Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJ

Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJBir ömürdən geriyə qalan sadəcə quru bir başdaşı və bir cüt qərənfildir. O da əgər qismət olsa...

Söhbət kimsəsizlər qəbiristanlığından gedir.

Sonxeber.az bildirir ki, oxu.az-ın əməkdaşları bu dəfə yolunu Bakının Suraxanı rayonu ərazisinin "Dədə Qorqud" massivində yerləşən, cəmiyyət arasında "kimsəsizlər məzarlığı" kimi tanınan qəbiristanlıqdan salıb.

Qarşımıza çıxan mənzərə qəbiristanlığın adının nə qədər doğru olduğunu sübut etməyə kifayət etdi. Buradakı qəbirlərlə yanaşı, ərazi özü də kimsəsiz idi. Məzarlıqda ilk qəbirlər təxminən 1990-cı illərin sonlarından etibarən peyda olmağa başlayıb.

Qəbiristanlıqda 200-dən çox kimsəsiz məzar var. Qəbiristanlığın ətrafı hasara alınıb. Məzarlar isə hər kəsin gördüyü məzarlardan çox fərqlənir. Ərazidə müşahidə aparan zaman bir neçə qəbirdaşına rast gəldik. Onlardan başqa, bütün qəbirlər sıra ilə nömrələnmişdi.

Nömrələnmiş həyatlar

Məzarlıq haqqında məlumat almaq istədik. Ətrafdakı mollardan biri bizi yaxınlıqdakı sexə yönləndirdi. Ordan isə bizə bildirdilər ki, ətraflı məlumat almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə müraciət etməliyik.

Daha sonra bir mollanın bir neçə qəbirin ətrafında dayanıb dua etdiyini gördük. Ona yaxınlaşıb məzarlıqla bağlı bir neçə sualımıza cavab tapmaq istədik. Əvvəl danışmaq istəməsə də, sonra dedi ki, burada dəfn olunan insanların çoxundan ailələri imtina edib.

Onun sözlərinə görə, qəbiristanlığın yuxarı tərəflərində xristianlar və digər millətlərdən olan kimsəsizlər dəfn olunub:

"Onların arasında "bomj"lar, həbsxanalarda dünyasını dəyişən, kimsəsizlər, qocalar evi, narkoloji dispanser və Maştağada yerləşən psixatriya xəstəxanasında dünyasını dəyişən şəxslər var

Ailələri tərəfindən atılan, şəxsiyyəti məlum olmayan, qohum-əqrəbası üzə çıxmayan, eləcə də, itkin düşən, yol qəzasında ölən şəxslər belə var. Eləsi var ki, yol qəzasında ölüb, üzərində heç bir sənəd olmayıb. Bir müddət morqda qalıb, maraqlanan olmadıqda isə burada dəfn olunub.

Bəzi qəbirlərin sahibləri məlum olduqdan sonra onlar həmin meyitlərin yerinin dəyişdirilməsi üçün müraciət ediblər. Eləsi də olub ki, yerini dəyişməyib, sadəcə, qəbir daşı qoydurub və üzərinə onun haqqında məlumat qeyd edib".

Qəbiristanlıqda sonuncu dəfn mərasimi bu gün olub. Bu gün daha bir sahibsiz insan nömrələnərək torpağa tapşırılıb.

Yeri gəlmişkən, burada məzarların böyük qisminin üzərində mərhumların adları yerinə kiçik dəmir lövhələr üzərində yazılan nömrələr vardı. Molla deyir ki, dəfn edilən insanların böyük əksəriyyətinin kimlikləri məlum deyil. Hətta bəzi məzarlarda bir neçə insanın meyiti üst-üstə dəfn edilib.

Bəs kimsəsizlər şəriət qaydalarına uyğun dəfn edilirmi?

Mollanın sözlərinə görə, dəfn zamanı şəriət qaydaları o qədər də gözlənilmir:

"Qəbiristanlığa yeni meyit gətiriləndə dəfn mərasiminin vaxtına, tabutun bura gətirilməsinə müvafiq olaraq yer ayrılır və nömrələnir. Şəriət qaydalarına görə, meyitləri kəfəndə torpağa tapşırırıqsa, burada bəzən onları gətirilən tabutlarla birgə dəfn edirik. Bu qəbiristanlıqda dəfn prosesi üçün bütün xərclər dövlət hesabına ödənilir".

Burada qazılıb sahibini gözləyən bir neçə boş məzara da rast gəldik. Məzarların bir neçəsi isə boşaldılmışdı. Qəbirlərin çoxu kifayət qədər dərin qazılmayıb, kənarları isə hörülməyib. Bütün bunlara baxdıqda qəbiristanlıqda nəzarətsizliyin olduğuna dair fikir formalaşır.

Hətta bəzi qəbirlər var ki, artıq zibillikdən başqa heç nəyi xatırlatmır.

Bu qəbiristanlığı digərlərindən fərqləndirən başqa bir cəhət isə müsəlman və xristian qəbirlərinin yan-yana olmasıdır.

Məzarların üzərində simvolik rəqəmlərin əksəriyyəti isə dağınıq halda idi. Hansı nömrənin hansı məzara aid olduğunu anlamaq çətin idi. Molla deyir ki, əslində, bu rəqəmlər əsasında mərhumlar haqqında məlumat öyrənmək mümkündür:

"Bunlar, bəlkə də, ayrı-ayrı insanların uzun illər boyu axtardıqları doğmaları, ailə üzvləridir. Nömrələnmiş məzarlarda kimlərin dəfn olunduğuna dair xüsusi kitabçada qeydiyyat aparılır. Vətəndaş qəbiristanlığın girişindəki sexdə yerləşən otağa yaxınlaşıb, ölüm kağızının nömrəsini deyə bilər.

Ölüm kağızının nömrəsini və adını deyərək öz doğmasının meyitinin hansı nömrə altında dəfn edildiyini öyrənə bilər. Dəfn olunanlar torpağa tapşırıldıqları günə, habelə cərgələrə uyğun olaraq nömrələnib. Bəzi qəbirlərin isə heç nömrəsi belə yoxdur. Orada kimlərin olduğunu heç kim bilmir".

Cənazəsiz qalan boş qəbirlər

Meyitin bir yerdən digər yerə aparılması məsələsi isə xüsusi prosedurlara uyğun şəkildə həyata keçirilməlidir. Burada dəfn olunanların yaxınları meyitin çıxarılıb başqa qəbiristanlığa aparılmasını tələb edə bilər, amma Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən rəsmi icazə alınmalıdır.

Belə ki, meyitin çıxarılması onun nə zaman dəfn edilməsindən və torpaqdan asılıdır. Torpaq qumludursa, bir il, suludursa, üç il sonra həmin meyiti çıxarmaq olar. Səbəb həmin meyitin infeksiya mənbəyi kimi insan sağlamlığına zərər vermə ehtimalıdır.

Qəbiristanlığın ərazisində ağlınıza gələ biləcək istənilən tullantılara rast gəlmək olar. Sellofan torbalar, içki şüşələri və digər əşyalar məzarların nəinki üzərindədir, hətta içərisinə dolub.

Ərazidə tülkü, kirpi, it, pişik məzarların üzərini qazaraq özlərinə yuva düzəldib. Hətta bəzi məzarların üzərində açılan dəliklərə diqqətlə baxdıqda onların içərisində bir sıra sümüklər belə görmək mümkündür. Məzarların çoxu çöküb, nəticədə, ərazidə çalalar yaranıb.

Kimsəsizlər qəbiristanlığında xristian dinindən olan mərhumların torpağa tapşırıldığını deyən molla qəbiristanlığın bir hissəsindəki məzarların vaxtilə Nərimanov rayonunda mövcud olmuş qəbiristanlıqdan bura köçürüldüyünü qeyd edib.

Qəbiristanlığın sağ tərəfində daha bir məzarlıq gözə dəyir. Bura isə kimsəsiz mərhumların məzarlığı deyil. Bu səbəbdən həmin yerdə dəfn olunan mərhumların qohumları bəzən özləri ilə qəbiristanlığa molla gətirərək, əzizlərinin ruhuna "Yasin" oxudurlar.

Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən bu məzarlığa nəinki Maştağa qəsəbəsi, Sabunçu rayonundan, eləcə də, digər yerlərdən də sahibsiz insanların nəşi gətilir. Bu meyitlər trestin öz əməkdaşları tərəfindən torpağa tapşırılır. Bəzən qəbiristanlıqda gün ərzində 3-4, ay ərzində isə 10 nəfər ölü torpağa tapşırılır.

Kimsəsizlər qəbiristanlığının işçiləri yalnız şəxsiyyəti bilinməyən ölülərin məzarlarının nömrələnməsinə və dəfn edilməsinə baxır.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunurlar - REPORTAJ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1511   Tarix: 10 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel