Problemli kreditlərlə bağlı adını siyahıda görməyənlərin NƏZƏRİNƏ: aprelin 15-dək...

Problemli kreditlərlə bağlı adını siyahıda görməyənlərin NƏZƏRİNƏ: aprelin 15-dək...Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu "əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq" kimi cavablandırılır.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bunun səbəbi və nə zaman dəqiqləşdirmənin başa çatacağını açıqlayıb.

Ekpert bildirib ki, bu cavab heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir:

"Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar. Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdə sonra kompensasiya məbləğlərini hesablaya bilər. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən bütün siyahılar sənəd təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2228   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

SOCAR-dan yeni plan

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) ərazisində ilkin neft emalı qurğusu tikməyi planlaşdırır. Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. Onun sözlərinə görə, BNEZ-in modernləşdirilməs

8 aprel 2019

Bəzi tərəvəz məhsullarının qiymətində baş verən artımla bağlı RƏSMİ

İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri son günlər bəzi tərəvəz məhsullarının qiymətində baş verən artımla bağlı birgə məlumat yayıb. bildirir ki, "Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. Bununla əlaqədar, Azərbaycan Respublikas

8 aprel 2019

Soğan ucuzlaşdı, pomidor bahalaşdı - bu ölkədə

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb. Sonxeber Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib. S.Herəndinin sözlərinə görə, əvəzində pomidor

8 aprel 2019

SOCAR Rusiyada neft yataqları alıb? - AÇIQLAMA

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya ərazisindəki Antipino neft emalı zavodunun və yataqların satın alınması barədə investisiya qərarı yoxdur. Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib. O bildirib ki, SOCA

6 aprel 2019

Ticarət və xidmət sektoruna kredit qoyuluşu artdı

Mərkəzi Bankın "Kredit qoyuluşlarının sahələr üzrə struktur hesabatı"na görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb. hesabata istinadən xəbər verir ki, martın 1-nə olan məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu 2 272,8 mln manat olub. Bu fevralın 1-nə olan göstəric

6 aprel 2019

Soğan və kələmin kilosu 2 dollar olacaq

Azərbaycandan soğan və kələmin ixracına gömrük rüsumu tətbiq edilib. -ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklə

6 aprel 2019

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 71,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,72 dollar/barel çoxdur. Bu barədə -a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanınd

6 aprel 2019

Gələn həftə üçün məzənnə AÇIQLANDI

Aprelin 8-ə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, gələn həftə rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,700 manat səviyyəsində müəyyən olunub

5 aprel 2019

Nazirdən soğanla bağlı AÇIQLAMA

Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib. Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artmas

5 aprel 2019