Erməni əsgərinin anası: "Oğlumu öldürən, azadlıqdan məhrum edilən hərbi qulluqçu deyil"

Erməni əsgərinin anası: "Oğlumu öldürən, azadlıqdan məhrum edilən hərbi qulluqçu deyil"2016-cı il martın 16-sı Qafanda dislokasiya olunan hərbi hissələrdən birində əsgər Sevak Hambartsumyanın baş nahiyəsindən aldığı odlu silah yarasından öldüyü aşkarlanıb.
"Aravot.am" saytına verdiyi müsahibəsində erməni vəkil Vahan Hovhanisyan bəzi məsələlərə aydınlıq gətirib.

Qətl faktı üzrə cinayət işi çərçivəsində Sevak Hambartsumyanın əsgər yoldaşı Narek Çiçəkyan təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan mərhum edilib. Onun vəkili Vahan Hovhanisyan verilən hökmdən apelyasiya şikayəti verib. O bildirib ki, ölən hərbi qulluqçu Sevak Hambartsumyanın meyitinin aşkarlandığı yer qapalı, beton çevrəli ərazidir.

Erməni vəkil qeyd edir ki, hadisə günü Sevak Hambartsumyan sıradan çıxıb silahı normal vəziyyətə gətirmək üçün qeyd edilən qapalı əraziyə gedib, bundan sonra atəş səsi eşidilib, onu baş nahiyyəsindən odlu silah yarası ilə aşkar ediblər.

Vəkilin fikrincə, müdafiə etdiyi şəxsi guya davamlı olaraq Sevak Hambartsumyana qarşı zoraklığa yol verdiyi və bunun nəticəsində Hambartsumyanın intihara əl atdığı üçün ittiham ediblər. Vəkil hadisə günü başqa məqamlardan da bəhs edib. O qeyd edib ki, həmin gün bütün əsgərlərə 9 ədəd güllə verilib. Ölən Sevak Hambartsumyanın silahında 9 mərminin hamısı yerində olub.

Ekspertizanın rəyində bildirilir ki, silahdan son dəfə nə zaman atəş edildiyini qeyd etmək mümkün deyildir. Mərmilərin hamısının yerində olması həmin silahdan atəş edilmədiyini göstərir. Qeyd olunur ki, müstəntiq tərəfindən hadisə yerində olan bütün gilizlər götürülüb. Ekspertizanın rəyinə görə, gilizlərin heç biri Sevak Hambartsumyanın silahından atılmayıb.

İlk başdan qətl versiyası yayılıb və bu barədə istintaq orqanına da məlumat verilib, həmçinin hansı silahdan atəş edildiyinin müəyyən edilməməsi bunu də sübut edirdi. Lakin istintaq orqanlarının bu versiyaya diqqət yetirmədiyi bildirilir. Vəkil bildirir ki, müdafiə etdiyi Narek Çiçəkyandan, ölən hərbi qulluqçunu intihar həddinə çatdırmağa dair zorla etiraf ifadəsi alınıb.

O, həmçinin qeyd edib ki, Sevak Hambartsumyanın ailəsindən heç kimin məhkəmə proseslərində iştirak etməməsi də qəribə hal olub, səbəbi isə məlum deyil. Vəkil bildirir ki, daha sonra iş apelyasiya məhkəməsində olarkən, ölən hərbi qulluqçunun anası tərəfindən ona zəng edilib və onunla görüşmək istəyi bildirilib. Ölən hərbi qulluqçunun anası qeyd edib ki, onun qohumları bilərəkdən məhkəmə proseslərində iştirak etməsinə imkan verməyiblər.

Erməni əsgərinin anası qeyd edib ki, oğlunun ölümündə həbs edilən Narek Çiçəkyanın heç bir günahının olmadığına əmindir. O bildirib ki, cinayət işi səhv istiqamətdə araşdırılıb, ölümün təmamilə başqa səbəbləri olsa da, heç kim bu məqamı araşdırmaq, açmaq istəmir.

Şahidlərdən 3 nəfər ölən və öldürdüyü ehtimal edilən hərbi qulluqçular arasında münasibətin pis olduğu, 17 nəfər şahidin isə yaxşı olduğuna dair ifadə verib, məhkəmə isə yalnız həmin 3 nəfər şahid dindirilib. Digər 17 nəfərin dindirilməsinə dair vəsadəti məhkəmə rədd edib.

Yeri gəlmişkən, həmin 3 nəfər şahidin bəzi ifadələrində qeyd edilir ki, hərbi polisdə onlara təzyiq edilib./ordu.az


Sonxeber.az
Siyasət   Baxılıb: 1331   Tarix: 13 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Ramil Usubov polkovnikin qardaşına yüksək VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.. . Əmrə əsasən, İlqar Şabanov Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.. . Qey

13 aprel 2019

İlham Əliyevdən 1,5 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb. . . Sonxeber.az-ın Unikal.org-a istinadən məlumatına görə, sərəncamla Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmə

12 aprel 2019

Ramil Usubovdan YENİ TƏYİNAT

Şəmkir rayon Polis şöbəsində yeni təyinat olub. . . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. . . Əmrə əsasən, polis mayoru İldırım Alıyev Şəmkir rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini təyi

12 aprel 2019

Paşinyanın Qarabağla bağlı növbəti HİYLƏSİ

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 11-də AŞPA-da çıxış edib. O Strasburqdakı tribunadan istifadə edərək özünü yenidən "sülh çarçısı" kimi göstərməyə çalışıb.. . Paşinyanın AŞPA-dakı çıxışını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildiri

12 aprel 2019

"Müxalifətin borcu belə fikirləri səsləndirməkdir" – Deputat AŞPA-dakı dinləmə HAQDA…

Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞ PA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Dinləmələr ölkəmiz adına kifayət qədər sərt keçib və bir sıra məqamla

12 aprel 2019

Ermənilərin yeni İŞĞAL PLANI: Kür və Araz çayına qədər... - Sensasion ETİRAF

"Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb".. . Bu barədə erməni politoloq Levon Şirinyan deyib.. . Şirinyan iddia edib ki, müharibə başlasa

12 aprel 2019

Xarici İşlər Nazirliyi Paşinyana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda jurnalistlərə açıqlamasında "təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir" fikrinə münasibət bildirib..

12 aprel 2019

"May ayında ciddi kadr dəyişikliyi və islahatlar aparılacaq" – Millət vəkilndən SENSASİON AÇIQLAMA

"İlham Əliyev prezident seçildikdən sonra əsas prioritet olaraq Qarabağ məsələsini irəli çəkdi. Xüsusilə də şəhid ailələrinin müavinətinin verilməsi haqda fərman imzaladı. Bu da Qarabağ məsələsinə həssas yanaşmasının göstəricisi idi. Çünki şəhidlərə dəyər vermək gələcəkdə Qarabağ məsələsində iştira

12 aprel 2019

5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQ

Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi 15 apreldə baş tutacaq.. . BİG.AZ xəbər verir ki, münaqişə tərəflərinin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.. . Martın 29-da keçirilən İlham Əliyev-Niko

12 aprel 2019