə Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş müzakirələr aparıldı. Ermənistanın yeni rəhbərliyi Azərbaycan tərəfinin mövqeyindən nəticə çıxarmalıdır. Azərbaycanın bu məsələnin həlli üçün kifayət qədər imkanları, resursları var. Qonşu dövlətlər yalnız siyasi arenada Azərbaycanın mövqeyini dəstəkləməklə kömək edə bilər".

Ehtiyatda olan polkovnik Şair Ramaldanov şanlı Aprel döyüşlərinin əhəmiyyətindən söz açaraq həmin döyüşləri Azərbaycan ordusunun böyük qüvvəyə qadir olduğunun sübutu kimi qiymətləndirib:

"Bilirsiniz ki, birinci Qarabağ müharibəsindən sonra uzun müddət atəşkəs dövrü idi. Bu dövr ərzində Azərbaycan Silahlı Qüvvələri formalaşır, təlimlər keçirilir, döyüş hazırlığı təkmilləşdirilirdi. Bütün bu hazırlıqların nəticəsini ancaq döyüş göstərə bilər ki, ordu və əsgər nə qədər hazırlıqlıdır. Aprel döyüşləri də bildiyiniz kimi ermənilərin həmin ərazilərdə atəşkəsi pozmasına cavab idi. Bildiyimiz kimi, düşmən atəşi ilə yaşayış məntəqələrini təhlükə altında qalması, evlərin dağılması, dinc sakinlər arasında itkilərin olması döyüşlərə təkan verdi. Baxmayaraq ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edirdi, ancaq onlar buna məhəl qoymurdu. Ona görə də Azərbaycan Silahlı Qüvvələri təmas xəttində olan bölmələr tapşırıq aldılar ki, atəş açılan mövqeləri ələ keçirmək və üstünlüyü ələ almaq lazımdır. Bu tapşırığı da Silahlı Qüvvələrimiz qısa zamanda yerinə yetirərək, Talış kəndii istiqamətində və Horadiz istiqamətində Lələtəpə yüksəkliyini azad etdi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sübut etdi ki, qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırdır. 20 ildən yuxarı qurulan müdafiə xəttini yarmağa malikdirlər. Bizim Azərbaycan əsgəri bir daha göstərdi ki, vətəndən əziz heç nə yoxdur".

Polkovnik qeyd edib ki, aprel döyüşlərində Azərbaycan tərəfdən bir nəfər də olsun fərari olmayıb:

"Bunu ona görə deyirəm ki, Birinci Qarabağ müharibəsi zamanı bu məsələ çox ciddi şəkildə Azərbaycanın qarşısında durmuşdu. Ona görə əsgərlərimiz sanki bir sınaqdan keçdilər və göstərdilər ki, yüksək döyüş hazırlıqlarına malikdirlər.

Digər tərəfdən cəmiyyət sınaqdan keçdi. Müharibəni ordu ilə bərabər həm də xalq aparır. Xalq vətən üçün öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək dəstək oldular. Artıq müharibəyə hazır olduqlarını sübut etdilər. Mən deyərdim ki, bizim gənclər sınaqdan keçdi. Çünki gənclərin böyük əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra doğulan yeni nəsil idi. Onlar müharibə görməmişdi, lakin sübut etdilər ki, döyüş hazırlıqları yüksək səviyyədədir. Hətta təmas xəttindən kənarda olan gənclərin də daxildə olan vətənpərvərlik alovu onları əllərində bayraqlarla küçələrə çıxaraq əsgərlərimizə və ordumuza dəstək formasında özünü göstərdi. Düşünürəm ki, Azərbaycan dövləti, xalqı, ordusu öz vəzifəsini yerinə yetirməyə hazır olmasına aprel döyüşləri ən bariz nümunə idi".

Polkovnik tərəflərin sonuncu Vyana görüşünə münasibət bildirərək qeyd edib ki, müharibə hər an aktiv fazaya keçə bilər:

"Əgər müharibə olarsa bu artıq aprel döyüşü yox, irimiqyaslı əməliyyat olacaq. Bunu hər an gözləmək olar. Bu haqda Azərbaycan Respublikası Prezidenti öz sözünü deyib. Bizə seçim qoymasalar, məcbur olsaq nəyin bahasına olursa olsun öz torpaqlarımızı almağa qadirik. Bu, birbaşa Silahlı Qüvvələrimizə olan tapşırıqdır və buna əsasən də vəzifələrini yerinə yetirirlər. Ona görə də müharibə hər an aktiv fazaya keçə bilər. Düşünürəm ki, əgər Ermənistan konstruktiv mövqe istiqamətində irəliləyiş göstərməsə, məqam yetişəndə biz bu əmri alacağıq".

Ş.Ramaldanov bildirib ki, müharibə olacağı təqdirdə Türkiyə, Pakistan kimi qonşu dövlətlər həmişə Azərbaycana dəstəkdir:

"Ümumiyyətlə, Türkiyə və Pakistan ən yaxın və açıq dəstək bildirən dövlətlərdir. Xüsusilə Türkiyə Birinci Qarabağ müharibəsində bizimlə olub, həm Silahlı Qüvvələrin formalaşmasında yaxından iştirak edib və edir. Bizim birgə layihələrimiz və təlimlərimiz var. Biz birgə fəaliyyət göstəririk. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Biz bir millət iki dövlətik". Biz də bu prinsipə həmişə sadiqiq. Azərbaycan və Türkiyə ordularının fəaliyyəti buna sübutdur. Hazırda Pakistan da buna aktiv münasibət göstərir. Lakin düşünürəm ki, hazırda nə Türkiyə, nə də Pakistanın sırf real formada hərbi yardımına bizim ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri olduğu güc və imkanları ilə qarşıdan qoyulan tapşırığı yerinə yetirməyə qadirdir. Sadəcə, beynəlxalq hüquq normalarını, öhdəlikəri müəyyən şəkildə gözləməliyik. Məqam yarananda biz öz sözümüzü deyəcəyik. Türkiyə və Pakistan sadəcə siyasi arenada müəyyən şəkildə Azərbaycan sözünü deyən, dəstəkləyən dövlətlərdir. Ona görə də biz beynəlxalq arenada digər təsirlərə bu faktorlardan faydalanaraq cavab verəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1892   Tarix: 02 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021