Rəşad İlyasova qarşı daha bir şok ittiham: "Bir qadına qarşı bunu etməzlər"

Rəşad İlyasova qarşı daha bir şok ittiham: "Bir qadına qarşı bunu etməzlər""15 ildir ki, səhnədəyəm. Mənə qarşı edilən haqsızlıqları danışsam, sifarişli yazılan xəbərləri, hazırlanan süjetləri açıqlasam, böyük qalamqal yaşanar".
Bu sözləri musavat.com saytına açıqlamasında müğənni Nura Suri deyib.

O toyların birində əməkdar artist Rəşad İlyasovun səs rejissorunun onun mikrofonunu qəsdlə bağladığını bildirib:

Rəşad İlyasova qarşı daha bir şok ittiham: "Bir qadına qarşı bunu etməzlər""İndiyə kimi çox şeylər görmüşəm. Hətta bəziləri səsimin olmadığını iddia edirdi. Mənim 15 ildə 4 albomum işıq üzü görüb, kliplərim səviyyəli olub. Bir insan deyə bilməz ki, Nura bayağı mahnı oxudu, keyfiyyətsiz klip çəkdirdi. Heç vaxt nömrə bir müğənni olduğumu iddia etməmişəm. Həmişə öz yerim olub, sakit işimlə məşğul olmuşam.

Dünən bir toyda idim, Rəşad İlyasovun musiqiçiləri oradaydı. Aparatları onlar idarə edirdi. Rəşadın işçisi ona yaxınlaşdı, sonra mahnımı kəsdi. Bir qadına qarşı bunu etməzlər. Bilmirəm, burada Rəşadın əli var, yoxsa yox. Rüfətlə olan videoda Rəşadın səsi tam aydın eşidilirdi. Orada mikrofonu Rəşad açdırdı, hər şey göz önündədir. Amma cəzanı Rüfət aldı. Toyda səs rejissoru 2 dəfə mahnımı kəsib. Sonra Rəşad mənimlə canlı oxumaq istədi. Mən öz repertuarımı bilirəm. Başqa mahnıları oxumağa məcbur deyiləm. Yarımsaatlıq toya gələn müğənni başqa müğənninin repertuarını bilməli deyil. Rəşad öz tonallığı ilə bildiyi mahnıları oxudu. O mahnılar içərisində mənim bilmədiklərim də vardı. Amma yenə də orada dayandım, vəziyyətdən çıxdım. Müğənnilərin başına çox oyunlar açırlar. Tanınmış müğənnilər mənə elə sözlər yazıblar ki, yer-yerindən oynayar. Ona görə Rəşadın səs rejissorunun etdiyi texniki problem deyil. Hər şey məqsədyönlü edildi. İstəyirlər ki, toylardan bizi uzaqlaşdırsınlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2003   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021