Məşhur alimdən VACİB SÖZLƏR: "Əslində bütün xəstəliklər..."

Məşhur alimdən VACİB SÖZLƏR: "Əslində bütün xəstəliklər..."Rusiyanın tanınmış professoru İvan Neumıvakin dəri xəstəliklərinin müalicəsində hidrogen peroksidin ciddi rolu olduğunu qeyd edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İ.Neumıvakin dərmanlar və ağır xəstəliklər barədə bütün stereotipləri sındıraraq sağlam həyat tərzi haqqında öz üsullarını təklif edir. Bu da təəccüblü deyil, çünki istedadlı həkim, tibb elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifidir.

Oxucuları mərhum professorun dəri xəstəliklərinin müalicəsi üçün hazırladığı unikal üsul ilə tanış edirik.

İvan Neumıvakin məruzələrindən birində bildirib ki, dəri xəstəlikləri limfaların çirklənməsi ilə bağlıdır:

"Dəri insanın ən böyük orqanıdır. Dəridə daxili orqanlarla birbaşa əlaqəsi olan bioloji aktiv nöqtələr var. Bədənin bütün kanalizasiya sistemi, daha doğrusu bütün tullantı maddələrin axdığı limfalar dərinin altında yerləşir.

Əgər limfalar çirklənibsə, bu, dərhal dəriyə təsir edir və bioloji cəhətdən aktiv nöqtələrin daxili orqanlarla əlaqəsi azalır. Nəticə etibarı ilə bu da tənəffüs sisteminin, mədə, mədəaltı vəzinin işinin pozulmasına gətirib çıxarır. Maddələr mübadiləsi normal bir vəziyyətə düşməyənə qədər, dəri xəstəliklərini heç bir vasitə ilə sağaltmaq mümkün olmayacaq".

Bir çox dəri xəstəliyinə qarşı mübarizədə İvan Pavloviç Neumıvakin hidrogen peroksid istifadəsini təklif edir. Bir çox tədqiqatlarında professor sübut edib ki, hidrogen peroksid orqanizmin bütün həyati proseslərini bərpa edir, həm də bir çox xəstəlikləri, xüsusilə sədəf xəstəliyini sağaldır.

Sübut olunmuş nəzəriyyəyə əsasən, psoriazın inkişafı bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Odur ki, xəstəliyin müalicəsi üçün hidrogen peroksidin istifadəsi ilə hərtərəfli təmizlənmə aparmaq lazımdır. Görkəmli alim hidrogen peroksidin müəyyən müddətlərdə, hər gün 3 dozada tətbiq edilməsini tövsiyə edir.

1. Hidrogen peroksid qəbuluna minimal dozadan başlaya bilərsiniz, bir damcı 3 % peroksidi 2 xörək qaşığı suda həll edib için.

2. Bu, başlanğıc dozadır. Getdikcə preparatın miqdarını bir damcı artırmaq lazımdır. Yəni ikinci gün iki damcı peroksidi 2 xörək qaşığı su ilə qarışdırıb gündə üç dəfə için.

3. Hidrogen peroksidin dozasını 10 damcı (hər dəfə iki qaşıq su ilə qarışdırmaq şərti ilə) olana qədər artırmaq lazımdır. Bu da o deməkdir ki, müalicənin 10-cu günü gündə 30 damcı peroksid qəbul etmək lazımdır. Bu, preparat qəbulunun maksimal həddidir.

4. On günlük hidrogen peroksid qəbulundan sonra müalicəyə bir həftəlik fasilə vermək lazımdır. Növbəti həftədə yenidən 10 damcı peroksid qəbul etməyə başlayın. Müalicənin effektivliyini artırmaq üçün eyni zamanda C vitamini qəbul etmək məsləhət görülür.

Hidrogen peroksidin bədənə fərdi dözümsüzlük istisna olmaqla, istifadəsinin heç bir əks göstərişi olmadığına diqqət edin. Dərmanı ehtiyatla istifadə edin, gözlərə təmasından qaçın, çünki peroksid onu yandıra bilər. İstifadədən əvvəl də, həkiminizlə məsləhətləşin.

Həkim iddia edirdi ki, dəri xəstəliklərindən qurtarmaq istəyirsinizsə, sabun və şampun istifadə etməməlisiniz. Yalnız 72 % sabun istisnadır. Alimin sözlərinə görə, sabun istifadə edərkən biz dərinin qoruyucu təbəqəsini təmizləyirik və bu zaman müxtəlif sabunların tərkibinə daxil olan aromatizasiyalar və zərərli kimyəvi maddələr dəri üzərindəki limfaya daxil olaraq onu zəhərləndirir.

Professor 72 faiz sabun və ya təbii sabunlardan istifadə etməyi məsləhət görür. Səhər və ya axşamları müntəzəm olaraq kontrast duş qəbul etməklə iki ay ərzində dərini sağlam və gözəl vəziyyətə qaytarmaq olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2629   Tarix: 06 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021