5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQ

5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQDağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi 15 apreldə baş tutacaq.

BiG.AZ xəbər verir ki, münaqişə tərəflərinin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.

Martın 29-da keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşündən sonra prosesdəki rolunu yenidən aktivləşdirən Rusiyanın növbəti görüşə ev sahibliyi etməsi diqqət çəkir.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli publika.az-a açıqlamasında bildirir ki, Rusiya danışıqlar prosesində hər zaman inhisarçılığı qoruyub saxlamağa çalışır:

"Rusiya təşəbbüskarlığın bir müddətlik də olsa, qərb ölkələrinə keçdiyi zamanda belə çox böyük qısqanclıqla danışıqların nəticəsiz bitməsinə nail olmağa cəhd edir və bunu bacarır. Məsələn, son Vyana görüşündə Nikol Paşinyanın hazırlıqsız vəziyyəti, səviyyəsiz, danışıqların predmetindən kənar mövzulara toxunması onu göstərdi ki, Vyanaya əslində prosesi pozmaq üçün gəlib. Saatyarımlıq görüşün nəticələrini heç edən də onun boşboğazlığı oldu. Bu boşboğazlıq erməni xislətindən gəlsə də, hər halda, belə davranışın nəyin naminə sərgiləndiyini başa düşmək o qədər də çətin deyil. Hər zaman gözlər önünə Rusiyanın gözə görünməyən əlləri gəlir. Xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada keçiriləcəyi planlaşdırılıb. Sergey Lavrovun da həmin görüşdə iştirakı gözlənilir. Mən Lavrovun bu görüşə hansı mövqedə qatılmasını başa düşməkdə çətinlik çəkirəm. İki ayrı dövlətin ali nümayəndələri görüşür, Minsk qrupunun həmsədrləri də oradadır. Həmsədr dövlətin xarici işlər nazirinin orada hansı funksiyanı yerinə yetirəcəyi normal siyasi etika baxımından başa düşmək olmur. Lakin "bu Rusiyadır" deyəndə o zaman ağıllara hər şey gətirmək olur".

Politoloq qeyd edir ki, Moskva görüşündə konkret nəticələrin əldə olunması məsələsi də müəmmalıdır:

"Çünki Ermənistan tərəfindən hədsiz dərəcədə "rəngarəng" fikirlər səsləndirilir. Məsələn, Paşinyanın həyat yoldaşı Amerikada çıxış edir və deyir ki, müharibə başlasa, oğlu ilə birlikdə əlində avtomat tutub cəbhəyə gedəcək. İndi gəl, bu ifadədəki məntiqi aç və bu qadının nə söyləmək istədiyini başa düş. Halbuki bu qadın erməni qadınları adından sülh platformaları təşkil edir, sülhə çağırışlar edir. O biri tərəfdə isə əlinə silah alıb Azərbaycanın yeni torpaqlarının istilası üçün oğlu ilə birlikdə hücum çəkmək niyyətini açıqlayır. Paşinyan Vyana görüşündən sonra dedi ki, danışıqlarda ciddi məsələlər müzakirə olunmayıb. Əsas məsələ qondarma Dağlıq Qarabağın danışıqlar prosesinə qatılmasını müzakirə etmək idi. Gözünün içinə qədər yalan danışan bu adam bu görüşdən sonra da yeni moizələr söyləyə bilər. Ağlına gələn istənilən fikirlərdən danışa bilər. Bəlkə Rusiya öz roluna diqqət çəkmək, danışıqların iplərinin onun əlində olduğunu isbat etmək üçün Lavrovun simasında prosesə bir qədər praqmatik görkəm verə, onu nəticəli danışıqlar məcrasına yönəldə bilər. Doğrudur, biz "Lavrov planı"ndan, Rusiyanın istəklərindən elə də ciddi nəticələr gözləyə bilmərik. Amma hər halda, Rusiya dünya ictimai rəyini müəyyən qədər təmin etmək üçün tərəflərin bəlli bir razılığa gəlməsinə səy göstərə bilər. Rusiyanın hər zaman dilində əzbər tutduğu şüar 5 rayonun geri qaytarılması, onun əvəzində Dağlıq Qarabağ üçün müvəqqəti statusun müəyyən edilməsidir. Azərbaycan tərəfi bunu heç cür qəbul edə bilməz. Əgər bu baş verəcəksə, yenə də konsensusa nail olmaq mümkün olmayacaq. ABŞ və Avropa dövlətlərinin bir çoxu bir məsələdə haqlıdır: qeyd-şərtsiz danışıqlara getmək lazımdır. Bütün keçmiş sovet məkanına daxil olan bütün münaqişələrdə eyni yanaşmalardan istifadə etmək lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3236   Tarix: 12 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021