Sehrbazlığın hoqqa olduğunu bilə-bilə, onu niyə xoşlayırıq?

Sehrbazlığın hoqqa olduğunu bilə-bilə, onu niyə xoşlayırıq?Sehrbazlığa tamaşa etməyi niyə xoşlayırıq? Hamı bilir ki, bu, hoqqadır və "gerçək" deyil, lakin izləməyə davam edir və nəyisə gözləyir.

Londondakı Goldsmiths Universitetinin psixologiya fakültəsi nəzdində "Magic Lab" adlı psxiloji tədqiqatlar laboratoriyası fəaliyyət göstərir.

Burada sehrbazlığın da elmi təhlili aparılır.

Psixologiya üzrə universitet müəllimi Gustav Kuhn Magic Lab-a rəhbərlik edir.
Gustav Kuhn (soldan üçüncü) və psixologiya fakültəsinin tələbələri. Tələbələr seçdikləri ixtisas çərçivəsində fokusların nümayiş etdirməyin yollarını öyrənə bilirlər.

Sehrbazlıq qavrama qabiliyyətimizə təsir göstərir, idrakımızdakı boşluqlardan istifadə edir, doktor Kuhn deyir.

"Səhv istiqamətləndirmə" sehrbazlığın əsas elementidir - insanın diqqəti əsas obyektdən yayındırılaraq az əhəmiyyətli digər obyektə yönəldilir.

"Bu effektdən yol hərəkatı təhlükəsizliyini sınaqdan keçirərkən istifadə edirlər, - doktor Kuhn deyir. - Necə olur ki, insanlar göz qabağında olanı görmür?"

Saxta xəbərlər
Gustav Kuhn bu məsələnin "saxta xəbərlər" və sosial mediada saxta məlumatların yayılması ilə də bağlı olduğunu qeyd edib.

O deyir ki, hətta nəyinsə saxta olduğu məlum olduqdan sonra da, həmin nəsə bizə təsir etməkdə və diqqətimizi çəkməkdə davam edir.

Tədqiqatçılar sehrbazlıq effektini öyrənməklə konspirasiya nəzəriyyələrini və saxta məlumatları daha dolğun araşdıra biləcəklərinə ümid edirlər.

Dinamo adlı sehrbaz kütlənin diqqətini özünə cəlb edə bilir.

Sehrbazlığın digər mühüm elementi "məcburetmə texnikasıdır".

Misal üçün, kartlarla bağlı fokuslarda iştirakçı zənn edə bilər ki, təsadüf prinsipi əsasında kart seçib, əslində isə sehrbaz onun qərarı ilə manipulyasiya edir və iştirakçının "seçimi" saxtadır.

"Azad seçim xülyadır. İnsanlar düşündüklərindən qat-qat çox təsir altına düşür. Onların qavrama qabiliyyəti, onlarda formalaşan təsəvvürlər dəyişkəndir, - doktor Kuhn qeyd edir.

- Təsir altına düşməkdən və saxta seçim effektlərindən siyasi məqsədlər üçün istifadə oluna bilər".

İlk televiziya proqramlarının yayımında sehrbazların çıxışlarına da xüsusi yer ayrılıb - 1937-ci ilə aid televiziya yayımından kadr

Qavramanın təbiəti
Bu həftə Londondakı Wellcome Collection muzeyində Sehrbazlıq Psixologiyası adlı sərgi açılıb.

Sərgi sehrbazlığın insan şüuruna təsiri və "qavrama təbiəti" mövzusuna həsr olunub.

London Universitetində də sehrbazlıqda illüziyaların rolu mövzusunda sərgi keçirilib.

Doktor Kuhn deyir ki, psixologiyanı öyrənməkdən əvvəl sehrbazlığa maraq göstərib.

"İnsanın mişarlanması" fokusunun müasir variantı

"Mən sehrbazların çıxışını, onların texnikasını, fəndlərini izləməyi xoşlayırdım", - o deyir.
Nəticədə, özü də sehrbazlıq sahəsində çıxışlar etməyə, fokuslar göstərməyə başlayıb.

Gustav Kuhn-un sözlərinə görə, nümayiş etdirdiyi fokuslar ona insanlarla əlaqə qurmağa, ünsiyyət yaratmağa kömək edib.

İncəsənət
Onun sözlərinə görə, məşhur sehrbazların nümayiş etdirdiyi fokusların insanlara təsirini incəsənət əsərlərinin göstərdiyi təsirə bənzətmək olar.

Gustav Kuhn ispaniyalı sehrbaz Juan Tamariz kartlardan istifadə edərək göstərdiyi fokusu qeyd edir.

İspaniyalı sehrbaz Juan Tamariz-ın tamaşası.

"Mən indiyədək bilmirəm, o, bunu necə edir. Onun çıxışlarına tamaşa etdikdə, özünü sanki hər şeyin sehrli göründüyü uşaqlıq dövründə hiss edirsən".

Doktor Kuhn deyir ki, fokus nümayiş etdirmək xüsusilə, utancaq və öz daxili aləmlərinə qapanmış adamlar üçün maraqlı olmalıdır.
Sehrbazlıq fokusunun cazibəliyi nədədir?

Dr. Kuhn deyir ki, qismən, burada gördüyümüzlə bildiyimizi barışdırmaq prosesi öz təsirini göstərir.

Tommy Cooper-in şousu sehrbazlıq və komediya çıxışlarından ibarət olub.

"Dovşanlar, birdən-birə, öz-özünə, papağın altında peyda ola bilməz. İnsan ortadan mişarlanaraq durub yeriyə bilməz".

Doktorun təbirincə, bu cür fokusları görən insanın beynində yaranan "anlama konflikti" beyinin müəyyən zonalarının reaksiya verməsinə səbəb olur.

"Kiçik yaşlarımızdan bizi daha çox anlaya bilmədiyimiz özünə çəkir, izah edə bimədiyimizi anlamağa çalışırıq, - Gustav Kuhn deyir. - İnsan bu yolla inkişaf etməyi öyrənir".
Dr. Kuhn sehrbazlığın cazibəsini dəhşət filmlərinin cazibəsinə də bənzədir.

Dəhşət filmlərində göstərilən qanlı hadisələr gerçək həyatda baş versəydi, insan qorxu hissinə tab gətirə bilməzdi, lakin həmin hadisələrə film vasitəsilə baxanda o, özünü təhlükəsiz hiss edir və bu halda yaranan qorxu hissindən həzz alır.

Sehrbazlıq fokuslarına da baxanda oxşar vəziyyət yaranır - bizim anlaya bilmədiyimiz, beynimizə sığmayan hadisələrlə gerçək həyatda üzləşsək, bu bizi dərindən narahat edə və qorxuda bilər, lakin həmin hadisəni sehrbazlıq fokusu kimi görəndə, bu bizi əyləndirir və heyrətə gətirir.

Bunun əyləncə kimi bizə təsir etməsinin əsas səbəbi baş verənlərin "gerçək" olmadığını bilməyimizdir.

"Sehrbazlığı tədqiq etmək çox maraqlıdır, - doktor Kuhn deyir - fokusların təhlili insan idrakının güclü və zəif tərəflərinə yeni nəzərlə baxmağa imkan verir".

Dr. Kuhn sehrbazlığın cazibəsini dəhşət filmlərinin cazibəsinə də bənzədir.

Dəhşət filmlərində göstərilən qanlı hadisələr gerçək həyatda baş versəydi, insan qorxu hissinə tab gətirə bilməzdi, lakin həmin hadisələrə film vasitəsilə baxanda o, özünü təhlükəsiz hiss edir və bu halda yaranan qorxu hissindən həzz alır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 926   Tarix: 14 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özlərini vəkil kimi təqdim edərək, vətəndaşın pullarını mənimsədilər: Nə az, nə çox 500 min

Özlərini vəkil kimi təqdim edən 5 nəfər insanlarınpullarını mənimsəyib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Manisada özlərini vəkil kimi təqdim edən 5 nəfər müxtəlif tarixlərdə bir vətəndaşı aldadıb. Onlar bu yolla ümumilikdə 500 min TL-ni mənimsəyiblər. Manisada vətəndaşda

28 mart
.

Milyonçu ata 20 il sərvətini oğlundan gizlədib - FOTO

Çində milyonçu ata 20 il ərzində ailə sərvətini öz oğlundan gizlətməyi bacarıb. Bu barədə "South China Morning Post" məlumat yayıb. Məşhur qəlyanaltı brendinin sahibinin oğlu, 24 yaşlı Zhanq Zilonq 20 yaşına qədər atasının var-dövləti barədə ona yalan danışdığını etiraf edib. Zilonqun sözlərin

27 mart
.

Özünü binadan atan tələbə intihar edəcəyini "Instagram"da yazıbmış: "İnşallah bu gün dünyada ..."

Türkiyədə son zamanlar əcnəbi tələbələrin çox olduğu və müxtəlif xəstəliklərin tüğyan etdiyi iddiaları ilə gündəmə gələn Karabükdən daha bir intihar xəbəri gəlib. xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı gənc özünü binanın 3-cü mərtəbəsindən atıb. KYK-ya bağlı tələbə yataqxanasında qalan 2

27 mart
.

Asiyanın ən zənginləri bu şəhərdə yaşayır: Milyarderlərin yeni paytaxtı

Hindistanın Mumbai şəhəri 92 milyarderlə Asiyanın yeni "varlılarının paytaxtı" olub. xarici KİV-ə istinadla bildirir ki, qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan Nikkei Asia mətbuat təşkilatının hesabatına görə, Mumbai 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsini

28 mart
.

Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u ABŞ-yə rəsmi səfərə yollanacaq. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, Türkiyə lideri Ağ Evdə ilk dəfə ABŞ Prezidenti Co Baydenlə görüş keçirəcək. Bildirilir ki, Ərdoğanla Bayden beynəlxalq tədbirlər zamanı görüşlər keçirs

27 mart
.

Acun İlıcalı yeni futbol klubu alır

İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun İlıcalı yeni bir klub alacağını bildirib. Bu barədə əslən azərbaycanlı olan türkiyəli prodüser müsahibəsində deyib. O, hazırda Sloveniya barədə düşündüyünü vurğulayıb. "Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandan

28 mart
.

Bu ölkədə paytaxt çökür - VİDEO

İndoneziya parlamenti paytaxt Cakartanın sakinlərinin "Borneo" adasına köçürülməsi ilə bağlı qərar qəbul edib. xəbər verir ki, buna səbəb əhalinin çox olduğu paytaxtın hər il 25 santimetr çökməsidir. "Dünyanın maliyyə mərkəzi" hesab edilən Cakartanın yerini "Borneo" adasınd

28 mart
.

Kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb

Vyetnamda bir kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, Vyetnamda bir kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı müayinələr nəticəsində kişinin qarnında ilan balığı olduğu müəyyən edilib. Əməliyya

27 mart
.

Bu ölkənin ən gənc yeni prezidenti seçildi

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident

28 mart