İran "sərhədlərini bağlayır": Azərbaycanda kartof bahalaşacaqmı?

İran "sərhədlərini bağlayır": Azərbaycanda kartof bahalaşacaqmı?İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq.

Azərbaycan xüsusən yaz aylarında kənd təsərrüfatı məhsullarına tələbatını bu ölkə vasitəsilə ödədiyindən bazarlarda nə baş verəcək? Soğanın kilosu 1.50-ni keçəndən sonra növbəti bahalaşma kartofda gözlənilirmi?

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, artıq kartofun qıt dövrü olduğundan bahalaşmağa başlayıb.

Qış mövsümündə Bakıda kartof 70 qəpik-1 manat arasında dəyişirdi. Hazırda qiymət 1-1.30 manat civarındadır. İl ərzində İrandan Azərbaycana 50 min ton kartof idxal olunur. Lakin bu ölkə ilk növbədə daxili bazarını qorumağa çalışır, çünki daşqın və sel bu ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin fikrincə, İran kartofa olan tələbatın ödənilməsində il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

"İlkin yaz dövründə İranın belə bir qərar verməsi qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq Azərbaycanda faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq.

Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzində İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi".

Onun sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini yalnız payız-qış mövsümündə hiss edəcək.

"İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik.

Ola bilsin ki, ilin sonuna doğru, əsasən, payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın", - deyən N.Nəsirli vurğulayıb ki, İranın aidiyyəti qurumları bu il onlarda da iqlim amillərinin kifayət qədər əlverişsiz olduğunu açıqlayıblar.

Bu isə məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə, təbii ki, daxili bazarı qorumağa çalışırlar.

Ekspert hesab edir ki, son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır.

Bu embarqoya səbəb olan ən ciddi amil İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2543   Tarix: 03 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021