Baş həkimdən Elinanın atasının ittihamlarına CAVAB: "Xəstənin ölümündə günahkar..." - EKSKLÜZİV

Baş həkimdən Elinanın atasının ittihamlarına CAVAB: "Xəstənin ölümündə günahkar..." - EKSKLÜZİV"Semaşko haqda hər zaman mediada xoşagəlməz məlumatlar yayılıb. Xəstəxanada təcrübəli həkimlərimiz var. Bu cür məlumatlar yaymaq, Səhiyyəni nüfuzdan salmaq heç də xoşa gələn deyil".

Bu sözləri Sonxeber.az-a Elina Hacıyevanın atası Ədalət Hacıyevin qızının ölümündə həkim səhlənkarlığı iddialarına münasibət bildirərkən Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov söyləyib.

Baş həkim bildirib ki, xəstəxanada Elinanın valideynlərindən heç bir Səhiyyə işçisi pul istəməyib:

"Hansı həkim və ya tibb bacısı pul istəyibsə, ad soyadını desinlər lazımı ölçü götürüm. Guya 5-10 manat pul istəyən işçi kiminsə taleyini həll edir? Həmişə deyiblər, yenə də deyirlər, Səhiyyə işçilərinin pul istədiyini".

Ə.Dadaşov həkim səhlənkarlığı ilə bağlı fikirlərə də toxunub:

"Xəstənin ölümündə həkim səhlənkarlığı baş verərsə, o zaman həkim işi açılır. Bununçün də Həkim Məsələhət Komissiyası var. Diaqnozlar qoyulur, Tibbi Ekspertizaya göndərilir və analiz olunur. Əgər Elinanın ölümündə həkim səhlənkarlığı araşdırılsa, o həkim barəsində qərar qəbul olunacaq".

Baş həkimin sözlərinə görə, Elina bir neçə dəfə intihara cəhd edib:

"O qız ağır dərman zəhərlənməsi, özünə qəsd, bir neçə etaplardan keçib. Həkimlər sonuncu instansiyadır. Həkimləri günahlandırmağa nə var ki? Həm də asandır, ancaq əldə əsas olmalıdır. Həkimlər də qızın həyatda sağ qalması üçün əllərindən gələni ediblər".

Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6491   Tarix: 13 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəlik tələba

29 mart