REAL və AXCP arasında "satqın" axtarışları - YAP-dan REAKSİYA: "Nə desən gözləmək olar"

REAL və AXCP arasında "satqın" axtarışları - YAP-dan REAKSİYA: "Nə desən gözləmək olar"Son zamanlar müxalifət qurumları olan Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Şura üzvləri (konkret AXCP-çilər) arasında gərginlik müşahidə olunur.

AXCP REAL-ı hakimiyyətə işləməkdə, satqınlıqda suçlayır. Sosial şəbəkələr və mətbuat üzərindən özünü göstərən kəskin münasibətlər, söz atışması artıq təhqirlərə keçib. REAL üzvləri ilə AXCP-çilər arasında gərginliyin, onların söz davasına çıxmağının, qarşılıqlı təhqirlərə əl atmağının səbəbi nədir?

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a bu barədə danışıb. Onun fikrincə, həm REAL, həm də Milli Şura üzvləri öz şəxsi mənafeləri üçün fəaliyyət göstərirlər:

"Əvvəlki açıqlamalarımda İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı canfəşanlıq edənlərə bir ay müddət vermişdim. Çünki bilirdim, onlar üçün İlqar Məmmədov lazım deyil, sadəcə şou düzəltmək lazım idi. Onun adından istifadə edirdilər.

İstənilən şəxs, blogerlər, digərləri törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunublar. Sadəcə kim hansısa partiyanın üzvüdürsə, peşəsi nədən ibarətdirsə, bundan sui-istifadə edib, Azərbaycana qarşı təzyiq yaratmağa cəhd edirdilər. Onlar üçün bu şəxslər maraqlı deyil. Azadlığa çıxandan 1 ay-15 gün sonra tamamilə onlar üçün əhəmiyyətsiz insanlardır, bir dəfə onun adından istifadə etdilər, artıq istifadə etməyəcəklər".

S. Novruzov xatırladıb ki, vaxtilə Milli Şurada bəzi insanlar vəsait toplayırdılar:

"Bir neçə il əvvəl bəzi səfirliklərdən xəbər çıxdı ki, xaricdə sığınacaq almaq üçün saxta möhür vururlar, guya bu adam filan partiyanın üzvüdür. Saxta siyasi ad alıb, ölkədən çıxmağa cəhd edirdilər. Hətta xaricdə yaşayan biznesmenlərlə əlaqə qururdular ki, özləri üçün maliyyə dəstəyi alsınlar, xaricdə yaşayıb, biznes şəbəkəsini açsınlar. Bunların hamısının şahidi olmuşuq.

REAL yaxud Milli Şura onsuz da eyni şeylərdir. Burada şəxsi maraqlar uğrunda mübarizə gedir. Belə mübarizə 1990-cı ildən bu tərəfə olub və bundan sonra da davam edəcək. O ki, qaldı üzvlər arasında bir –birinə qarşı münasibətlərə, hansı təşkilatın ki, böyüyü-kiçiyi, normativ proqramı, istiqaməti yoxdur, ondan nə gözləmək olar? Onlar xalq üçün, millət üçün neynəyə bilərlər? Yalnız şəxsi maraqlar üçün çalışan insanlardırlar. Bu qurumlar siyasi təşkilat, hər hansı hərəkat deyil. Onlar sadəcə dərnəkdirlər. Dərnək üzvündən də nə desən gözləmək olar".

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə qeyd edib ki, üzvü olduğu partiyanın nə Milli Şura, nə də Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bölünəcək bir şeyi var:

"REAL tərəfindən səsləndirilən açıqlamalar bizə qarşı hücumlara əks reaksiya idi. Hücumların səbəbi müxtəlif ola bilər. Fikrimcə, əsas səbəb siyasi paxıllıqdan, qısqanclıqdan irəli gəlir. Çünki REAL nümayəndələrinin beynəlxalq görüşlərə, əhəmiyyətli tədbirlərə dəvət alması görünür, Milli Şuradakı dostlarımızın qıcığına səbəb olub.

Onların bu kampaniyasının arxasında REAL-ın beynəlxalq, daxili nüfuzuna zərər vurmaq dayanır. Təəssüfləndirici və ürəkağrıdıcı faktdır. REAL rəhbərliyinə daxil olan şəxslərin – mənim və Erkin Qədirlinin Avropa Birliyinə daxil olan şəxslərlə görüşləri, dünən İlqar Məmmədovun Avropa Şurası Parlament Assambleyasındakı yaxşı çıxışı onu göstərir ki, REAL-ın nüfuzu getdikcə artır. Bunu həzm etməyənlər var".

AXCP sədrinin müavini Gözəl Bayramlı isə təhqiredici ifadələrin səsləndirilməsinə qədər gedib çıxan hal müşahidə etmədiyini vurğulayıb:

"Mən AXCP funsioneri olaraq deyə bilərəm ki, heç bir AXCP üzvü REAL-ın hər hansı funsionerini tənqid edən yazı yazmayıb. Tənqid, polemikalara normal yanaşıram. Hər kəsin mövqeyi var, fikir ayrılığı ola bilər.

Buna da normal yanaşmaq lazımdır. Təhqirə qədər gedib çıxan hadisə yaşanmayıb. Kimsə polemikalarda təhqiredici ifadələrə yol veribsə, buna ancaq təəssüf etmək olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 986   Tarix: 11 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021