Dövlətin mədəniyyətə artan qayğısı - İSLAHATLARIN 1 İLİ - VİDEO

Dövlətin mədəniyyətə artan qayğısı - İSLAHATLARIN 1 İLİ - VİDEOİlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən ötən 1 il ərzində bütün sahələrlə yanaşı, mədəniyyət sahəsində də bir sıra islahatlar həyata keçirilib, cümlədən fərman və sərəncamlar imzalanıb.

"Report" xatırladır ki, dövlət başçısının 2018-ci il aprelin 20-də imzaladığı "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Prezident həmin il iyunun 6-da isə "Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb, həmçinin yeni nazirliyin strukturunu təsdiqləyib. Dövlət başçısı bu il yanvarın 15-də "Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" və "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" fərman, o cümlədən bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb.

Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda ənənəvi "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı, Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilib. Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi, eləcə də Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən ənənəvi Bakı Beynəlxalq Caz festivalı təşkil olunub.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdikləri görüş isə uzun müddət yaddaşlarda qalacaq. Həmin görüşdə mədəniyyət sahəsilə bağlı geniş fikir mübadiləsi aparılıdı və bundan sonra görüləcək işlər haqqında danışıldı. Görüşdə Xalq yazıçısı Anar, Xalq artisti Afaq Bəşirıqızı, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Xalq artisti Mehriban Zəki, Əməkdar artistlər Tahir İmanov, Bəhram Bağırzadə və başqaları fikir mübadiləsi çərçivəsində narahatedici məqamları çatdırdılar, təkliflərini irəli sürdülər. Dövlət başçısı isə onları dinlədi, fikir mübadiləsi apardı və görüşdən dərhal sonra orada qaldırılan məsələlər həllini tapmağa başladı.
Dövlətin mədəniyyətə artan qayğısı - İSLAHATLARIN 1 İLİ - VİDEOGörüşlə bağlı təşkilati işləri görən şəxslərin dəvətlilər siyahısına salmadığı Xalq artist Rasim Balayevə isə dövlət başçısı telefonla zəng vurdu.

Növbəti günlərdə Prezident İlham Əliyev "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında", "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında", "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzaladı. Bu isə təbii ki, mədəniyyət və incəsənət xadimləri tərəfindən alqışla qarşılandı.

Son bir ilin islahatları çərçivəsində mədəniyyət sahəsində baş verən yeniliklərlə bağlı "Report" Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, xalq artisti Arif Babayev və xalq artisti Səkinə İsmayılovanın fikirlərini öyrənib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 865   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021