"Müxalifətin borcu belə fikirləri səsləndirməkdir" – Deputat AŞPA-dakı dinləmə HAQDA…
Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞ PA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Dinləmələr ölkəmiz adına kifayət qədər sərt keçib və bir sıra məqamlar diqqət çəkib.
Tədbir haqqında Modern.az-a danışan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib ki, Azərbaycanda son zamanlar baş verən proseslər, siyasi məhbusların əfv olunması təqdirlə qarşılanmalı idi:
"Siyasi məhbusların əksəriyyətinin azadlığa çıxması barədə müsbət rəylər səsləndirilməli idi. Amma ayrı-ayrı ölkələr var ki, Azərbaycanın adını hər dəfə səsləndirməyə meyllənirlər. Ümumilikdə belə tendensiya genişlənmədi. Çünki Novruz bayramında geniş əfvin həyata keçirilməsi AŞPA-dakılar tərəfindən də yüksək qiymətləndirildi. Sadəcə Ermənistanın mövqeyi möhkəmləndirmək məqsədilə bəzidövlətlər fərqli addımlar atırlar. Bütövlükdə isə, tənqidlər indiki mərhələdə çox da əsaslı deyil".
Azərbaycanlı müxalifət nümayəndələrinin də dinləmələrə qoşulmasına gəlincə, Fazil Mustafa deyib ki, ümumi nöqsanlar hər yerdə var və müxalifətin borcu belə fikirləri səsləndirməkdir:
"Əsas odur ki, məlumatlarda təhriflər olmasın. Reallıqları əks etdirsin. Ümumiyyətlə, mən bu fikirdəyəm ki, siyasi adla tanınan kimlərinsə həbs olunması yaxşı hal deyil. İndi də belə durum varsa, mütləq həll edilməlidir. Amma kimlərinsə tənqidinin qərəzli xarakter daşıması işin xeyrinə deyil. Əksinə real durumun tənqidi iqtidarın özü üçün də faydalıdır - müəyyən nəticə çıxarılar, neqativ hallar varsa, aradan qaldırıla bilər".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 931 Tarix: 12 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPrezident İlham Əliyev Rusiyada səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə
22 aprelTavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi
"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli
23 aprelMoskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl
22 aprelQırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden
24 aprelGeneral Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM
23 aprel