"Bizdə aparıcıları az qala küçədən tutub efirə gətirirlər"

"Bizdə aparıcıları az qala küçədən tutub efirə gətirirlər"Televiziya kanallarımızda yayımlanan verilişlər çox vaxt izləyicilərin qınağına səbəb olur, tez-tez lağ obyektinə çevrilirlər. Proqramlarda formatın düzgün seçilməməsi, efirə çıxan qonaqların mənasız və şit zarafatları, şou verilişlərdə baş alıb gedən bayağılıq birbaşa cəmiyyətin mənəviyyatına zərbə vurur.

İzləyici şou verilişlərə əylənmək məqsədilə baxır. Lakin bəzi aparıcılarının ədəbsiz danışığı, qoyulan mövzuların primitivliyi tamaşaçını efirdən "küsdürür", əsəbiləşdirir.

Efirlərimizdə baş verən neqativ halları aradan qaldırmaq məqsədilə Milli Televiziya və Radio Şurası (MTRŞ) xəbərdarlıq və cərimələr tədbiq edir. Bütün bunlara rəğmən, bəzi telekanallar bu kimi məqamlarla bağlı ölçü götürməkdən boyun qaçırır və bayağılığın həcmini daha da çoxaldır.

"Space" TV-nin canlı efirində müğənni Rüfət Axundovun etikadan kənar ifadələr işlətməsi isə kasanı daşırdı. Nəticədə, Milli Televiziya və Radio Şurası (MTRŞ) TV-ni 5000 manat cərimələdi, Tv rəhbərliyi iki nəfəri işdən çıxardı. R. Axundova isə efir qadağası tətbiq edildi.

Bu kimi xoşagəlməz məqamlarla üzləşməmək üçün kanallarda Bədii Şuranın yaradılması və nəzarətin gücləndirilməsi isə artıq zərurətə çevrilib.

Gündəmi zəbt edən məsələ və ondan irəli gələn problemlərin həlli yolu ilə bağlı Oxu.Az-ın əməkdaşı Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşova və teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmliyə müraciət etdik.

T.Dadaşov deyib ki, təkcə "Space" TV deyil, bütün televiziya kanallarımız bərbad vəziyyətdədir: "Təkcə "Space" TV və tək o müğənni deyil ki... Ümumiyyətlə, televiziyalarımız bərbad vəziyyətdədir. Müəyyən yüksək intellektə malik ifaçılarımız var.

Yerdə qalan müğənnilərin geyim-kecimi, davranışları son dərəcə aşağı səviyyədədir. Hesab edirəm ki, bütün bunlarla bağlı ciddi addımlar atılmalıdır. İllərdir bu məsələlərin qarşısının alınmaması, yəni cəzasızlıq hər şeyi bu həddə çatdırıb.

Müğənnilər millətin əxlaqını və səviyyəsini pozmaqla məşğuldur. Cəmiyyətin üz qaralarıdır, düşüblər ortalığa. Bədənlərini, olmayan səslərini nümayiş etdirirlər. Səsləri yoxdur, fonoqramla mahnılar ifa edirlər. Bütün bunlara qarşı bir cəza metodu olmalıdır".

Qurum rəsmisi "TV-lərimizdə senzura olmalıdırmı" sualına isə belə cavab verib:

"Kanallarımızda Bədii Şuraya ehtiyac var. Televiziyaların sayı çoxalır və onların nəzarət mexanizmi olmalıdır. Xüsusən oradakı bədii parçalara və səhnəciklərə, eləcə də, mahnılara nəzarət edilməlidir.

Hər televiziyanın öz Bədii Şurası olsa, daha yaxşı olar. MTRŞ gərək bu işlərlə məşğul olsun. İndi bunlara yetərincə nəzarət yoxdur. Kim necə istəyirsə, işləyir, o cür qurur öz işini. Nəticə etibarilə ortalığa yüzlərlə səhv çıxır".

Əməkdar jurnalist Qulu Məhərrəmli baş vermiş hadisədə birbaşa telekanalları günahlandıraraq, onların fəaliyyətini pisləyib:

"Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün Azərbaycan cəmiyyəti orta və aşağı səviyyəli şou əhlinin təsiri altındadır. Bu, xüsusilə gənclərin davranışında çox aydın şəkildə görünür. "Space" TV-də baş verən hadisə də bunun bariz nümunəsidir.

Bu hadisə niyə baş verib? Mənim düşüncəmə görə, bu, birinci növbədə ona görə baş verir ki, televiziya işçiləri öz peşələrinə, öz işlərinə və vəzifələrinə laqeyd və məsuliyyətsiz yanaşırlar.

Məsələn, necə ola bilir ki, ifaçının fonoqramı buraxılır, lakin səs rejissoru səs kanalını bağlamır?

İkincisi, necə ola bilir ki, studiyada oturan müğənni o cür qeyri-etik, jarqon ifadələrlə danışır?

Tutalım ki, heç kəs duymur və ya görmür. Amma iki müğənninin bir yerdə bu səviyyədə danışması özü də, həqiqətən, çox məyusedicidir.

Üçüncüsü, MRTŞ-nin müdaxiləsi və cəriməsi, hesab edirəm ki, düzgün və yerindədir. İllər ərzində "Space" TV-də və digər özəl telekanallarda məsuliyyətsizlik, tamaşaçıya hörmətsizlik bu şəkildə özünü büruzə verir".

Q.Məhərrəmli TV aparıcılarından da söz açıb: "Televiziyalarda aparıcıları kanalın rəhbəri seçir, bu, onun boynuna düşən işdir. Bizdə aparıcıları az qala küçədən tutub efirə gətirirlər. Kimsə qonaqlıqda görür, xoşuna gəlir, təsirlənərək deyir ki, bundan yaxşı aparıcı olar. Bu yollarla onlar efirə yol açır. Çünki bizdə çox şey televiziya sədrinin bəzən bəsit olan zövqü ilə müəyyənləşir".(Oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1458   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021